Narahat ayaqlar sindromu (NAS), sinir sisteminin patoloji bir vəziyyəti olub, bu zaman xəstədə, əsasən aşağı ətraflarında xoşagəlməz hissiyyat və onları fasiləsiz surətdə hərəkət etdirmək kimi qarşısıalınmaz bir istək meydana çıxır. Narahat ayaqlar sindromu (XBT-10 üzrə kodu G 25.8), daha çox gecə saatlarında təzahür edir. Bu simptomlar, xəstənin yuxuya getməsinə mane olur və bəzən depressiyanın yaranmasına səbəb olur. Narahat ayaqlar sindromu hallarının yarısından çoxunda xəstəliyin bilavasitə səbəbini müəyyən etmək olmur, yəni o, müstəqil və spontan şəkildə meydana çıxır. Qalan hallar, orqanizmin digər xəstəlikləri və halları (daha çox xroniki böyrək çatışmazlığı, hamiləlik zamanı və dəmir defisitli anemiya nəticəsində) nəticəsində meydana çıxır.

     Xəstəliyin əsas xüsusiyyətindən biri, nevroloji müayinə zamanı heç bir əlamətin aşkar olmamasıdır. Yəni, bu vəziyyətin diaqnostikası, yalnız klinik təzahürlərə əsaslanır. Bu sindromun müalicəsi mürəkkəbdir, qeyri-medikamentoz və dərman üsullarından istifadə tələb edir.

Statistik məlumatlar

     Xəstəlik kifayət qədər geniş yayılmışdır, o, dünya əhalisinin 5-10% -də rast gəlinir. Sadəcə olaraq, NAS-nun bütün əlamətlərin ayrıca bir diaqnozda toplanması olduqca nadir hallarda qeyd edilir ki, bu da tibb işçilərinin kifayət qədər məlumatlı olmaması səbəbindən baş verir.

     Uşaqlıq dövründə NAS nadir hallarda rast gəlinir. Daha çox ahıl yaşlı insanlar bu xəstəlikdən əziyyət çəkirlər (dünyanın ahıl yaşlı əhalisinin təxminən 20% -i). NAS, qadınlara nisbətən kişilərdə 1,5 dəfə az aşkar edilir. Lakin bu məlumatlar dəqiq deyil, çünki kişilərə nisbətən qadınlar, daha çox tibbi yardım almaq və oxşar problemlərdən şikayət bildirmək üçün həkimə müraciət edirlər.

     Xroniki yuxusuzluq, bir çox hallarda məhz narahat ayaqlar sinrdomu səbəbindən baş verir ki (bütün halların təxminən 15%-i), bunu da gecə istirahətinin pozulması səbəblərini axtararkən mütləq nəzərə almaq lazımdır. Beləliklə, NAS – nevropatoloqların və somnoloqların fəaliyyətində olduqca kəskin olan aktual bir problemdir.

     Tarixi məlumatlar

     Narahat ayaqlar sindromu, bəşəriyyətə kifayət qədər uzun müddətdir ki, məlumdur. Xəstəliyin ilk kliniki təsviri, 1672-ci ildə ingilis həkimi Tomas Uillis tərəfindən verilmişdir, lakin bu problem, yalnız XX əsrin 40-cı illərində İsveç alimi Karl Aksel Ekbom tərəfindən kifayət qədər ətraflı şəkildə tədqiq olunmuşdur. Bu səbəbdən bəzən bu xəstəlik bu iki alimin adları altında – Uillis xəstəliyi və ya Ekbom xəstəliyi kimi də tanınır.

     Etiologiya

     Yaranma səbəblərinə görə, narahat ayaqlar sindromu 2 qrupa ayrd edilir:

birincili (idiopatik) narahat ayaqlar sindromu;

ikincil (simptomatik) ayaqlar sindromu.

     Bu təsnifat təsadüfi deyildir, çünki NAS-ın müalicə strategiyası idiopatik və simptomatik variantlarda bir qədər fərqlidir.

