Bədənimizdə ən sıx yaralanan bölgələrdən birisi də mensiklərimizdir. Menisklər diz içində bud və qamış sümüyünün kəsişdiyi bölgədə “C” şəklində mövcud olan qığırdaq yastıqcıqlardır. Dizdə yuvarlaq bud sümüyü ilə düz qamış sümüyünün uyğun  oynaq əmələ gətirməsi, yükün daşınması, bir neçə yöndə dönmə hərəkəti edə bilməsi, bud və qamış arasında güc balansının təmini kimi funksiyaları yerinə yetirir.

Futbol kimi qarşılıqlı təmas idmanlarında dizin dönməsi, ani hərəkətlərdə meydana gələn qatlanma, tək diz üstünə yük düşməsi sonrasında mensiklər yırtıla bilər. İdmançılarda bu yaralanmalarla yanaşı ön xaçabənzər bağ qopması da görülə bilər.  Yaşlı xəstələrdə isə dizdə olan degenerasiya və qığırdaq probleminə bağlı olaraq travma almadan da menisk yırtığı yarana bilər. Bununla yanaşı hər yaş qrupunda degenerasiyaya bağlı mensik yırtığı rastlana bilər.

Əlamətlər və Şikayətlər

Diz içindən eşidilən səslər yırtığın ilk əlamətləri ola bilər. Dizdə şişkinlik əmələ gələnə qədər idmançılar idmana davam edir, amma şişkinlik yarandıqdan sonra şikayətlər başlayır. Şikayətlər 24-48 içərisində inkişaf edir.

1.Dizdə gərginlik və şişkinlik

2.Oynaq hərəkət açıqlığında azalma

3.Dizdə maye toplanması

4.Meniskin yırtıq hissəsi oynaq arasına girdikdə oynaqda kilitlənmə yaranması

Diaqnoz

Həkiminizə problemin hansı travma ilə necə başladığını deyin. Həkiminiz müxtəlif manevralarla dizinizi müayinə edəcəkdir. Başqa patologiyaların müqayisəsi üçün rentgen və MRT (maqnit rezonanas tomoqrafiya) istəyə bilər. Diz kilitli halda olduqda artroskopik müayinə təklifi gələ bilər. Menisk yırtıqları bir neçə tipdə görülür.

1.İdmançılarda dönmə sonrası əmələ gələn şaqüli və ya vedrə qulpu şəklində yırtıqlar

2.Gənc atletlərdə tez-tez təkrarlanan tip travmalar sonrası (qaçış) əmələ gələn radial və ya dimdik şəklində yırtıqlar

3.Yaşlı xəstələrdə qığırdaq patologiyası ilə əlaqədar yaranan üfüqi ya da iç tərəf yırtıqlar

Mensik yırtıqlarının müalicəsi RİCE olaraq qısaldılmış protokolla başlanır

1.Rest (istirahət)

2.İce (buz tətbiqi)

3.Compression (bandaj sarılması)

4.Elevation (dizin yüksəkdə tutulması)

Bu müalicə sonrasında dizdə kilitlənmə və xroniki ağrılar inkişaf etməzsə əlavə proseduraya gərək qalmaya bilər. Meniskin ancaq bayır 1/3-də(oynaq zarına yaxın)  hissəsində qan dövranı vardır. Bu nahiyədəki yırtıqlarda menisk öz qan dövranı sayəsində sağala bilər. İç 2/3 hissəsində sağalma görülmür. Yenə də bunu yaddan çıxarmamaq lazımdır ki, hər yırtılan menisk ağrı verməyə bilər.

Menisk cərrahiyəsi

Menisk sağalmadıqda və şikayətlər davam etdikdə cərrahiyyə planlanır. Hal hazırda bütün menisk cərrahiyyəsi sadəcə artroskopiya köməkliyi ilə edilir. Yırtıq və şikayətə səbəb olan menisk yırtıqları əməliyyat edilmədikdə, qığırdaqda yeyilmə və gələcəkdə duzlaşmaya səbəb olur. Gənc və aktiv həyat tərzi sürən xəstələrə menisk yırtıqlarının əməliyyat edilməsi məsləhət görülür. Həkiminiz yırtığın tipinə, yanaşı gedən başqa patologiyaya, xəstənin yaşına görə müalicə planlayacaq. Cərrahiyyə sonrası rehabilitasiya müalicənin əhəmiyyətli bir parçasıdır. 2 tip menisk cərrahiyyəsi mövcuddur.

1. Menisektomiya (meniskin yırtıq qisminin alınması)

Ən sıx tətbiq edilən diz artroskopiya cərrahiyyəsidir. Meniskin xəsarət almış qismi kəsilərək çıxarılır. Kiçik yırtıqlarda meniskin az bir qismi çıxarıldığı üçün funksional itkiyə səbəb olmur. Meniskin iç 1/3  qisminin sağalma ehtimalı olmadığı üçün  alınır. Xəstə artroskopik menisektomiyadan  4 saat sonra yeriyə bilir və 3 həftə sonra idmana dönə bilir.

Meniskin böyük hissəsinin parçalı yırtıqlarında  bəzən böyük bir qismi və ya tamamı alına bilir.  Bu da gələcəkdə ciddi funksional pozğunluqlara bağlı diz ağrılarına və duzlaşmaya səbəb ola bilər. Bu səbəblə də lazım olmadıqda meniskin alınması məsləhət görülmür.

