Müalicəvi bədən tərbiyəsi (və ya qısaca MBT) – xəstəliklərin və zədələrin müalicəsi, onların kəskinləşmələrinin və ağırlaşmalarının profilaktikası, fəaliyyət qabiliyyətinin bərpası üçün bədən tərbiyəsi vasitələrindən istifadə edən sərbəst tibbi intizamdır. Müalicəvi bədən tərbiyəsi, xüsusi olaraq seçilmiş və metodik cəhətdən işlənib hazırlanmış fiziki hərəkətlərin istifadəsinə əsaslanan müalicə, profilaktika və tibbi bərpa metodları məcmusunu nəzərdə tutur. Onların təyin edərkən həkim, xəstəliyin xüsusiyyətlərini, ağrılı prosesin xarakterini, dərəcəsini və sistemlərdə və orqanlarda mərhələsini nəzərə alır. Fiziki hərəkətlərin müalicəvi təsiri əsasında, xəstə və zəifləmiş pasiyentlər barəsində dəqiq icra texnikasıilə ciddi dozalara bölünmüş yüklənmələr uyğunlaşdırılır. Müalicəvi bədən tərbiyəsinin tətbiqi, xəstələrin kompleks terapiyasının effektivliyini yüksəldərək, sağalma müddətlərini sürətləndirir və xəstəliyin sonrakı inkişaf etməsinin qarşısını alır. Müalicəvi bədən tərbiyəsi güclü müalicəvi və profilaktik vasitədir. Bütovlükdə orqanizmin möhkəmləndirilməsi və yaxşılaşdırılması üçün ümumi məşqlər və müəyyən sistemlərin və orqanların pozulmuş funksiyalarının aradan qaldırmasına yönəldilmiş xüsusi məşqlər qeyd edilir. Müalicə idmanı – müalicə metodlarının və vasitələrin fərdi seçilmi həcmi başa düşülən müasir kompleks müalicənin ən əhəmiyyətli elementlərindən biridir: konservativ, cərrahi, dərman, fizioterapiya, müalicəvi qida və s. MBT məşğələlərini müstəqil başlamaq məsləhət görülmür, çünki bu, vəziyyətin pisləşməsinə gətirib çıxara bilər, həkim tərəfindən təyin edilmiş məşğələlərin metodikasına ciddi riayət edilməlidir. Kompleks müalicə yalnız patoloji şəkildə dəyişdirilmiş toxumalar, orqanlar və ya orqanlar sistemlərinə deyil, həmçinin də bütün orqanizmə bütovlükdə təsir edir. Kompleks müalicənin müxtəlif elementlərinin xüsusi çəkisi sağalma mərhələsindən və insanın fəaliyyət qabiliyyətinin bərpası zərurətindən asılıdır. Müalicəvi bədən tərbiyəsində qimnastika hərəkətləri aşağıdakı kimi təsnif edilir:

-anatomik prinsip üzrə – konkret əzələ qrupları üçün (əllərin, ayaqların əzələləri, tənəffüs üçün və s.;

-müstəqillik üzrə – aktiv (bütövlükdə xəstənin özü tərəfindən yerinə yetirilir) və passiv (sağlam ətrafın köməyi ilə və ya təlimatçının köməyi ilə pozulmuş hərəkət funksiyası olan xəstə tərəfindən yerinə yetirilir).

Məsələnin həyata keçirilməsi üçün, tapşırıqların bu və ya digər qrupları seçilir ki, orqanizm tədricən artan yüklənmələrə uyğunlaşır və xəstəlikdən irəli gələn pozuntuya düzəliş edir (düzəldir). Müalicə edən həkim müalicəvi bədən tərbiyəsini təyin edir, MBT üzrə mütəxəssis isə məşğələlərin metodikasını müəyyən edir. Prosedurlarları reabilitoloq həkiminin nəzarəti altında fizioterapevt və ya təlimatçı keçirir.

Leave a reply