     Birincili narahat ayaqlar sindromu, bu halların 50% -dən çoxunu təşkil edir. Bu zaman xəstəlik spontan, tam sağlam bir fonda meydana çıxır. Bəzi tədqiqatçılar bu xəstəliyin irsi mənşəli olmasını güman edir (9, 12 və 14-cü xromosomların bəzi sahələri aşkar edilmişdir ki, onlarda baş verən dəyişikliklər, sindromun inkişafına səbəb olur). Ailəvi xəstələnmə halları da qeyd edilmişdir ki, onların da rastgəlmə tezliyi, müxtəlif məlumatlara görə, 30-90% təşkil edir. Lakin xəstəliyin yalnız iris xarakterli olması tamamilə sübuta yetirilməmişdir və hal-hazırda NAS – polietioloji xəstəlik hesab edilir. Alimlər güman edirlər ki, bu cür hallarda irsi meyllik, bir sıra xarici amillərin üst-üstə düşməsi fonunda öz təzahürünü tapır. Bir qayda olaraq, birincili NAS, həyatın ilk 30 ilində baş verir (bu halda xəstəliyin erkən başlanğıcından bəhs edilir). Xəstəlik, gah güclənib, gah da zəifləyərək, bütün ömrü boyu xəstəni müşayiət edir. Bir neçə il müddətində tam remissiyanın baş verməsi də mümkündür.

     İkincili narahat ayaqlar sindromu, bir sıra somatik və nevroloji xəstəliklərin nəticəsində meydana çıxır və onların aradan qaldırılması, NAS-nın simptomlarının yox olmasına gətirib çıxarır. Bu halların arasında daha çox aşağıda sadalananları qeyd etmək olar:

dəmir çatışmazlıqlı anemiya;

şəkərli diabet;

bəzi vitaminlərin (B1, B12, fol turşusu) və mikroelementlərinin (məsələn, magnezium) çatışmazlığı;

amiloidoz;

revmatoid artrit;

krioqlobulinemiya;

qalxanabənzər vəzinin xəstəlikləri;

alkoqolizm;

aşağı ətrafların qanla təchizatının pozulması (həm arteriyalar, həm də venalarla bağlı problemlə

radikulopatiyalar;

dağınıq skleroz;

yan amiotrofik skleroz;

hamiləə III trimestrlərdə NAS diaqnozu qoyulur. Çox vaxt doğuşdan sonra bu hallar keçib getsə də, bəzən onlar xəstəni bütün qalan ömrü boyu narahat edir;

əviyyəsinin artması zamanı, xəstələrin 80% -i NAS şikayətləri ilə həkimə müraciət edirlər. Onların əksəriyyətinə böyrək çatışmazlığı diaqnozu qoyulur. Hemodializ keçirən xəstələrin təxminən 33% -I, NAS-la bağlı şikayətlər bildirirlər;

porfiriya;

endarterit, aşağı ətrafların aterosklerozu, ayaqların xroniki venoz çatışmazlığı;

ər, keçirilmiş travmalar;

Parkinson xəstəliyi;

bədən çəkisinin həddən artıq çox olması. Əgər insan piylənmədən əziyyət çəkirsə, bu halda 50% ehtimalla onda NAS inkişaf edə bilər. Hər şeydən əvvəl, bu, artıq bədən çəkili gənclərə aiddir;

Turett sindromu;

mədənin hissəvi rezeksiyası;

bəzi dərmanların qəblu: neyroleptiklər, trisiklik antidepressantlar, litium preparatları, bəzi antihistamin və qıcolma əleyhinə dərmanlar, kalsium kanalı blokatorrları, Metoklopramid əsaslı qusma əleyhinə preparatlar və

kofeinin həddindən artıq istehlakı xəstəliyin əlamətlərinin meydana çıxmasına təkan verə bilə

     Bəzən NAS-ın inkişafına irsi meylli olan insanlarda, ətraf mühitin mənfi təsirləri və ya zərərli vərdişlər onun başlanğıcına səbəb ola bilər.

     Nevroloji xəstəlikləri (məsələn Parkinson xəstəliyi) olan şəxslərdə NAS, dərman vasitələrinin qəbulu nəticəsində meydana çıxa bilər. Bəzən bu iki patologiya sadəcə bir-biri ilə üst-üstə düşür və onların arasında heç bir səbəb-nəticə əlaqəsi olmur.

     İkincili narahat ayaqlar sindromu, onun birincili variantına nisbətən daha gec, orta hesabla, 45 yaşından sonra (hamiləliyə aid hallar istisna olmaqla) meydana çıxır. Belə olan halda, xəstəliyin gec başlanğıcı barədə danışmaq lazımdır. Onun gedişi tamamilə səbəbindən asılı olur. Adətən, ikincili NAS-nın heç bir remissiyası olmur və ləng, lakin davamlı inkişafla müşayiət olunur (əgər ona səbəb olmuş əsas xəstəlik müalicə edilməmişdirsə).

