Lazer Terapiya

Yüksək intensivlikli Lazer Terapiyasi və ya HİLT- terapiya (ing. HILT – High Energy Laser Therapy) qısamüddətli pulsasiyaedici impulslar hesabına toxumalara qızdırıcı təsir yaratmayaraq, fotomexaniki dalğavari təsir göstərir.

M04 408 0 lazerLazer şüası toxumaların daha dərin qatlarına təsir edir və qısa müddət ərzində yüksək kliniki effekt əldə etməyə kömək edir. Lazer terapiyası oynağın müxtəlif travmalar və degenerativ xəstəlikləri zamanı ağrıkəsici, qeyri-invaziv, dərhal və effektiv təsir göstərir. Lazer şüalarının təsiri nəticəsində hüceyrələrdə ribonukleaza turşusunun səviyyəsi artır, hüceyrələrdə mitoxondrilərin aktivliyi artır, maddələr mübadiləsi və sintez prosesləri sürətlənir, ATF-in səviyyəsi artır, hüceyrələrin sinir təchizati bərpa olunur. Lazer şüası dərialtı ağrı reseptorlarına qədər siraət edərək ağrı impulslarını blokada edir.
HİLT- terapiyanın təsiri:

Fotokimyəvi, fotomexaniki və fototermiki təsir mexanizmin’ malikdir. Bu terapiya həmçinin iltihabəleyhinə və biostimulləşdirici gücə də malikdir, qığırdaqların bərpaedici terapiyasında çox effektiv təsir göstərir

Fotomexaniki effekti-lazer impulsları toxumaların dərinliyinə nwfuz edərək limfa axınını stimulə edir. Bunun vasitəsilə toxumalarda yığılmış mayenin sorulması, iltihab siqnallarının aradan götürülməsi sürətlənir. Nəticədə ağrı tez bir zamanda aradan qalxır, oynaqlarda hərəkətlilik bərpa olunur.

Fotokimyəvi effekt-patoloji proseslər zamanı dağılmış hüceyrə balansı bərpa olunur, iltihab sorulur. Lazer terapiyasının fotokimyəvi effekti eyni zamandagüclü anestetik təsirə malikdir.

Fototermik effekt- qan və limfa dövrani sirkulyasiyasını artırır, zədələnmiş toxumalar tərəfindən oksigen və qidalı maddələr mənimsənilir. Beləliklə patalogiyanın müalicəsinə optimal şərait yaranir və mualicə muddəti qisalir.

Biostimulyasiya effekti- bərpa prosesini sürətləndirir

Ağrıkəsici təsir effekti – ağrı nöqtəsinə dərhal təsir edərək kəskin ağrıları azaldaraq, uzun müddət effektini saxlayır.

İltihabəleyhinə və ödeməleyhinə effekt- maddələr mübadiləsini sürətlənməsi hesabına tez zamanda ödemi azaldır.

Təsir mexanizmi

Oynaqlarda iltihabi azaldib bərpaedici prosesləri surətləndirməəkdən ibarətdir. Əzələlərdə analgetik effect yaradaraq kontrakturanı aradan qaldirir. Qan və limfa sisteminə olan təsiri toxumalarin qidalı maddələrlə təcizatinini gucləndirərək maye reabsorbsiyasini artırmaqla izah olunur.

Laser Terapiyası həm kəskin travmatik zədələnmələr zamanı, həm də oynaqların xroniki xəstəlikləri və degenerativ dəyişiklikləri zamanı istifadə edilə bilər.

Göstərişlər:

  • Əzələ yırtıqları
  • Artroz
  • qığırdaqlarda gedən degenerativ dəyişkənliklər
  • vətərlərin dartınması
  • osteoartrit
  • oynaqlarin degenerativ zədələnməsi
  • əzələ spazmı
  • bursit
  • artrit
  • sinovit
  • kapsulit
  • travmatik epikondilit (tenisci dirsəyi)
  • ağrılı trigger nöqtələri
  • oynaqlarda müxtəlif ağrılar
  • tendenit və tenosinovit
  • idman travmalari və
  • xondropatiyalar

Əks göstərişlər:

  • qan xəstəlikləri
  • bəd xassəli şişlər
  • yüksək hərarət və s.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur