Fizioterapiya qadın cinsiyyət sistemi xəstəlikləri ilə mübarizədə çox mühüm əhəmiyyət kəsb edən metodlardan biri hesab olunur. Fizioterapiya əsasən kəskin və patoloji xroniki xəstəliklər zamanı istifadə olunur. Həmçinin, cərrahi müdaxilələrə hazırlıq zamanı, əməliyyat sonrası, doğuş sonrası da fizioterapiyadan istifadə edilir.
Fizioterapiyaya göstəriş olan ginekoloji xəstəliklər:

– süd vəzilərində əmələ gələn çatlar;
– laktasiya dövründə əmələ gələn mastit;
– vulvit;
– vaginit;
-bartolinit

-kolpit;
– uşaqlıq boynunun eroziyası;
– uşaqlığın, yumurtalıqların iltihabi xəstəlikləri

-Remissiya dövründə yumurtalıqların kistləri

-Uşaqlığın disfunksional qanaxmaları

-doğuş fəaliyyətinin zəifliyi

-menisturasiya siklinin pozğunluqları

-Ginekologiyada endokrin sindrom

-Ağrılı menustral sikl

-ginekoloji əməliyyatdan sonra bərpa dövrü

-Süni mayalanma prosesinə hazırlıq dövrü

Fizioterapiya ginekoloji xəstəliklərlə müalicə və əməliyyatdan sonra reabilitasiya müddətini qısaldır. Həmçinin ağırlaşmaların, profilaktika və ressidivlərin qarşısını alır.

Ginelokoji xəstəliklər zamanı fizioterapiya aşağıdakı effektlərə malikdir:
– ağrısızlaşdırma;
– qan və limfa dövranının yaxşılaşması;
– hormonal balansın bərpası;
– orqanların funksiyalarının bərpası;
– əməliyyatlardan sonra əmələ gəlmiş çapıq toxumasının sorulması;
– toxumalarda qidalanma və mübadilə proseslərini yaxşılaşması;
– toxuma immunitetinin və regenerasiya proseslərinin sürətləndirilməsi və s.

Leave a reply