Yüksək intensivlikli Lazer Terapiyasi və ya HİLT- terapiya (ing. HILT – High Energy Laser Therapy) qısamüddətli pulsasiyaedici impulslar hesabına toxumalara qızdırıcı təsir yaratmayaraq, fotomexaniki dalğavari təsir göstərir.
Lazer şüası toxumaların daha dərin qatlarına təsir edir və qısa müddət ərzində yüksək kliniki effekt əldə etməyə kömək edir. Lazer terapiyası oynağın müxtəlif travmalar və degenerativ xəstəlikləri zamanı ağrıkəsici, qeyri-invaziv, dərhal və effektiv təsir göstərir. Lazer şüalarının təsiri nəticəsində hüceyrələrdə ribonukleaza turşusunun səviyyəsi artır, hüceyrələrdə mitoxondrilərin aktivliyi artır, maddələr mübadiləsi və sintez prosesləri sürətlənir, ATF-in səviyyəsi artır, hüceyrələrin sinir təchizati bərpa olunur. Lazer şüası dərialtı ağrı reseptorlarına qədər siraət edərək ağrı impulslarını blokada edir.
HİLT- terapiyanın təsiri:
Fotokimyəvi, fotomexaniki və fototermiki təsir mexanizmin’ malikdir. Bu terapiya həmçinin iltihabəleyhinə və biostimulləşdirici gücə də malikdir, qığırdaqların bərpaedici terapiyasında çox effektiv təsir göstərir.


Fotomexaniki effekti-lazer impulsları toxumaların dərinliyinə nwfuz edərək limfa axınını stimulə edir. Bunun vasitəsilə toxumalarda yığılmış mayenin sorulması, iltihab siqnallarının aradan götürülməsi sürətlənir. Nəticədə ağrı tez bir zamanda aradan qalxır, oynaqlarda hərəkətlilik bərpa olunur.
Fotokimyəvi effekt-patoloji proseslər zamanı dağılmış hüceyrə balansı bərpa olunur, iltihab sorulur. Lazer terapiyasının fotokimyəvi effekti eyni zamandagüclü anestetik təsirə malikdir.

 


Fototermik effekt- qan və limfa dövrani sirkulyasiyasını artırır, zədələnmiş toxumalar tərəfindən oksigen və qidalı maddələr mənimsənilir. Beləliklə patalogiyanın müalicəsinə optimal şərait yaranir və mualicə muddəti qisalir.
Biostimulyasiya effekti- bərpa prosesini sürətləndirir
Ağrıkəsici təsir effekti – ağrı nöqtəsinə dərhal təsir edərək kəskin ağrıları azaldaraq, uzun müddət effektini saxlayır.
İltihabəleyhinə və ödeməleyhinə effekt- maddələr mübadiləsini sürətlənməsi hesabına tez zamanda ödemi azaldır.
Təsir mexanizmi
Oynaqlarda iltihabi azaldib bərpaedici prosesləri surətləndirməəkdən ibarətdir. Əzələlərdə analgetik effect yaradaraq kontrakturanı aradan qaldirir. Qan və limfa sisteminə olan təsiri toxumalarin qidalı maddələrlə təcizatinini gucləndirərək maye reabsorbsiyasini artırmaqla izah olunur.
Laser Terapiyası həm kəskin travmatik zədələnmələr zamanı, həm də oynaqların xroniki xəstəlikləri və degenerativ dəyişiklikləri zamanı istifadə edilə bilər.
Göstərişlər:
Əzələ yırtıqları
Artroz
qığırdaqlarda gedən degenerativ dəyişkənliklər
vətərlərin dartınması
osteoartrit
oynaqlarin degenerativ zədələnməsi
əzələ spazmı
bursit
artrit
sinovit
kapsulit
travmatik epikondilit (tenisci dirsəyi)
ağrılı trigger nöqtələri
oynaqlarda müxtəlif ağrılar
tendenit və tenosinovit
idman travmalari və
xondropatiyalar
Əks göstərişlər:
qan xəstəlikləri
bəd xassəli şişlər
yüksək hərarət və s.