Bəzi ədəbiyyatlarda Preseptal Sellülit adlandırılan bu xəstəlik göz qapaqlarının tarzoorbital fassiyadan öndə yumşaq toxumasının infeksion zədələnməsidir. Göz qapaqlarının absesi – qapaqda irinlə dolu boşluğun əmələ gəlməsi ilə qapaq toxumasının məhdud iltihabıdır. Preseptal Sellülit ən çox uşaqlarda və gənclərdə rast gəlinən xəstəlikdir. İrintörədici mikroblar tərəfindən, əksər halda qapaqdakı infeksiyalaşmış yaralar nəticəsində inkişaf edir.
Absesin yaranma səbəbləri: yerli irinliu iltihab, itdirsəyi, furunkul, yaralı blefarit, orbitadakı və burnun əlavə ciblərindəki irinli prosesdir. Həmçinin digər özvlərdə septik ocaq olarsa, metastatik yolla abses meydana çıxa bilər.
Əlamətləri – Xəstələr göz qapağının bir tərəfli, ağrılı, hiperimiyalı ödemi, qızartı, şişkinlik, ümumi vəziyyətin pisləşməsi, bədən temperaturunun qalxmasından şikayətlənirlər.
Kliniki olaraq abses qapağın dərialtı toxumasının artan yayılmış infiltrasiyası ilə kəskin inkişaf edir. Qapaq ödemli, palpasiya zamanı ağrılıdır, dərisi hiperemiyalı, əl ilə yoxladıqda istidir,
Gərgindir, tədricən sarı rəng alır. Toxumanın nekrozu və əriməsi mərhələsində flüktasi əmələ gəlir. Abses öz-özünə açıldıqda və irin çıxdıqdan sonra iltihab əlamətləri sakitləşir. Bəzən fistul qalır.
Dioqnoz kliniki şəkil, xarici baxış, yandan işıqlandırma, biomikroskopiya əsasında qoyulur.
Qeyd etmək lazımdır ki, differensial diaqnostikası adətən orbital sellülitlə aparılır. Ondan fərqli olaraq bu xəstəlik zamanı ekzoftalm və xemoz olmur. Preseptal sellülit bəzən sürətlə proqressivləşərək orbitaya yayıla bilər və daha ciddi patologiya sayılan orbital sellülit yarana bilər.
Fizioterapevtik müalicə
İnfiltrasiya mərhələsində fizioterapiyanın məqsədi – iltihabəleyhinə, ağrıkəsici, dehidratasiyaedici təsir göstərməkdən ibarətdir. Antibakterial terapiya və yerli müalicə ilə ( sulfanil natri 30% məhlulunun damcı şəklində istifadəsi) yanaşı fizioterapevtik metodlar da tətbiq edilir: qısa dalğa və ya mikrodalğa terapiyası, ultrabənövşəyi şüalanma, penisilinlə elektrofarez və s. Xəstəliyin birinci günündən fizioterapevtik müalicəyə başlanmalıdır. Belə olduqda xəstəlik sürətlənmədən 2-3 gün ərzində keçib gedə bilər, digər hallarda irinli ocağın yayılaraq sürətlə böyüməsi müşahidə oluna bilər.
Qalıq infiltratın sovrulması məqsədilə UVÇ şüalanmadan 2 gün ərzində 10 dəq olmaqla zədələnməyə məruz göz üzərinə tətbiq edilməlidir. Göz qapağı toxumasının diffuz infiltrasiyası zamanı 15-20 dəq ərzində qızdırıcı kompress tətbiq edilməlidir. Fluktasiya zamanı abses çərtilməli, nekrotik kütlənin sorulması, yerdə qalan iltihabi prosesin likvidasiyası məqsədi ilə gün ərzində 1-2 dəfə 10-15 dəq olmaqla hər gün UVÇ tətbiq edilməlidir.

Leave a reply