2. Menisk tikilməsi

Texniki olaraq çox çətindir və təcrübəli cərrah tərəfindən edilməlidir. Meniskin bayır 2/3(oynaq kapsuluna yaxın) hissəsinin sağalma potensialı var. Bayır 2/3 hissəsi eyni zamanda meniskin funksiyaların 90%-ini yerinə yetirir. Bu səbəbə görə də bu bölgədəki yırtıqlar mümkünsə tikilməlidir. Bu əməliyyatın üstünlüyü odur ki, yırtıq sağaldıqda uzun müddətli diz funksiyası bərpa olmuş olur. Bu əməliyyatın çatışmayan cəhətləri olaraq 10% hallarda tikilmiş yırtığın sağalmaması, xəstənin 6-8 həftə qoltuqaltı əsa istifadə etməsi və idmana ancaq 3-4 aydan sonra dönə bilməsidir.

Əməliyyat sırasında və sonrasında ediləcəklər

Xəstə əməliyyatxanaya alınır. Anesteziya beldən verilən epidural+spinal anesteziya və ya ümumi anesteziya ilə aparıla bilər. Anesteziya tətbiq edildikdən sonra əməliyyat sahəsi streril örtü ilə örtülür. Daha sonra artroskopiya sistemləri qurulur. Əməliyyat təcrübəli əllərdə 30 dəq-1 saat çəkir. Dizdə bağ, qığırdaq problemləri əməliyyat vaxtını uzada bilər. Əməliyyat sonrası xəstə ayılma otağında 30 dəq-1 saat saxlanılır.

Menisk alınması sonrası:

Əməliyyat sonrası çox vaxtı ağrı olmur və bəsit ağrıkəsicilərlə ağrı tamamilə kontrol altına alınır. 3-4 saat sonra xəstəyə yemək verilir. Yemek sonrası xəstənin ayağına basaraq yeriməsinə icazə verilir. Başın dönməməsi üçün ayağa qalxmadan əvvəl öncə 5-10 dəqiqə oturmaq lazımdır. Əsa istifadə etməyərək ayağınıza tam yük verə bilərsiniz və dizinizi bükə bilərsiniz. Xəstənin əməliyyatdan sonrakı vəziyyətinə bağlı olaraq xəstə əməliyyatdan 4-5 saat sonra vəya ertəsi gün evə yazıla bilər. İlk 2 gün də 38 ° temperatur ola bilər, bu infeskiya mənasına gəlmir. İnfeksiya əlamətləri 3 gün sonra başlayır.

Evə qayıtdıqdan sonra 3 gün ayağınızın altına yüksəklik qoyaraq uzanın. Əməliyyat sonrası  dizə buz qoymağa davam edin. Ehtiyac olduqda ayağa qalxıb gəzə bilərsiniz.Bu dönəmdə dizinizdəki bandajı qətiyyən çıxarmayın. 4-5 gün sonra ofis işi olanlar oturaraq işələyə bilərlər. Əgər işinizi axsada bilirsinizsə 10 gün işə çıxmayın. 10-cu gün yaranız həkiminiz tərəfindən görülür və yara açıq buraxılır. Bundan sonra fizioterapiya başlana bilər. Həftədə 3 dəfə olmaqla 1 ay ala bilər. Fizioterapiya təcrübəli fizioterapist tərəfindən edilməlidir. Keyfiyyətli fizioterapiya önəmli faktorlardan biridir. 2-ci həftədən sonra daha aktiv ola bilər və  maşın sürə bilərsiniz. Əməliyyatdan 1 ay sonrasına qədər idman olmaz. 1 ay sonra idmana yavaş-yavaş başlaya bilərsiniz.

Menisk tikilməsi sonrası:

Xəstənin ümumi vəziyyətindən asılı olaraq əməliyyatdan 4-5 saat sonra və ya ertəsi gün evə yazıla bilər. Həkiminiz tərəfindən göstərilən gimnastikaları etməyə başlayacaqsınız. Xəstə əməliyyat sonrası ayağa qalxa bilər, amma ayağa yük verməməlidir. Evə döndükdən  1 həftə sonrasına qədər yataq istirahəti məsləhət görülür. Ehtiyacınız olduqda əsa köməkliyi ilə ayağa yük vermədən qalxa bilərsiniz. Dizinizə buz qoymağa davam edin və dizinizdəki bandajı çıxarmayın. Bandajı çıxardıqda dizinizin içinə qanama ola bilər. Bu da dizdə ağrılara və şişkinliyə səbəb olacaqdır. 1 həftə sonra ofis işinə çıxa bilərsiniz. Əgər işinizi axsada bilirsinizsə 10 gün getməyiniz. 10-cu gün yaranız həkim tərəfindən görülür və tikişlər alınır. Tikiş alındıqdan sonra fizioterapiya başlanır. Bəzi xəstələrdə fizioterapiya 3 həftə sonra başlana bilər. Fizioterapiya həftədə 3 gün olmaqla 3 ay davam edəcəkdir. Fizioterapiya təcrübəli fizioterapist tərəfindən aparılmalıdır. 6-8 həftə sonra ayağa yük verilir və əsa buraxılır. 8-ci həftədən sonra daha aktiv ola bilərsiniz, maşın sürə bilərsiniz. 3-4 ay sonra fizioterapist icazə verdikdən sonra idmana yavaş-yavaş başlaya bilərsiniz. Tam idmana dönüş 6 ay çəkəcəkdir.

Leave a reply