Kayropraktik

Kayropraktik - yunanca cheir-əl barmağı, proxis- hərəkət etdirmək deməkdir. Kayropraktik müalicə metodu onurğanın, oynaqların və daxili orqanların manipulyasiya vasitəsilə bərpası ən qədim müalicə metodudur.

Bu sistem ABŞ-da 1895-ci ildə Devid Daniel Palmer tərəfindən kəşf olunmuşdur. Palmer çox istedadlı həkim olmaqla bərabər, vertebral terapiyanın nə qədər əhəmiyyətli olduğunu müəyyən etmişdir. Onurğa fəqərələrinin patoloji vəziyyətini düzəltməklə xəstələri bir çox xəstəliklərdən o cümlədən karlıqdan, ürək xəstəliklərindən müalicə etmişdir. Palmer müəyyən edib ki, fəqərələrin yerdəyişməsi, sürüşməsi sinirləri sıxaraq orqanizmə gedən enerjini blok edir və müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olur.

Baş beynin davamı olan onurğa beyni fəqərələrinin arxasında yer alır. Onurğa beyni vücudumuza gedən sinirlərin baş beyinlə əlaqəsini tənzimləyir. Fəqərələrdə hər hansı bir səbəbdən əmələ gələn dəyişikliklər (travma, yırtıq, stress, duruş pozğunluqları), yerdəyişmələr tədrizən onurğa beyninə təsir edir. Belə bir vəziyyətdə beyinlə vücud arasındakı əlaqələrdə əksiklikləryaranır. Bunlar çox zaman özünü ağrı və funksional (qəbizlik, tərləmə, yuxusuzluq) pozğunliqlar kimi büruzə verir. Kayropraktik müalicə yöntəmi onurğadakı bu problemləri dərmansız, əl vasitəsilə manipulyasiya edərək aradan qaldırır və beləcə beyinlə vücud arasında sağlıqlı əlaqəni bərpa edir.

Kayropraktik müalicə Dünya Səhiyyə Təşkilatı tərəfindən tanınmış bir müalicə metodudur. Amerika Səhiyyə təşkilatı bel və boyun ağrılarının müalicəsində kayropraktik müalicə metodunu daha önəmli sayır.

Neçə seans kayropraktik müalicə yetərlidir?

Xəstənin və xəstəliyin vəziyyətindən asılı olaraq həftədə 1 və ya 2 dəfə, iki həftədən bir 1 və ya ayda 1 dəfə 1 seans təyin edilir. Fizioterapiya prosedurları ilə birlikdə təyin edilməsi müalicənin effektivliyini artırır və müalicənin müddətini qısaltmış olur.

Göstərişlər:

  • bel və boyun yırtıqları
  • əzələ ağrıları
  • miofassial ağrı sindromları
  • fibromialgiya
  • idman travmaları
  • baş ağrıları,
  • miqren

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur