Miokard infarktından sonra kardio-reabilitasiya – sağlamlığın maksimum dərəcədə bərpası və fəaliyyətə və normal həyata qayıtmağa nail olmaq üçün şərait yaradan proqramdır. Xəstəliyə qarşı bədbin və hətta pərişan münasibət qalıb. Bununla belə, müasir müalicə standartları infarktı effektiv şəkildə müalicə etməyə imkan verir, reabilitasiya isə pasiyentlərə əlilliyin qarşısını almağa və öz sağlamlığını bərpa etməyə kömək edir. Tədqiqatlar göstərir ki, kardioreabilitasiya, keçirilmiş miokard infarktından sonra sağ qalma dərəcəsini 25%-ə qədər artırır. Biz, miokard infarktından sonra müalicənin yekunlaşdırılması və fiziki yüklənmələrə uyğunlaşma proqramlarını təklif edirik. Bu proqramın imkanları aşağıdakı dir:

  • aktiv, mükəmməl həyat tərzi sürmək;
  • maksimum mümkün həcmdə işə qayıtmaq;
  • sağlamlıq vəziyyətinə nəzarət etmək;
  • yenidən həyatdan zövq almaq.

Pasiyentlər proqrama stasionar müalicənin bitirilməsindən 2-14 həftə sonra buraxılırlar.
Miokard infarktından sonra kardioreabilitasiya –

  • sizin üçün bərpa müalicəsinin olduca yaxşı rejimini hazırlamaq üçün, sizin vəziyyətinizi və orqanizmin ehtiyatlarını ətraflı şəkildə qiymətləndirməyə imkan verən yüksək keyfiyyətli diaqnostika;
  • institutun mütəxəssisləri ilə rahat rejimdə fərdi məşğələlər;
  • halın pozulması zamanı təcili yardımın göstərilməsi imkanı;
  • terapiya prosesini koordinasiya edən şəxsi kardioloq;
  • zərurət yarandığı halda, digər mütəxəssislərin konsultasiyaları;
  • ürəyin işemik xəstəliyi ilə həyat tərzi qaydalarının təlimatı.

Proqramın keçirilməsi ərzində pasiyentin vəziyyəti müntəzəm olaraq monitorinq edilir ki, bu da sağlamlığın bütün dəyişikliklərini izləməyə, onu təhlükəsizləşdirməyə və keçirilən reabilitasiyanın maksimal effektivliyini təmin etməyə imkan verir.
Niyə infarktdan sonra kardioreabilitasiya kursunu keçmək lazımdır?
Ürək xəstəliklərindən əziyyət çəkən pasiyentlərin bərpası stasionarda, sanatoriyada və poliklinikada ardıcıllıqla keçirilən üç mərhələdən ibarət olmalıdır. Eyni zamanda, məlumdur ki, xəstəxanadan çıxandan sonra xəstələr dərhal poliklinika mərhələsinə keçirlər. Bu səbəbdən də, bərpanın vacib olmadığı barədə təəssürat yarana bilər. Aterosklerozun müalicəsi və ikinci profilaktikası, risk amillərinin modifikasiyası və işemiyanın təkrar epizodlarının qarşısının alınması üçün, insanın həyat tərzinin dəyişdirilməsi zəruridir.
Eyni zamanda, bir neçə təkzibedilməz fakt mövcuddur:

  • İnfarktdan sonra xəstənin halının yaxşılaşması onun obyektiv vəziyyətinin yaxşılaşması demək deyil.
  • Keçirilmiş xəstəlikdən sonra, insanda yarım il ərzində trombinin yüksək fəallığı qalır, bu isə koronar damarlarda trombların əmələ gəlməsinə və yenidən infarkt təhlükəsinə zəmin yaradır.
  • Zədələnmiş xolesterin törəməsi damarda ən azı bir neçə həftə ərzində “sağalır”, həmçinin damarda, xəstəliyin səbəbi olmuş və miokardın qan təchizatını pisləşdirən qan laxtası uzun müddət qalır.
  • Təkrar infarktların və xəstəliyin ağırlaşmalarının əksəriyyəti, xəstəxanadan çıxarıldıqdan sonra ilk aylarda inkişaf edir.

