Hemiplegiya – bədənin sağ və sol tərəfinin iflici ilə xarakterizə olunur.

Hemiplegiyanın bir neçə növü vardır.

Alternativ hemiplegiya – bu zaman patoloji ocağın əks tərəfində olan ətraf prosesə cəlb olunur. Həmçinin bu hemiplegiya zamanı zədələnmə ocağı tərəfdə kəllə sinirləri zədələnir.
Süst gedişli hemiplegiyada – əzələ tonusu aşağı düşür. Bu onunla izah olunur ki, bu zaman əzələ tonusunu tənzimləyən beyin kötüyü strukturlarının zədələnməsi baş verir.
Homolateral hemiplegiyada-mərkəzi mənşəli olur, patoloi proses tərəfdə iflic baş verir, onurğa beyninin yuxarı boyun şöbəsinin zədələnməsi nəticəsində də meydan çıxır.
İsterik hemiplegiya – isteriya zamanı baş verir.
Çarpaz hemiplegiya – bir əlin mərkəzi iflici ilə və əks tərəfin ayağında baş verir. Uzunsov beynin piramid yollar səviyyəsində birtərəfli zədələnməsi nəticəsində baş verir.
Spinal hemiplegiyada-onurğa beyninin piramid yollarının pozulması nəticəsində meydana çıxır. Bu zaman patoloji proses tərəfdə ətraf iflic olur.

Müalicəsi

İflici törədən səbəbləri aradan qaldırmaq, ətrafların funksiyasının bərpası üçün xüsusi müalicə üsullarından (masaj, bədən tarbiyəsi və s.) istifadə etmək lazımdır.



Leave a reply