Ayaqlarımızda gəzinti, qaçış, tullanma və müvazinətimizi təmin edən çoxsaylı bağların varlığına baxmayaraq tez-tez müvazinətimizi itirirə bilirik. Nəticədə, ən sadə burxulmalar ortaya çıxır. Burxulmalar yalnız idman və ya digər peşə ilə əlaqədar deyil, normal insanların da başına gələ bilər. Burxulma zamanı ən çox yaralanma xarici yan bağda olur.Burxulma ilə ayaq biləyində; ağrı və şişlik sürətlə inkişaf edir. Bu zaman əgər damar yırtılıbsa şişlik çox sürətlə baş verir və toxunma zamanı şiddətli bir reaksiya meydana gəlir. Qırmızılıq zamanla göyərməyə keçir.
Ankle yaralanmalarında ətraflı sorğu və müayinədən sonra düz rentgen filmi sümüklərdə meydana gələn çatlamalar və qırıqları asanlıqla göstərəcəkdir. Yumşaq toxuma zədələnməsinə şübhə varsa, MR tələb oluna bilər.
Ankle ligament travmasının müalicəsi.
Zədələnmədən sonra kəskin dövrdə bir müddət istirahət verilməlidir,ayaq ətrafına 2-3 gün ərzində soyuq tətbiq olunur. Ağrıkəsici dərmanlar və ödem əleyhinə preparatlar istifadə olunur.
Yüngül burxulmalar istisna olmaqla, adətən ayaq biləyini hərəkətsiz saxlayan 10 gündən 3 həftəyə qədər davam edən bir gips tətbiq etmək lazımdır. Bunu etmədikdə, ayaq bağları tam yaxşılaşmır və burxulma tez-tez təkrarlanır. Buda öz növbəsində ayaq biləyində kirəclənməyə səbəb olur.
Daha yüngül burxulmalar və ya tez-tez təkrar burxulmalar zamanı ayaq biləyinə xüsusi bandajlar tətbiq olunur. Bunlar uzun müddət istifadə olunur. Xüsusilə idmançılarda tez-tez ayaq biləyi burxulması halında bənzər bandajlar yenidən istifadə edilməlidir.
Ayaq travmasının kəskin dövründən sonra ayaqa fizioterapiya tətbiq edilməlidir. Bir maqnit sahəsi və xüsusi bir soyuq tətbiq olan Cryotherapy, bu travmatik ayaq problemlərində çox müvəffəqiyyətli nəticələr verən fizioterapiya üsullarıdır.

Leave a reply