Miofassial sindrom – əzələ funksiyasının pozulmasına, trigger nöqtələrinin yaranmasına səbəb olan əzələ-bağ aparatının patologiyasıdır. Trigger nöqtələri – əzələlərdə hərəkətlər zamanı qeyri-adi şəkildə yığılan və bütün əzələnin yığılma prosesini pozan və ağrılara səbəb olan dəyişmiş sahələrdir. Patologiyanın müalicəsi əzələlərin düzgün işinin bərpasına yönəlmişdir.

SƏBƏBLƏRİ:
-Əzələnin uğursuz(liflərin əksinə)yığılması;
-Stereotip hərəkətli iş nəticəsində xronik əzələ yüklənməsi;
-Statik duruşa görə əzələ gərginliyinin yaranması;
-Emosional gərginlik,stress ,və s.fonunda əzələ spazmları;
-Əzələlərin sıxılması,travma və əzilməsi,sümüklərdə sınıq və çıxıqlar;
-Osteoxondroz;
-Dayaq-hərəkət aparatının inkişaf qüsurları;
-Oynaq xəstəlikləri,daxili orqanların xəstəlikləri.

Leave a reply