     Patogenez

     Müasir tədqiqat metodlarının köməyilə müəyyən edilmişdir ki, narahat ayaqlar sindromunun əsasında, baş beynin dofaminergik sistemində qüsurun olması dayanır. Dofamin, bir neyrondan digərinə məlumat aparan baş beynin neyrotransmitterlərindən biridir. Dofamin istehsal edən neyronların disfunksiyası, NAS-ın bir sıra əlamətlərinin meydana çıxmasına səbəb olur. Bundan əlavə, sirkad ritmləri (gecə və gündüz dəyişikliyinə əsaslanan yuxu-oyaqlıq) tənzimləyən hipotalamusun bəzi neyronlarının da bu sindromun təzahürlərinə aidiyyatı vardır. Periferik sinir sistemi ilə əlaqədar problemlərin fonunda xəstəliyin baş verməsi, təhrikedici amillərin təsiri altında irsi meylinin həyata keçməsi ilə əlaqələndirilir. Narahat ayaqlar sindromunun meydana gəlməsini izah edən inandırıcı bir mexanizm hələ ki, elmə məlum deyil.

Simptomlar

Xəstəliyin əsas əlamətləri:

• Aşağı ətraflarda xoşagəlməz hissiyyat. “Xoşagəlməz” sözü altında çoxsaylı fenomenlər nəzərdə tutulur: “iynə batması, yanma, “qarışqa gəzməsi” hissiyyatı, səyrimə, çimdiklənmə, dartılma, qaşınma, küt və ya kəskin ağrılar. Bəzən xəstələr hisslərini xarakterizə etmək üçün söz tapa bilmirlər. Daha çox bu duyğular baldırlarda meydana gəlir, ancaq simmetrik olmur, sağ və ya sol ətrafda üstünlük təşkil edir. Xəstəliyin birtərəfli başlanğıcı da mümkündür, amma sonra proses hər iki ətrafı əhatə edir. Baldırlardan sonra bu əlamətlər pəncələrdə, dizlərdə və budlarda da əmələ gəlir. Ağır hallarda, əllər, gövdə, aralıq nahiyəsi də prosesə qoşulur. Belə olan hallda hissiyyat lap dözülməz hala gəlir;

• Xoşagəlməz hissiyyat yaranan ətrafın daimi hərəkət etdirilməsi məcburiyyəti. Xəstə, sadəcə olaraq, başqa yolla bu duyğulardan xilas ola bilmir və hərəkətlər simptomların xeyli yüngülləşməsinə, hətta yox olmasına gətirib çıxarır. Amma xəstə dayanan kimi, sayrışan narahatlıq yenidən meydana çıxır;

• Yuxu pozulmaları. Bunun səbəbi, ayaqlarda xoşagəlməz hissiyyatın yaranmasının sutkalıq ritmlə əlaqəli olmasıdır. Bir qayda olaraq, onlar, yatağa girəndən bir neçə dəqiqə sonra meydana çıxır və buna görə də xəstəni yatmağa qoymur. Bu hissiyyat həmçinin, istirahət dövründə də baş verir. Simptomların maksimum şiddəti, gecənin ilk yarısına düşür, səhərə yaxın azalır, günün birinci yarısında isə heç bir simptom olmaya bilər. Belə çıxır ki, xəstə yata bilmir. O, bu hissiyyatdan yaxa qurtarmaq üçün daim ayaqlarını hərəkət etdirmək, onları silkələmək və ovuşdurmaq, yataqda çevrilmək, ayağa qalxmaq və evi dolaşmaq məcburiyyətində qalır. Lakin o, yatağa qayıdan kimi, həmin hissiyyatın yeni bir dalğası başlanır.

     Uzun müddət ərzində NAS-dan əziyyət çəkən xəstələr, özləri üçün onlara maksimum rahatlama gətirən hərəkətlərin xüsusi bir ritualını hazırlayırlar.