Bütün bunlar bunu göstərir ki, sabit yaxşılaşmanın nailiyyəti üçün stasionarda müalicələr kifayət deyil. İnsana xüsusi bərpa terapiyası tələb olunur ki, infarkta gətirib çıxaran patoloji proses dayansın, insanın vəziyyəti tamamilə sabitləşsin və o, xəstəliyin xoşagəlməz nəticələrindən qurtula bilsin.
Miokard infarktından sonra reabilitasiya prinsipləri:
Reabilitasiya həkim komandasının iştirakı ilə həyata keçirilir. Bu komandaya kardioloq, diyetoloq, fizioterapevt, MBT həkimi, nevroloq, psixoterapevt, həkim-laborant, funksional diaqnostika həkimi daxildir. Zəruri olduqda, endokrinoloq, terapevt, pulmonoloq və s. kimi digər mütəxəssislər də cəlb olunur.
İnfarktdan sonra bərpa müalicəsi aşağıdakı qaydada keçirilir.
Həkimlər tərəfindən pasiyentin ilkin fiziki və psixoloji vəziyyəti qiymətləndirilir, lazımi laboratoriya testləri və instrumental müayinələr yerinə yetirilir, stasionardan tibbi sənədləşmə öyrənilir, ayrı-ayrı mütəxəssislərin konsultasiyaları keçirilir. İnsanın vəziyyəti, onda müşayiət edən xəstəliklərin mövcudluğu, keçirilmiş infarktın ağırlığı, yaşı və digər xüsusiyyətlərinə əsaslanaraq, pasiyentin aparılmasının fərdi proqramı tərtib edilir. Proqramın reallaşdırılması aparılır. O, birinci növbədə, dərman terapiyasını (zəruri olduqda, onun sxeminə düzəliş edilir), həkim nəzarəti altında keçirilən müalicəvi bədən tərbiyəsi, fizioterapevtik prosedurları əhatə edir. Həyəcanlılığın, depressiv hisslərin, psixoloji diskomfortun aradan qaldırılması üzrə parallel olaraq psixoterapevtlə iş aparılır. İnsanın xəstəliyə qarşı adekvat münasibəti yaranır. Risk amillərinə qarşı, zərərli vərdişlərdən və alkoqol istifadəsindən imtina, piylənmə hallarında bədən çəkisinin azalması kimi mübarizə tədbirləri aparılır. Pasiyentə təlim keçirilir, xəstəlik və onun müalicəsi haqqında məlumatlandırılması artır. Xəstənin vəziyyəti fasiləsiz olaraq monitorinq edilir, onun sağlamlığına aid bütün dəyişikliklərin dinamikası izlənilir. Çıxarılmadan əvvəl təkrar ümumi müayinə aparılır. Pasiyent, xeyli yaxşılaşma və bərpanın poliklinik mərhələsi üçün tövsiyələrlə çıxır. Proqram minimum 4-6 həftə davam edir.
İnfarktdan sonra bərpa nə zaman keçirilmir?
Əgər pasiyentdə aşağıda sadalananlar müşahidə olunursa, o zaman kardioreabilitasiya proqramının keçirilməsi təxirə salınmalıdır:

  • Ritmin aşkar pozğunluqları (mədəciyin sıx və qrup şəklindəki ekstrasistolaları, mədəcik taxikardiyasının paroksizmlərı, I-II dərəcəli sinoatrial və atrioventrikulyar blokadalar),
  • IIB-III mərhələli qan dövranının çatışmazlığı,
  • Təkrarlanan tromboembolik fəsadlar,
  • Xəstəliyin aktiv dövründəki tromboflebit,
  • Qeyri-stabil stenokardiya,
  • Aortanın disseksiyası
  • Dərman vasitələrlə müalicə olunmayan güclü arterial hipertoniya.

Dekompensasiya olunmuş müşayiət edən xəstəliklər, həmçinin həyat üçün təhlükəli və aktiv dərman müalicə tələb edən digər pozuntular. Bərpa müalicəsinə əks göstəriş qan dövranının (DÜÇ III mərhələsi, DÜÇ III-IV funksional sinifi) ağır çatışmazlığı, dekompensasiya olunmuş ürək çatışmazlığıdır. Bundan başqa, reabilitasiya, ciddi və həyat təhlükəsi olan, stasionar müalicə tələb edən vəziyyətlərə malik olan pasiyentlərə göstərişli deyil. 000

Leave a reply