Həcəmət və ya hicam (qanalma) keçmişdə demək olar bütün dünyada əsas müalicə metodlarından biri kimi çox geniş istifadə olunurdu.
Dahi Hippokrat qanalmanın faydasını çox yüksək qiymətləndirirdi. Orta əsrlərdə Avropada qanalmanın köməyi ilə az qala bütün xəstəlikləri müalicə edirdilər.
Hadislərə əsasən, Məhəmməd Peyğəmbər (s.ə.s) həcəmətin köməyi ilə baş ağrılarını müalicə edirdi və bu müalicə metodunu çox yüksək qiymətləndirirdi.
Qanalmanın bir neçə növü var. Avropada qanalma zamanı qolda damar deşilirdi və qan “buraxılırdı”. Asiya və Ərəb ölkələrində isə dəri çərtilir və qan tibbi bankaların köməyi ilə “sovrulur”. Ərəb dilində hicam “sovurmaq” deməkdir.
Uzun müddət ərzində qanalma haqsız olaraq unudulub. Qanalma müalicə metodu kimi, demək olar, yalnız qaraciyərin hemoxromatoz xəstəliyi zamanı istifadə olunur. Bu xəstəlik zamanı xəstənin qanında çoxlu miqdarda dəmir yığılır ki, bu da müxtəlif pozulmalara səbəb olur.
Lakin son zamanlar bütün dünyada həcəmətə olan maraq artıb. Alimlər həcəmətin insan sağlamlığına olan təsirini araşdırır və çox müsbət rəylər verir.
Tibbi qanalma həqiqətən çox effektli müalicəvi və profilaktik vasitədir. Bunun ən yaxşı sübutu qan donorlarıdır. Statistika göstərir ki, bu kateqoriya insanlar digər insanlarla müqayisədə daha çox yaşayır və daha sağlam olurlar.


Qanalma nəticəsində orqanizmdə yenilənmə və cavanlaşma prosesləri işə salınır, qan təmizlənir, qanyaranma prosesləri sürətlənir, yeni cavan qan əmələ gəlir.
Həcəmət hipertoniya zamanı çox effektlidir. Qanalmanın köməyi ilə hətta çox yüksək təzyiqi xeyli aşağı salmaq mümkündür. Həmçinin bu effekt uzun müddət ərzində saxlanıla bilər – 2 həftədən bir neçə aya qədər.
Amerika alimi Bauer sübut edib ki, qanalmadan dərhal sonra orqanizmdən ziyanlı maddələrin xaric olunması 30-40% artır. Digər alimlər araşdırmalarda aşkar edib ki, qanalmadan sonra qanın qatılığı 20-30% azalır ki, bu da damarlarda trombların əmələ gəlmə riskini xeyli azaldır. Fransa alimi tibb elmləri doktoru professor Kantel həcəmətdən sonra insanın qanını tətbiq edib və belə qərara gəlib ki, insanın immun sistemi xeyli fəallaşır.
Həcəmət tibbi prosedurdur. Bu səbəbdən qanalma yalnız həkim tərəfindən təyin olunmalı və həyata keçirməlidir. Həcəmətin müəyyən metodikası, göstərişləri və əks-göstərişləri mövcuddur.
Həcəmət bu xəstəliklərdə uyğundur:

-Yüksək təzyiq
-İmmun zəifliyi
-Sonsuzluq, qadın xəstəlikləri
-Şəkər
-Depressiya, sinir əzələ zəifliyi
-Xərçəngin profilaktikası
-Miqren, baş ağrıları
-Saç tökülməsi
-Baş-beyin, qulaq, burun xəstəlikləri
-Ürək xəstəlikləri
-Tromblaşma
-Mədə və bağırsaq, qaraciyər xəstəlikləri
-Bədəndə səpkilər
-Sızanaqlar, psoriaz
-Boyun, bel, onurğa ağrıları
-Qaraciyər piylənməsi
-Cinsi zəiflik
-Revmatizm
-Babasil
-İltihabi xəstəliklər
Həcəmət bu kimi hallarda əks-göstəriş sayılır:
-Anemiya
-Ateroskleroz
-Açıq xoralı yaralar
-Ağır əməliyyatdan sonra
-Ağır ürək qüsur

Həcəmət profilaktik məqsəd ilə ildə 2 dəfə (yazda və payızda), müalicə məqsədi ilə isə 1 ayda 1-2 dəfə tətbiq oluna bilər.

Əsas hicama nöqtələri
Başdan olunan həcəmət: qulaqların arxasından, əmgək ətraflarından alının üst tərəfindən ənsə nahiyəsinin üstü və təpədən aparılır.
Yaddaşsızlıq, diqqət zəifliyi, təzyiq, şəkər, qulaqlarda səs-küy, depressiya, vitiliqo, xərçəng və xərçəngin profilaktikası, miqren, baş ağrısı, göz xəstəlikləri, zəif görmə, əsəbilik, panik tutma, psoriaz, saç tökülməsi, başgicəllənmə, Alzheymer, üz siniri iflici kimi xəstəliklərə qarşı istifadə oluna bilər.
Ürəyin üstü: kürək tərəfdən ürəyin üstünə 3 ədəd qoyulur.
Ürəkdöyünmə, ürəkdə ritm pozulması, panik tutma, psixi xəstəliklər, həyəcanlanmalara qarşı istifadə olunur.
Kürəklərin arası: bura 3 və ya 4 ədəd banka qoyula bilər.
Tənbəllik, yuxululuq, halsızlıq, yüksək xolesterin, stress, kürək və üzdəki sızanaqlar, təzyiq, ağciyər, mədəaltı vəz xəstəlikləri üçün istifadə oluna bilər. Həmçinin müxtəlif köpmələr, cinsi zəiflik, sonsuzluq, qulunc olmalar, əllərin, qolların keyiməsi, kürəkdə iynəbatma və ya qarışqa yeriməsinin hiss edilməsi, bədəndə müxtəlif səpgilər, sızanaqlar zamanı faydalıdır.
Onurğa fəqərələrinin üstü: 4-5 ədəd banka qoyulur.
Boyun, döş, bel fəqərələrinin yırtığı (3 seans), fəqərələrin osteoxondrozu (3 seans), ağciyər xəstəlikləri, təngnəfəslik, astma, bronxit, qırmızı qurdeşənəyi, mədə xəstəlikləri, qaraciyər piylənməsi, böyrək xəstəlikləri, sidik saxlaya bilməmək, qaşıntı, ekzema, psoriaz, vitiliqo, ishal və qəbizlik üçün istifadə oluna bilər.
Bel və büzdüm nahiyəsi: 3-4 ədəd banka qoyulur.
Bel yırtığı, radikulit, sonsuzluq, cinsi zəiflik, qadınlarda aybaşı pozulması, klimaks dövrü pozulmaları, oturaq sinir iltihabı, damar daralması, babasil zamanı istifadə oluna bilər.
Qol və ayaq nahiyəsinə edilən həcəmət
Revmatizm, revmatoid poliartrit, əllərdə, qollarda, ayaqlarda qıcolmalar, qol və ayaqlarda ağrılar, burxulmalar, oynaqlarda maye toplanması və ya oynaq mayesinin azalması, varikoz genişlənmələr, ayaqlarda sağalmayan trofik yaralar, şəkər xəstəliyinə qarşı istifadə oluna bilər.
Bütün bu halların müalicə və profilaktikasında həcəmət çox xeyirlidir, çünki həcəmət zamanı həmin nahiyədə qan durğunluğuna səbəb olan çirklənmiş qan çəkilib atılır və yerinə yeni, oksigenlə zəngin, təmiz, duru qan gəlir, bu da həmin nahiyələrin öz-özünü bərpa etməsini gücləndirir. Həcəmət dərini gözəlləşdirir, çünki qan dövranı yaxşılaşır. Həcəmət insanın əhvalını çox yaxşılaşdırır, çünki qan toksinlərdən təmizlənir. Həcəmətlə qan təzyiqini tam normada saxlamaq olur. Həcəmət etdirən insan heç vaxt infarkt və insult keçirmir.

Leave a reply