Müxtəlif mikroblar və bakteriyalar səbəbilə əmələ gələn bartolin vəzin (uşaqlıq yolu girəcəyinin böyük vəzi) iltihablı xəstəliyinə bartolinit deyilir. Bartolin vəzi qadın cinsi orqanlarının selikli qişasını nəmləndirir.
Yaranma səbəbi:

Bartolinitin səbəbi bartolin vəzinə infeksiyanın, mikrobların düşməsidir. Bartolinit zöhrəvi xəstəliklər (məsələn, süzənək) zamanı, intim gigiyenanın qaydalarına ciddi riayət etmədikdə, immunitetin zəiflənməsi zamanı, abortdan və ya cərrahi əməliyyatdan sonra və s. inkişaf edə bilər. Əsasən gigiyenik qaydalara riayət etməyəndə cinsi orqanlarda müxtəlif mikroblar, bakteriyalar əmələ gəlir: stafilokokk, streptokokk, qonokokk, xlamidya, bağırsaq çöpləri, trixomonadlar, candida göbələyi və s. Vəzin kanalı tıxanır, maye çölə axmır, burada durğunluq və iltihab yaranır. Nəticədə qadın cinsiyyət dodağında kiçik şişin (kist) əmələ gəlməsini hiss edir. Vaxt keçdikcə şiş böyüyür, ağrılı olur (xüsusilə gəzəndə). Kist irinlədikdə ümumi hərarət artır. Həmçinin xəstəlik immunitetin zəifləməsi, iltihablı xəstəliklər, keçici cinsi xəstəliklər nəticəsində əmələ gələ bilər. Xəstəlik zamanı uşaqlıq yolunda qatı irin toplanır. Bartolinit uşaqlıq yolu dəhlizinin xaricə axan axacağının iltihab nəticəsində tutulması və vəzdə absesin inkişaf etməsinə səbəb olur. Bartolinit bəzən vəzin fiziki funksiyası yerinə yetirmədiyi zamanlarda da meydana çıxa bilir. Bu isə bartolin vəzisi hər tərəfdən seliklə tutulduqda baş verir. Bu zaman vəzi öz funksiyasını normal yerinə yetirə bilmir və iltihablaşır.
Vaxt keçdikcə şiş böyüyür, ağrılı olur (xüsusilə gəzəndə). Kist irinlədikdə ümumi hərarət artır. Həmçinin xəstəlik immunitetin zəifləməsi, iltihablı xəstəliklər, keçici cinsi xəstəliklər nəticəsində əmələ gələ bilər. Əsasən vəzin birtərəfli iltihabı olur. Nadir hallarda iltihablı proses bilavasitə vəzin toxumasını əhatə edir, bu halda irinlənmə ilə əsil abses baş verir və vəz böyüyür. İrin bəzən öz-özünə açılır və xəstənin vəziyyəti yaxşılaşır. İltihablı proses sönür. Vəzdə cüzi böyümə və bərkimə müşahidə olunur. Ancaq bir müddətdən sonra iltihablı proses təkrarlana bilər.

Bartolinit zamanı müayinə və müalicə
Xəstəliyin başlanğıcında qadın ciddi narahatlıq hiss etmir. Uşaqlıq yolunun girişində balaca, biraz ağrılı bərkimə olur. Bəzən yüngül sancma və ya yanğı hiss edilir. Xəstəlik irəliləyəndə xarici cinsi orqanlarda hərəkət və cinsi akt zamanı kəskin ağrı əmələ gəlir. Pasientin hərarəti 38-39 dərəcəyə qalxır və güclü üşütmə olur. Uzun müddət müalicə olunmayan xəstəlik xroniki formaya keçə bilər. Qadında bartolin vəzin kistası əmələ gəlir.
Diaqnostika kliniki əlamətlərə əsasən qoyulur. İltihablı prosesin mövcud olub olmadığı ginekoloji yaxma və ümumi qan təhlili əsasında müəyyən edilir.

Müalicəsi
Xəstəliyin əvvəlində konservativ yolla, irin və ya kista əmələ gəldiyində isə cərrahi yolla müalicə edilir.
Bartolinitin müalicəsində antibakterial preparatlar (antibiotiklər), antiseptiklər (yerli) istifadə olunur. Bəzən qadınlar bu xəstəliyi xalq təbabəti üsulları ilə müalicə etməyə çalışır (çobanyastığı, evkalipt və s. antiseptik otların dəmləmələri ilə yuyunmalar və s.). Lakin bu düzgün deyil. Bu vasitələr yalnız köməkçi vasitələr kimi istifadə oluna bilər. Əsas müalicə üsulu – antibiotiklərin tətbiqidir.
Müalicəsiz buraxılmış və ya düzgün müalicə olunmayan bartolinit müxtəlif ağırlaşmalara gətirib çıxardır – kistin irinlənməsi, absess və s.
Bartolinitin müalicəsi zamanı onun ölçüsünə, xəstəliyin inkişaf etmə dərəcəsinə və xəstənin yaşına uyğun olaraq aparılır. 40 yaşdan yuxarı qadınlarda xəstəlik meydana gəldiyi zaman biopsiya götürüb, xərçəng hüceyrələrinin olma riskini araşdırmaq lazımdır. Qeyd etmək lazımdır ki, nadir hallarda bartolin vəzinin xərçəng xəstəliyinə də rast gəlmək mümkündür. Bunun araşdırlıması üçün isə mütləq biopsiya aparmaq lazımdır.
Xəstəliyin əlamətləri zəif olduqda isə iltihabı əmələ gətirən infeksiyanın növü təyin edilir və ona uyğun dərman prepatarları təyin edilir.
Konservativ müalicənin əsasını təşkil edir:
1. Yataq rejimi
2. Antibakterial terapiya
3. Ağrıkəsici preparatlar
4. Ümumi qüvvətləndirici terapiya ( vitamin kompleksi, immunostimulyatorlar)
5. Fizioterapiya və İsti prosedurlar
Ağır hallarda bartolinitin müalicəsi cərrahi yolu ilə aparılır – absess yarılır, irin çıxarılır. Bəzən bartolin vəzi özü də xaric olunur.
Fizioterapevtik müalicə
Müalicə həkiminin təyinatına görə xəstələrə fizioterapevtik prosedurlar təyin edilə bilər. Fizioterapiya – qadın cinsiyyət sistemi xəstəliklərinin müalicəsində bartolinit də daxil olmaqla geniş tətbiq edilir. Xəstəliyin kəskin dövrü və temperaturun olmadığı vaxt fizioterapevtik metodlara başlamaq olar. Maqnit terapiyası, UVÇ və fonoforez ən effektiv metod hesab edilir. Üşütmə, yüksək temperatur, psixi patologiya, menustral sikl, sidik daşı xəstəliyi, böyrək və qaraciyər çatışmazlığı – fizioterapevtik manipultasiyaların keçirilməsinə əks göstərişdir.
Fizioterapevtik prosedurlar ağrı sindromunun azalmasına, orqanizmin qan və limfa dövranının sürətlənməsinə köməklik göstərir. Bu metodlar həmçinin hormanal fonun bərpasına, toxumaların regenerasiyasına, hüceyrə immunitetinın stimullaşmasını həyata keçirir. Yerli UBŞ iltihabi sahəyə bakteriostatik və bakteriosid təsir göstərir. Elektrofarez və maqnitoterapiya isə iltihabi prosesin yayıldığı nahiyyədə ödemin qarşısını alır. Lazer terapiya adətən absesin yarılmasından sonra təyin edilir ki, bu da toxumaların regenerasiyasını və bərpasını sürətləndirir.

Leave a reply