Select Your Style

Choose your layout

Color scheme

Tennisçi dirsəyiniz tibbi adı “lateral epikondilit” dir. Əl biləyini geriyə doğru çəkən əzələlərin ortaq başlanğıc nöqtəsi, dirsəyin xarici tərəfində “lateral epikondil” adlanan bölgədən başlayır. Təkrarlayan gücə salmalarla əlaqəli olaraq bu bölgədəki əzələ-sümük birləşməsi nahiyəsində degenerasiya nəticəsində tennisçi dirsəyi yaranır.
Bu xəstəlik tennis idmanları ilə məşğul olan idmançılarda tez-tez rast gəlinir.Xəstəlik həmçinin əl biləyi ilə təkrarlanan və məcburedici işləri edən hər adamda ortaya çıxa bilər. Gündə 2 saatdan çox məcburedici əl biləyi harəkətələri edən bütün peşə qruplarında tennisçi dirsəyin görülə bilər. Xüsusilə boyaçıların, su təsisatçılarının və hətta ağır ev işi ilə məşğul olan ev xanımlarında da tennisçi dirsəyi rast gəlinir.Əsasən 30-50 yaşlarda rast gəlinir.
Tennisçi dirsəyinin əlamətləri.
Tennisçi dirsəyinin ən əhəmiyyətli əlaməti dirsəyin xarici kənarında sümük çıxıntı üzərində olan və qolun ön tərəfinə doğru yayılan ağrıdır. Ümumiyyətlə əl biləyini müqavimətə qarşı geriyə doğru qaldırmaqla ağrı artır. Bunun ən tipik nümunəsi ağır bir sürahi və ya çaydanı qaldırarkən dirsəkdə hiss olunan və biləyə doğru yayılan ağrıdır. Ağrı ilə birlikdə qol əzələlərində gücsüzlük ola bilər. Ağrı tək bir məcburedici hərəkət sonrası başlaya bildiyi kimi, uzun sürən məcburedici bir fəaliyyətdən 24-72 saat sonra da başlaya bilər. Ağrı əvvəllər zəif olur.Məcburedici fəaliyyətlər davam edərsə həftələr,aylar içində gedərək çoxalır.İrəliləmiş vəziyyətlərdə salamlaşmaq və ya qapı dəstəyi çevirmək belə çox ağrılı ola bilir.
Tennisçi dirsəyinin risk faktorları nələrdir?
Raketin sapının əl boyuna görə kiçik olması, ağır və yaş toplarla oynamaq tennisçi dirsəyinə yol aça bilər. Həddindən artıq məcburedici məşqlər və müsabiqə dövrləri də zədə riskini artırır. Bəzi mənbələrdə siqaret istifadəsi tennisçi dirsəyinin yaranma riskini artırdığı göstərilmişdir. Tennisçi dirsəyindən qorunmaq üçün mütləq idman əvvəli yaxşı isinməlı və yumşaltma məşqləri etməlisiniz.Qol əzələləriniz kifayət qədər güclü olmalı və məcburedici fəaliyyətlərdən sonra buz tətbiq etməlisiniz.
Tennisçi dirsəyi diaqnozu necə qoyulur?
Həkiminiz əvvəl xəstəliyin hekayəsini, meydana gəlmə şəklini və varsa idman vərdişlərini qiymətləndirir.Sonra dirsəyin rentgen şəklini çəkilir.
Tennisçi dirsəyinin müalicəsi.
Şikayətlər çox şiddətli deyil isə istirahət, buz tətbiqi, idmana ara vermə kimi üsullarla xəstəlik sakitləşə bilir. Parasetamol kimi sadə ağrı kəsicilər və ya naproksan, Diklofenak (Voltaren) kimi dərmanların qısa müddətli istifadədə faydalıdır. Həkimin təklif edəcəyi uyğun məşq və yumşaltma proqramları faydalı ola bilər.
Tennisçi dirsəyinin müalicəsi üçün fərqli lentlər və dirsəklik vardır. Bunların ortaq məqsədi, zədələnmiş olan bölgəyə düşən yükü azaltmaqdır. Bunlar qolunuzu istifadə edərkən və ya idman əsnasında istifadə olunur, istirahət əsnasında çıxardılmalıdır.
4-6 həftəlik müalicəyə baxmayaraq xəstənin şikayətləri davam edirsə, həkimin fərqli müalicə variantları təqdim edəcək. Uzun illərdən bəri tətbiq olunan üsullardan biri o bölgəyə kortizon enyeksiyasıdır. Ağızdan nizamlı olaraq alınan kortizon dərmanlarının əksinə, regional kortizon iynələrinin yan təsirləri çox azdır. Kortizon iynələri o bölgədəki ağrı və şişkinliyin azaldılmasında təsirli olur. Lazım olduğunda bir neçə dəfə təkrarlana bilər.
reabilitasiya.az