-Oynaqlara verilən statik yük dinamik yüklə əvəz olunmalıdır, yəni ağır yük qaldırmaq əvəzinə idmanla məşğul olmaq məsləhət görülür, ağır yükü isə arabalı çantalardan istifadə edərək daşımaq olar.
-Bədən çəkinizə diqqət yetirin, axşamlar yeməyin.
-Qida rasionuna daha çox balıqdan hazırlanmış bulyon daxil edin, onun tərkibində qığırdaqlara və sümüklərə vacib olan maddələr vardır.
-Artroz çox hallarda osteoporozla müşayiət olunur ki, bu da sümüklərin sıxlığını zəiflədir. Ona görə də, tərkibində D vitamini, kalsium olan qidalar, məsələn, kəsmik, pendir, kərə yağı, süd, buğda artımları, cəfəri, şüyüt, qaraciyər qəbul edin.
-İmmunitetinizə qarşı laqeyd olmayın, hər hansı bir yoluxucu xəstəlik artrozların oyanmasına gətirib çıxara bilər. Səhər qəbul etdiyiniz su prosedurlarını kontrast duşla bitirin, imkan daxilində nəfəsliyi açıq qoyun. Onurğa sütunu, əllər və ayaqlar üçün xüsusi idman hərəkətləri edin.
Oynaqların birinci düşməni duzdur. Ona görə də, həddindən artıq duzlu və kəskin qidalardan imtina edin. Bəziləri tərkibində xolesterin çox olduğuna görə sümük bulyonlarını qəbul etmirlər. Lakin bunu neytrallaşdırmaq üçün bişənə yaxın bir qədər çiy tərəvəzlər və göyərti (pomidor, cəfəri və s.) əlavə etmək məsləhət görülür. Sümük və qığırdaq bulyonları artrozların müalicəsi üçün təbii dərmandır. Lakin yadda saxlamaq lazımdır ki, ürəyin işemik xəstəliyi, arterial hipertoniya, pankreatit, xolesistit kimi patologiyalarda əks göstərişdir.

Leave a reply