Xəstənin gecələr yata bilməməsi, gündüz yuxululuğuna, əmək qabiliyyətinin azalmasına səbəb olur. Ağır hallarda sutkalıq ritm itirilir və simptomlar daimi olur;

• Yuxuda olarkən, ətrafların periodik hərəkətlərinin meydana çıxması. Xəstəyə yuxuya getmək müyəssər olsa belə, onda yuxuda ikən ayaq əzələləri qeyri-iradi şəkildə təqəllüs edir. Məsələn, ayaq barmaqları açılır və / və ya yelpik şəklində aralanır, dizlər, bəzən isə budlar da bükülür. Hərəkətlər adətən stereotip olur. Hər bir hərəki fəallıq epizodu 5 saniyədən çox çəkmir. Sonra 30 saniyəlik fasilə yaranır. Bu cür epizodlar bir neçə dəqiqə və ya bir neçə saat ərzində təkrarlanır. Ağır hallarda əllər də prosesə cəlb olunur. Əgər bu hərəkətlərin amplitudası cüzidirsə, o zaman xəstə oyanmır. Lakin çox vaxt belə hərəkətlər,onsuz da yuxu pozulması səbəbindən üzülmüş xəstənin oyanmasına gətirib çıxarır. Bu cür epizodlar gecə ərzində sonsuz sayda təkrarlana bilər. Sutkanın bu dövrü, xəstə üçün əsl işgəncəyə çevrilir;

• Depressiyanın yaranması. Uzun müddət davam edən yuxusuzluq, ətraflardakı fasiləsiz xoşagəlməz hissiyyat, əmək qabiliyyətinin itirilməsi və hətta gecənin düşməsi qorxusu depressiv pozuntuların meydana gəlməsinə səbəb ola bilər. NAS, depressiyanın inkişafına səbəb ola bildiyindən, nevrasteniyanın, artmış qıcıqlanmanın və psixi labilliyin inkişafı üçün risk faktorlarına aid edilə bilər.

     NAS-dan əziyyət çəkən şəxslər üçün avtomobildə gəzmək, təyyarədə uçmaq, teatr və kinoya getmək çox çətinlik törədir.

     Bir qayda olaraq, birincili NAS zamanı patoloji simptomlar xəstənin bütün həyatı boyunca davam edir, lakin onların intensivliyi dəyişə bilir. Bu hal, xəstəni idmanla məşğul olduqdan və kofein tərkibli içkilərin qəbulundan sonra, emosional sarsıntı zamanı daha şiddətlə narahat etməyə başlayır.

     İnsanların böyük bir əksəriyyəti göstərirlər ki, patoloji simptomlar asta sürətlə olsa da, getdikcə inkişaf edir. Bəzən sükunət dövrləri olur ki, onlar da sonradan kəskinləşmə dövrü ilə əvəz olunur. Bir neçə il ərzində davam edən uzunmüddətli remissiyalar, xəstələrin təxminən 15% -ində qeyd edilir.

     Əgər xəstədə ikincili NAS varsa, onun gedişi əsas patologiya ilə müəyyən edilir. Bu halda remissiyalar nadir hallarda müşahidə olunur.

     Yuxarıda sadalananlardan aydın olur ki, narahat ayaqlar sindromunun bütün əsas simptomları subyektiv hissiyyatla bağlıdır. Çox vaxt belə xəstələrin nevroloji müayinəsi heç bir ocaqlı nevroloji simptomatikanı, hissiyyatın və ya reflekslərin pozuntularını aşkar etmir. Yalnız əgər NAS, sinir sisteminin mövcud patologiyası (radikulopatiya, dağınıq skleroz, onurğa beyninin şişləri və s.) fonunda inkişaf edərsə, bu zaman nevroloji statusda, həmin diaqnozları təsdiq edən dəyişikliklər aşkar edilir. Yəni NAS-ın özünün müayinə zamanı aşkar edilə biləcək müstəqil bir təzahürü yoxdur.

     Diaqnostika

     Narahat ayaqlar sindromunun diaqnostikası, adətən həkim üçün çətinlik törətmir. NAS-ın diaqnostikası, xəstənin şikayətlərini dinləməkdən başlayır. Müayinəni keçirərkən, ilk növbədə 4 əsas meyara diqqət yetirmək lazımdır:

xəstədə, xoşagəlməz duyğulardan azad olmaq üçün gecə saatlarında ayaqlarını hərəkət etmək arzusu yaranır;

narahatlıq hissi istirahət zamanı ağırlaşır. Fiziki fəaliyyət zamanı isəə itir, ya da zəif ifadə

xəstə ayaqlarını tərpətdikdə, narahatlıq yox olur;

gecə vaxtı, narahatlıq maksimum dərəcəyə çatır.

