Artrozlu xəstələrə fizioterapiya yalnız remissiya dövründə edilə bilər. Bunlardan medikamentoz elektrofarez, zədələnmiş toxumalara ultrasəs fonofarez, mikrosirkulyasiyanı yaxşılaşdırmaq üçün dərin toxumala siraət edən Laser terapiya (HİL Terapiya), maddələr mübadiləsini sürətləndirmək və iltihabı azaltmaq üçün üçün hidromassaj və xüsusi vannalar müsbət təsir göstərir.
Diz oynağının bərpası bir neçə faktordan asılı olaraq hər bir xəstədə individual olaraq dəyişir:
-xəstəliyin dərəcəsi
-dizdə digər iltihabi proseslər
-əzələ, vətər və qığırdağın fiziki vəziyyəti
-pasientin həyat tərzi və yaşı
Artrozun reabilitasiya vasitəsilə təmamən aradan qalxması mümkün olmasa belə, reabilitasiya ilə onun daha da ağırlaşmasının qarşısının alınması mümkündür. Bunun üçün daimi olaraq məşqlər edilməlidir.
Reabilitasiyanın müddəti hər bir xəstə üçün fərdi olaraq seçilir, 1-2 ay arası dəyişir. İlkin etapda reabilitasiya mərkəzində müalicəvi fiziki məşqlərə başlansa da, növbəti etaplarda müntəzəm həkim məsləhətləri edilməklə ev şəraitində məşqləri davam etdirmək olar.

Reabilitasiyanın Mərhələləri:
1 etap – iltihab prosesini azaltmaq, fizioprosedurlar və inyeksiya vasitəsi ilə ağrı sindromunu aradan qaldırmaq.İlk etapı kəskin dövrü aradan qaldırmaq, pasientin ağrılarını azaltmaq kimi də qeyd etmək olar.
2 etap – qığırdaq toxumasına artrozun göstərdiyi mənfi təsiri azaltmaq məqsədi ilə bağ aparatını gücləndirmək.
3 etap – proqressivləşən artrozun qarşısını almaq üçün müntəzəm olara müalicəvi idman hərəkətləri ilə məşğul olmaq.

Leave a reply