De Kerven tendovaginiti və ya stenozlaşmış tendovaginit xroniki və özünəxas xüsusiyyəti olan, əlin baş barmağının qısa bükücü, uzun açıcı vətər yatağının zədələnməsi ilə xarakterizə olunur. Xəstəlik İsveç cərrahı F. De Kervenin şərəfinə adlandırılmışdır. O 1895-ci ildə hərəkət zamanı baş barmaqda yaranan ağrının təsvirini əks etdirmişdir.

Yaranma səbəbləri- əsasən professional səbəblərdən meydana çıxır. Məsələn pionistlər, rəngsazlar, dərzi, işləməyən körpə uşaqlı qadınlarda uşağı əzizləyərkən qoltuq altından tutub qaldırdıqda ,əlin baş barmagın təzyiq düşür. Xəstəliyin inkişafı baş barmağın daha aktiv olması, xırda hərəkətlərdən tutmuş daha böyük hərəkətlərdə də iştirak etməsi ilə əlaqədardır. Daimi təkrarlanan hərəkətlər zamanı baş barmağa düşən gərginlik biləyin çeçələ barmağa doğru əyilməsi ilə əlaqədar olaraq vətərə düşən yük bir az daha artır. Bu da stenozun əmələ gəlməsi, bu da öz növbəsində iltihabın yaranması üçün əlverişli şərait yaradir.Xəstəliyin proqressivləşməsi ilə əlaqədar olaraq vətər kanalında darlaşma, vətərin divarlara sürtünməsi artır ki, bu da öz növbəsində ödemin və iltihablaşmanın əmələ gəlməsinə səbəb olur. Bu səbəbdən ağrının sürətlənməsi müşahidə olunur.

Stenozlaşmış tendovaginit zamanı əlin baş barmağının qısa bükücü, uzun açıcı əzələ vətərinin sinovial yatağının divarında qalınmaşması baş verir. Bu da öz növbəsində yataq boşluğunda daralmaya səbəb olur.

Stenozlaşan tendovainitin kliniki əlamətləri ağrı hissinin  mil sümüyünün biz çıxıntısında yaranması ilə meydana gəlir, bu da ağrının baş barmağa və dirsəyə irradiasiya etməsi və şişkinliyi ilə müşahidə olunur. Ağrının intensivləşməsi adətən Finkinşteyn Testi müsbət olduqda qeydə alınır. Ovucunuzu yumruq halına salın və baş barmagınızı yumrugun içində saxlayın,əlinizi yana dogru bükün .Bu zaman mil sümüyünün çıxıntısında ağrı əmələ gəlsə, bu  testin müsbət olduğunu göstərir. Bu zaman xüsusi səs eşitmək olar. Sinovial vətər boyunca palpasiya etdikdə ağrı qeydə alınır.

Simptomları

Xəstəlik tədricən inkişaf edir. Adətən xəstələr həkimə ilk simptomlar əmələ gəldikdən bir neçə gün sonra və ya bir neçə həftə sonra müraciət edirlər. Anamnez toplayarkən məlum olur ki, ilk vaxtlarda kəskin hərəkətlər zamanı ağrı qeydə alınırdısa sonralar bu ağrı getdikcə dərinləşərək, cüzi hərəkət zamanı da meydana gəlməyə başlayır. Pasientlər adətən çiyinin ön hissəsində, mil bilək oynağının baş barmaq proyeksiyasında ağrıdan şikayətlənirlər. Ağrılar biləyin hərəkəti zamanı meydana gəlir, sızıldayıcı, sıxıcı xarakter daşıyır. Bəzən yuxu zamanı da kəskin hərəkət zamanı ağrı meydana çıxır. Ağrı hissi baş barmaq istiqamətində  dirsək oynağı, çiyinə qədər yayıla bilər.

Dioqnostikası- hər iki əlin müqayisəsi zamanı ağrı olan əldə baş barmaq nahiyyəsində şişkinliyin olması nəzərə çarpır. Dəri rəngini dəyişmir, hipertermiya nəzərə çarpmır. Xəstələrin ağrını azaltmaq məqsədi ilə kortəbii müalicə etmə üsüllarına yol verildikdə dəridə yüngül qızartı, dəri soyulması müşahidə edilə bilər.

Müalicə

Müalicə konservativ, fizioterapevtik və cərrahi yolla həyata keçirilir. İltihabəleyhinə qeyri-steriod iltihab əleyhinə preparatlardan istifadə edilir. Fizioterapiyada zərbədalğalı terapiya, yüksək intensivli lazer, elektrostimulyasiya, qısadalğa və s. üsullardan istifadə edilir.

Leave a reply