     Əgər xəstə bütün bu 4 suala müsbət cavab verərsə, yüksək ehtimalla onda NAS-dan şübhələnmək olar.

     NAS-ın baş vermə səbəbini mütləq axtarmaq lazımdır. Əgər NAS birincilidirsə, bu zaman onun yaranma səbəbini aşkar etmək mümkün olmur. İkincili NAS zamanı əlavə tədqiqat üsulları, xəstəliyin mümkün bir səbəbini tapmaq üçün həyata keçirilir. Çünki, bəzi patoloji hallar, xəstə üçün heç bir əlamət olmadan davam edə və yalnız NAS ilə təzahür edə bilər (məsələn, orqanizmdə dəmir çatışmazlığı və ya onurğa beyni şişinin başlanğıc mərhələsi).

     Aşağıda sadalanan müayinə üsulları diaqnozu təyin etməyə imkan verir:

Bu metod, yuxu zamanı qeyri-iradi hərəkətləri müəyyən etməyə imkan verən və NAS-ın mövcudluğunu dolayı yolla təsdiq edən tədqiqat üsullarından biridir. Bu, insanın yuxu mərhələlərinin kompüter vasitəsilə təər qeyd olunur: elektrokardioqrafiya (EKQ); elektromioqrafiya (EMQ); ayaqların, döş qəfəsinin və qarın divarının hərəkətləri; yuxunun özünün videoyazısı vəət edən ayaqların periodik hərəkətləri də qeyd olunur. Onların sayına əsasən, şərti olaraq NAS-ın ağırlıq dərəcəsi müəyyənləşdirilir:

–          yüngül – saatda 20 hərəkətə qədər;

–          orta ağırlıqlı – saatda 20-60 hərəkət;

–          ağır gedişli – saatda 60-dan çox hərəkət.

ENMQ (Elektroneyromioqrafiya).

Ferritin, maqnezium, B qrupunun vitaminləri, revmatoid faktor səviyyəsini müəyyənləşdirmək üçün qanın analizi.

Böyrəklərin fəaliyyəni qiymətləndirməyə imkan verən Reberq sınağı və qanın biokimyəvi analizi.

Ayaq damarlarının ultrasəs müayinə

     Bu, mümkün müayinələrin tam siyahısı deyil, yalnız oxşar şikayətləri olan demək olar ki, hər bir xəstədə həyata keçirilir. Əlavə tədqiqat üsullarının siyahısı ayrı-ayrılıqda müəyyən edilir.

     Diferensial diaqnostika

     NAS zamanı, oxşar simptomları olan digər xəstəliklərlə diferensial diaqnostika aparmaq çox vacibdir. Aşağıda təqdim olunan cədvəldə NAS ilə oxşar simtomatikası olan xəstəliklərin ümumi və fərqli cəhətlərindən söhbət açılır:

Periferik neyropatiya

NAS-ın əlamətlərinə oxşar simptomlar: Xəstə aşağı ətraflarında narahatlıq hissi keçirir, paresteziyalardan şikayət bildirir.

NAS zamanı müşahidə olunmayan simptomlar: Neyropatiyaların baş verməsində ritmiklik yoxdur. Hərəki fəallığa başladıqdan sonra xoşagəlməz hissiyyat itmir.

Ektaziya

NAS-ın əlamətlərinə oxşar simptomlar: Xəstə güclənmiş narahatlıq göstərir, ayaqlarını hərəkət etdirmək arzusundadır. Xoşagəlməz hisslər istirahət zamanı güclənir.

NAS zamanı müşahidə olunmayan simptomlar: Sutkalıq ritm olmur, ayaqlarda yanma hissi yoxdur, xəstə “qarışqa gəzməsi” hiss etmir. İrsi meyllik yoxdur.

Damar xəstəlikləri

NAS-ın əlamətlərinə oxşar simptomlar: xəstə ayaqlarında “qarışqa gəzməsindən” şikayətlənir.

NAS zamanı müşahidə olunmayan simptomlar: Hərəkət zamanı xoşagəlməz hissiyyat artır, dəri altında damarlar aydın şəkildə görünür.

Gecə krampları

NAS-ın əlamətlərinə oxşar simptomlar: Ayaqları uzatmaqla narahatlıq hissi aradan qaldırıla bilər. Krampların sutkalıq ritmi olur.

NAS zamanı müşahidə olunmayan simptomlar: Xoşagəlməz hisslər gözlənilmədən yaranır, onlar ayaqları tərpətmək arzusu yaratmır. Yeriyərkən qıcolmalar yox olmur.

