Donmuş çiyin sindromu (adgeziv kapsulit, Frozen shoulder ) çiyin oynağı kapsulunun və oynaq mayesi ifraz edən zarın diffuz pozğunluğu və iltihabı nəticəsində oynaq nahiyyəsində baş verən bir ağrı sindromudur.
Donmuş çiyin sindromunun simptomları
Frozen shoulder; şiddətli ağrı və çiyin oynağının məhdud hərəkəti ilə özünü göstərir. Ən kiçik bir hərəkətdə çiyin və qolda ani sancı şəklində ağrı var.
Hərəkət bucağı; xəstənin özünün qolunu hərəkət etdirməsi(aktiv hərəkətlər) və ya müayinə zamanı (passiv hərəkətlər) oynaq hərəkətini test etdirməklə təsbit edilir. Hər tərəfə hərəkətin müəyyən bir sərhəddi var, ondan o tərəfə hərəkət mümkün deyil. Frozen shoulder zamanı bu sərhədlərdə ağrı maximum olur.
Çiyin ağrısı gecələr də çox narahat edə bilər. Adam geyindikdə, saçlarının daradıqda, hər hansı bir əşyaya əlini uzatdıqda çətinlik çəkir. Bu narahatlıq bir neçə ay və ya il ərzində inkişaf edə bilər.
Frozen shoulder çiyin oynağı ilə əlaqəli olub güclü ağrı ilə müşahidə olunan, məsələn bursit və artroz nəticəsində inkişaf edə bilər. Çiyinlərimizdə ağrı olduğumuz zaman özümüzdən asılı olmayaraq çiyinimizi qoruyuruq. Lakin, çiyin oynağının uzun müddət immobilizasiyası yumşaq toxumalarda yapışmalara gətirib çıxarır və oynaq kapsulunun çəkilib qırışmasına səbəb olur.
Bu xəstəlik xroniki obstruktiv ağciyər xəstəliyi, miokard infarktı kimi hər hansı bir sistemik xəstəliyin nəticəsində yarana bilər. “Donmuş çiyin” sindromu diabetli xəstələrin hər beş nəfərindən birində rast gəlinir.
Donmuş çiyin sindromunun 3 mərhələdə gedişi aşağıdakı kimidir:
Faza 1 – Ağrılı mərhələ: 2-9 ay
Birincisi ağrı başlayır,hərəkətin pilləli məhdudiyyətini tədricən sərtlik təqib etməyə başlayır. Gecələr pisləşir.
Faza 2 – Tutulma mərhələsi: 4-12 ay
Ağrı tədricən azalır, lakin tutuqluq və hərəkətin məhdudlaşması davam edər və pisləşə bilər. Qolunuzu çölə döndürmək qeyri-mümkün ola bilər.
Faza 3 – Açılma mərhələsi: 1-3 il
Bu mərhələ ağrı, tutuqluq və hərəkət məhdudlaşmasının yavaş-yavaş azaldığı yaxşılaşma mərhələsidir.
Fizioterapiya frozen shoulder üçün ən effektiv müalicə metodudur.

Leave a reply