Havalar bir balaca soyuyan kimi bir çoxları kürək-boyun tutulmalarından əziyyət çəkməyə başlayır. Bəzən bir həftə, bəzən isə daha çox davam edən ağrılar xəstəyə əzab verir, ruh düşgünlüyü, halsızlıq və yuxusuzluq yaradır.Çox zaman oturaq işdə işləyənlər, sürücülər, ümumiyyətlə, bütün günü kompüter qarşısında keçən insanlar çox zaman bu kimi ağrılardan şikayətlənirlər.Bunu oturaq işdə çalışanlar üçün peşə xəstəliyi də adlandırmaq olar.Belə hallarda boyun və kürək tutmalarının əsas səbəbi hərəkət məhdudluğudur. Oturaq işdə çalışanlarda boyun, kürək və çiyinlərdə olan əzələ qrupları sıxılmağa başlayır ki, bu da spazma və bununla yanaşı qan dövranının pozulmasına gətirib çıxarır.
Boyun-kürək ağrılarından şikayətlənən insanlar çox zaman bu ağrıların nəticəsində tənbəlləşirlər. Boyun beyinlə bədən arasında mühüm bir ünsiyyət körpüsüdür. Və çox əhəmiyyətli bir vəzifəsi var.
Çox zaman narahat yataq da boyun tutulmasına səbəb ola bilər.Belə ağrıların yaşı yoxdur, kiçik uşaqlarda belə müşahidə olunur.
Qadınlarda baş verən boyun ağrıları osteoroxondrozun əlaməti ola bilər.Qidalanmada kalsium və D vitamini əskikliyi, hərəkətsiz həyat, erkən klimaks, həddindən artıq spirtli içki qəbulu osteoraxondroz riskini artırır.Boyun və kürək tutmaları çox zaman soyuqdəymə zamanı da baş verə bilir. Soyuğun təsirindən boyun və kürək damarlarının şişkinliyi, qabarması və ağrıları əmələ gəlir. Belə hallar baş verdiyi zaman isti dəsmalla sarımaq, masaj bu ağrıları qısa müddətə aradan götürür.
Çox zaman biz bunu sadəcə olaraq, boyun tutulması kimi qiymətləndirsək də bu əlamətlər digər xəstəliklərin daşıyıcısı ola bilər.Uzun müddət davam edən boyun, çiyin, qol və kürək ağrıları mühüm xəstəlikərin əlaməti ola bilər.Əgər bu ağrılar baş ağrısı, baş gicəllənməsi, halsızlıq, iştahsızlıq, yuxusuzluqla müşahidə edilirsə, bütün müdaxilələrə baxmayaraq keçmirsə, mütləq həkimə müraciət etmək lazımdır.

Leave a reply