FMS-Yüksək tezlikli maqnit terapiyası

Son dövrlərdə fizioterapiya və reabilitasiya sahəsində ən effektiv yüksək tezlikli maqnit müalicə metodu - Funksional Maqnit Stimulyasiya hesab edilir. Bu aparat quraşdırılmış 49, əllə quraşdırılması mümkün olan 9 proqramdan ibarət olub, bir çox xəstəliklərin müalicəsində analoqu olmayan innovasiya cihazıdır. Həm qadın, həm də kişilərdə sidik ifrazat sistemi pozğunluqları, əməliyyatdan və ya doğuşdan sonra daha sürətli reabilitasiya, hətta cinsi pozğunluqlar və çanaq əzələ patologiyaları zamanı yaranan xroniki ağrılarda bu müalicə metodu yüksək nəticə əldə etməyə imkan verir.

Traksion Terapiya

Traksion terapiya – dayaq-hərəkət aparatın travmaları və xəstəliklərinin və onların nəticələrinin bərpa müalicəsi metodlarından biridir (onurğada degenerativ-distrofik proseslər, oynaqların deformasiyaları və kontrakturaları və s.). Terapiya, xüsusi qurğuların (qayışlar, bloklar, halqalar) köməyi ilə onurğanın passiv və aktiv traksion dartılmasından ibarətdir. Bu metodun məqsədi, onurğaya, əzələlərə, bağ aparatına, vətərlərə və oynaqların kapsullarına təsir, funksional bloklarının çıxarılması, onurğanın dərin əzələlərinin zəiflədilməsindən ibarətdir.

REFLEKSOTERAPİYA

Refleksoterapiya dəridə olan bioloji aktiv nöqtələrə müxtəlif fiziki faktorlarla (iynə, metal, maqnit, lazer şüası, zəli, daşlar, metal kürəciklər və s.) təsir göstərməklə aparılan müalicə metodudur.

Nəticədə orqanizmin yerli, regional, ümumi reaksiyası aktivləşdirilir ki, bunun sayəsində sinir, immun, endokrin sistemlərində balans bərpa olunur, bioloji aktiv maddələrin ifrazı normallaşır.

HURİDOTERAPİYA

Qara, sürüşkən, qurdabənzər və qanla qidalanan zəlilərdən çox vaxt iyrənirik. Halbuki bu «təbiət həkimləri» bəzən insanların elə orqanlarını sağaldırlar ki, həkimlərin özü belə bunu bacarmır. Xoşagəlməz təsir bağışlasa da, müasir dövrdə zəli insanların bir çox dərdinin dərmanına çevrilmişdir.

Qeyd edək ki, zəli 1984-cü ildən «Qırmızı Kitab»a daxil edilmişdir. Ona təbii şəraitdə yalnız Rusiyanın cənubunda, Azərbaycanda, Ukraynada, Macarıstanda, İsraildə və Fransada rast gəlinir. Dünyada zəlinin 400-ə qədər, Azərbaycan da isə 17 növü var ki, bunun ancaq üçü (Şərq zəlisi, aptek zəlisi, tibb zəlisi) tibdə istifadə edilir.

Vakkumed Terapiya

Damar tıxanıqlıqlarından qaynaqlanan aşağı ətraf amputasiyalarına(ayaq kəsilmələrinə) son…..

KOSMOS TİBBİ TEKNOLOGİYASI VACUMED “lower body negative pressure” MÜALİCƏSİ (fasiləli mənfi təzyiqli vakuum müalicəsi) ARTIQ BİZDƏ …

Vacumed aşağı ətraf və bədənin aşağı hissəsini dəstəkləyən “İKİNCİ ÜRƏK KİMİ İŞLƏYİR”. Ayağına doğru təmiz qanı çəkir və dərhal oksigeni azalmış və metobolit qalıqlarla çirklənmiş qanı və limfa mayesini ürəyə doğru pompalayır.

Tekar Terapiya

Tekar terapiya – reabilitasiya və fizioterapiya sahəsində innovasion metod olub, orqanizmin hüceyrə regenerasiyasini həyata keçirmək üçün istifadə edilir.

Tekar terapiyası yüksək tezlikli elektrik cərəyanının orqanizmə müalicəvi təsirinə əsaslanır ki, bu da orqanizmə elektromaqnit dalğaları şəklində daxil olub, terapevtik təsir göstərir. Bu metod dərin termoterapiya üsuludur.

Tibbi Masaj

Klassik Masaj

Klassik masaj – ən çox yayılmış masaj növüdür. Dörd əsas üsulla – sığallama, ovxalama, vibrasiya və ovuşdurma ilə həyata keçirilir. Klassik masaj bəzi ağrıları, uyuşmaları, zədə almış əzələləri bərpa etmək üçün tətbiq olunur. Bununla yanaşı, belə masaj əzələlərin fəaliyyətini bərpa edir, oynaq bağlarını bərkidir. Psixofizioloji durumu və immuniteti möhkəmləndirmək üçün də klassik masajın köməyi çox böyükdür.

Elektro Terapiya

Fizioterapevtik müalicə üsullarından biri elektroforezdir (buna həmçinin “ionoforez”, “ionoterapiya”, “ionohalvanizasiya” deyilir). Bu ən sınanmış və öyrənilmiş fizioterapiya üsullarından biridir.

“Elektroforez” terminn iki hissədən ibarətdir – “elektro” – elektrik cərəyan və “forez” – yunan dilində “daşınma”, “köçürmə” deməkdir.

Krioterapiya

Krioterapiya (yun. Kpuos-buz) orqanizmin üzv və toxumalarına soyuq amilin təsiri ilə aparılan müalicədir. Soyuq qıcıqlandırıcı dəri reseptorları tərəfindən qəbul olunaraq bütöv orqanizmdə, yaxud ayrı-ayrı üzv və sistemlərdə mürəkkəb və çoxsahəli reaksiya törədərək bioloji prosesləri dəyişir. Yüksək intensivlikdə soyuqla təsir edən zaman çoxlu miqdarda dəri elementləri parçalanaraq müxtəlif dərəcəli don vurma törədir. Soyuq həmçinin keçiriciliyə regenerativ və reparativ proseslərə də təsir göstərir.

RANDEVU & MƏLUMAT

hər cür reabilitasiya müayinə və müalicəsi üçün bizə müraciət edə bilərsiniz.

 

Xəbərlər

Ünvan

N. Tusi adına klinika

 Həsən bəy Zərdabi 53. Bakı, Azərbaycan AZ1122

 +994 50 500 65 15
   +994 55 500 65 25

dr.pervin@fizioterapevt.az

 İŞ SAATLARI:

 Həftə içi saat : 09:00  - 10:00

 Bazar : İstirahət

Ünvan

Respublika Müalicəvi Dioqnostika Mərkəzi

 Tbilisi prospekti 147, Bakı, Azərbaycan AZ1122

 +994 50 500 65 15
   +994 55 500 65 25

dr.pervin@fizioterapevt.az

 İŞ SAATLARI:

 Həftə içi saat : 10:30  - 15:00

 Bazar : İstirahət

Facebook