Fəqərəarası disklərin yırtıqlarının profilaktikası üçün nəzərdə tutulan tədbirlər 2 qrupa bölünürlər:
1) əgər fəqərəarası disk yırtığı artıq yaranmışsa;
2) fəqərəarası disk yırtığının yaranmasının qarşısını almaq üçün.

Birinci qrup tədbirlər
Bu vəziyyətdə profilaktikanın məqsədi ağrı epizodları arasındakı fasilələrin artırılmasıdır.
Fəqərəarası diskin yırtıqlarının ağırlaşmalarının qarşısını almaq üçün ilk növbədə zəruridir:
• Xəstəliyin ilk simptomları yaranan zaman vaxtında həkimə müraciət etməli;
• Optimal əzələli korsetinin yaradılması. Adətən, fəqərəarası disk yırtığının müalicə kursundan sonra bütün xəstələrə zəif əzələləri gücləndirən və əldə edilən nəticələri qoruyub saxlayan xüsusi bədən tərbiyəsi təyin edilir;
• Onurğanın üzərinə düşən yükün azaldılması. Həyat tərzimiz tez-tez bizə peşə xəstəlikləri qazandırır, ağır fiziki iş isə ilk növbədə, fəqərəarası disk yırtığının əmələ gəlməsinə təsir göstərir;
• Pis vərdişlərdən qurtulmağa cəhd göstərmək. Siqaretdən istifadə edilməsi damarların daralmasına və nəticədə bütün orqan və toxumaların, o cümlədən də fəqərəarası disklərin qidalanmasının pozulmasına səbəb olur. Spirtli içkilərin qəbulu isə ümumiyyətlə orqanizmə böyük ziyan vurur.
• Normal yataq rejiminin təşkili. Bəzən hələ xəstənin ilk müayinəsi zamanı məlum olur ki, onun narahat döşəyi və ya yastığı var və bu amilin aradan qaldırılması fəqərəarası disk yırtığının yaranması ehtimalını xeyli azaltmış olur;
• Kəskin hərəkətlər etməmək. Heç vaxt irəli uzanmış əllərlə yük qaldırmaq olmaz. Qabağa əyilməklə dönmə hərəkətlərinə yol verməməli. Yükü yerdən qaldırmaq üçün əvvəlcə oturmaq, yükü götürmək və yüklə birlikdə ayağa qalxmaq lazımdır. Yataqdan qalxdıqda böyrü üstə çevrilmək, ayaqları dizdən bükmək, onları çarpayının kənarından sallamaq, əllərlə yataqda itələnərəq düzgün şəkildə ayağa qalxmaq lazımdır. Bu gündəlik hərəkətlər disk yırtığının böyüməsinin qarşısını almağa kömək edəcəkdir.

 İkinci qrup tədbirlər

Əgər fəqərəarası disk yırtığını hələ yaranmayıbsa:
• Skoliozun,osteoxondrozun, yastıayaqlılığın, vərəmin, uşaqlarda displaziyanın və dayaq-hərəkət sisteminin bəzi digər xəstəliklərin vaxtında müalicə olunması;
• Pəhriz rejiminə riayət etmək. Fəqərəarası disk yırtığı zamanı təyin edilən osteoxondrozu zamanı təyin edilən pəhriz rejimi ilə demək olar ki, eynilik təşkil edir;
• Müntəzəm normallaşdırılmış fiziki yük. Onurğanın, xüsusən də onun bel şöbəsinin fəqərəarası disk yırtıqlarının müalicəsində və qarşısının alınmasında kömək edir.
• Bəzi idman növləri (sui-istifadə etmədikdə): üzgüçülük, gimnastika, qaçmaq, piyada gəzintilər, velosiped sürmək və s. Əgər orqanizm sağlamdırsa və heç bir çatışmazlığı yoxdursa, idmanın bütün növləri faydalıdır. Əks halda onlar zərər verə və ya xəstəliyin ağırlaşmasına səbəb ola bilər.
Fəqərəarası disk yırtığının qarşısının alınması və müalicəsinin digər mümkün üsulları haqqında bilavasitə müalicə həkimi ilə məsləhətləşmək tövsiyə olunur. �

Leave a reply