Daban sümüyü üzərində bağ, əzələ və vətər olan ayağımızdakı ən böyük sümükdür. Daban sümüyü, biz gedərkən zəminə toxunan ilk sümükdür və həm də bu kontaktdan əmələ gələn şok absorbentdir və hərəkət zamanı üzərinə çıxan bütün ağırlığı yüklənir.
Daban ağrısı dabanın ön, arxa və ya alt hissəsində yarana bilər və zaman keçdikcə pisləşən bir ağrı növüdür. Daban ağrısındakı ağrı adətən bir ayaqda müşahidə olunur və ayağın hərəkəti ilə daban ağrısı sıx şəkildə hiss olunur. Bununla birlikdə, xəstələrin üçdə birində hər iki ayaqda da daban ağrısı görülə bilər.
Daban ağrısının ən çox yayılan simptomları səhərdən etibarən yataqdan və ya oturduğunuz yerdən qalxarkən ağrının şiddətlənməsi və gedərkən azalmasıdır. Bir müddət sonra ayağa duranda ağrı çox hiss olunur. Yürüyüş ağrını yüngülləşdirə bilər, lakin uzun yürüyüşlər və ya uzun müddət dayanmaq ağrınızın yenidən pisləşməsinə səbəb olacaq.
Daban ağrısı üçün bir çox səbəb ola bilər. Çoxluqla yerimə pozğunluqları səbəbiylə daban sümüyünə və ona bağlı yumşaq doxumalara güclü təzyiq səbəbiylə yaranır.
Daban ağrısının səbəbləri
-Plantar Fassit
-Daban mahmızı
-Artmış Pronasyon (Ayağın İçəri çox Basılması)
-Aşil Tendiniti
Daban ağrısı müalicəsində topuq gərmə məşqləri və ağrıkəsici əsas yer tutur. Beləliklə həm ağrının qarşısı alınır, həm də yaxşılaşma müddəti tezləşir
Çox xəstələrdə daban ağrısı bir ildən az müddətdə müalicə olunur. Cərrahiyyə müdaxiləsi nadir hallarda istifadə edilir.

Leave a reply