Maqnit sahəsinin müalicəvi və fizioloji təsirinin əsasında fundamental fiziki qanunlar durur. Maqnitoterapiya- insan orqanizminə fasiləlı və aşağı tezlikli maqnit sahəsi ilə molekulyar səviyyədə təsir edərək hüceyrə daxilində maddələr mübadiləsini artırır, hüceyrə keçiriciliyini yaxşılaşdıraraq iltihab əleyhinə, ödem əleyhinə, sedativ, ağrıkəsici təsir edir.Qan damarlarını genişləndirir, qanın qatılığını və damarlarda tromb əmələ gəlməsini azaldır, yerli qan dövranin yaxşılaşdıraraq toxumalara oksigenin çatdırılmasına kömək edir.
Maqnitoterapiya aşağıdakı xəstəlıklərin müalicəsində müvəffəqiyyətlə istifadə olunur:
1.Qan damar sistemi xəstəlikləri: hipertoniya xəstəliyı I-II dərəcəsi, ürəyin işemik xəstəliyi I-II-lı stabil stenokardiya ilə, revmatizm, vegetativ damar distoniyası, infarkdan sonrakı kardioskleroz, tromboflebit, Reyno Sindromu, damarların atelesklerozu, diabetik angiopatiya, xroniki venoz çatışmazlıq, limfatik pozğunluq.
2. Mərkəzi və perferik sinir sistemi travmalarında, onurğa və onurğa beyni travmalarında, onurğa beyni qan dövrani pozğunluqlarında, beyin qansızmaları, nevritlər,onurğa osteoxondrozu.
3. Postoperasion reabilitasiya məqsədi ilə.
Terapevtik effektlər:
Başağrı və başgicəllənmələrinin aradan qaldırılması, yüksək arterial təzyiqin aşağı salınması, baş beyin və miokardın qan təchizatının gücləndirilməsi, immunitetin yüksəlməsi,müxtəlif mənşəli mialgiyaların aradan qaldırılması, nevropatiyalar, libidanın güclənməsi. Maqnitaterapiyanın immunitetə və maddələr mübadiləsinə simulləedici təsiri xroniki xəstəliklərin kəskinləşməsi və kəskin proseslərin əmələ gəlməsinin uzun müddət qarşısını almış olur.
Əks təsirləri:
Kəskin hipotoniya
Bədxassəli şişlər
Hamiləlik
Ürək-damar çatışmazlığı 3-4cü dərəcə
Anevrizma
Epilepsiya
Uşaq yaşı (2 yaşa qədər olan kürpələr)