     Müalicə

     Narahat ayaqlar sindromunun müalicəsi, ilk növbədə, onun növündən asılı olur.

     İkincili NAS, onun yaranmasına səbəb olan əsas xəstəliyin müalicəsini tələb edir, çünki onun aradan qaldırılması və ya təzhürlərinin azaldılması, narahat ayaqlar sindromunun əlamətlərinin geriyə inkişafına kömək edir. Dəmir çatışmazlığının aradan qaldırılması, qanda qlükozanın səviyyəsinin normallaşdırılması, vitamin və mikroelementlərin çatışmazlığının bərpa edilməsi, bu xəstəliyin simptomlarının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Dəmir çatışmazlığının müalicəsi, yalnız qanda ferritinin səviyyəsi 45 mq-dək azaldığı halda başlanmalıdır. Dəmir preparatları askorbin turşusu ilə birlikdə təyin edilir. Onları sutkada 3 dəfə, yeməkarası qəbul etmək məsləhət görülür.

     Birincili NAS zamanı, xəstəyə simptomatik müalicə edilir.

     Bu xəstəlik zamanı tətbiq edilən bütün tədbirlər qeyri-medikamentoz və medikamentoz vasitələrə ayırd edilir.

     Qeyri-medikamentoz üsullar:

simptomları gücləndirə bilən dərman preparatlarının qəbulunun dayandırılması (neyroleptiklər, antidepressantlar, qusma əleyhinə preparatlar vəərman preparatları barədə yuxarıda məlumat verilmişdir. İmkan daxilində, onlar digər dərman vasitələrləəvəz edilməlidir;

kofein tərkibli məhsulların (qəhvə, tünd çay, kola, energetik içkilər, şokolad) və spirtli içkilərin istehlakından çəkinmək;

siqaretdən imtina edilməsi;

günün rejiminə riayət olunması;

yuxuya getmək üçün rahat şəraitin yaradılması (eyni zamanda yatmağa yollanmaq, rahat çarpayı vəədbirlər nəzərdə tutulur);

yatmazdan əvvəl gəzinti;

gün ərzində mülayim idman məşqləərindən: məsələn basketbol, ​​voleybol, Latin Amerikası rəqsləri və bu tip digər məşğuliyyətdən çəkinmək lazımdır. Bu halda yoqa, pilates, üzgüçülük daha çox tövsiyə

yatmazdan əvvəl ayaqların ilıq vannası və ya dabanların ovuşdurulması;

ilıq duş;

perkutan elektrostimulyasiya;

vibromasaj;

akupunktur;

fizioterapiya üsulları: maqnitoterapiya, darsonvalizasiya, palçıq terapiyası.

     Xəstəliyin mülayim gedişli hallarında yalnız bu tədbirlər kifayətdir və xəstəlik geri çəkiləcək. Əgər bu vasitələr kömək etmirsə və xəstəlik yuxu və həyatın davamlı pozulmasına gətirib çıxarırsa, o zaman dərman preparatlarına müraciət edirlər.

     Dərman metodları:

Dofaminergik vasitələr (tərkibində L-DOFA olan preparatlar – Nakom, Madopar, Sinemet və dofamin reseptorlarının aqonistləri – Pramipeksol, Pronoran, Bromokriptin). Bu dərmanlar, ilk seçim preparatlarıdır və müalicəyə onlarla başlayırlar.

L-DOFA tərkibli preparatlar üçün ilkin doza, yuxudan 1-2 saat əvvəl Levodopanın 50 mq-dır. Əgər bu kifayət deyilsə, onda təxminən bir həftə ərzində doza 50 mq da artırılır. Maksimum doza – 200 mq-dır.

Dofamin reseptorlarının aqonistləri, L – DOFA preparatları ilə müqayisə edilə biləcək bir effektə malikdir:

–          Pramipeksol 0,125 mq-dan başlayaraq, dozası 1 mq-a qədər;

–          Bromokriptin – 1,25 mq (7,5 mq);

–          Pronoran – 50 mq-dan (150 mq-a qədər) təyin edilə bilər.

     Əgər bir dofamin reseptorları aqonisti səmərəsiz olarsa, onu həmin qrupdan olan başqa bir preparatla əvəz etməsi məsləhət görülür. Dofaminergik preparatların istifadəsinin yalnız bir xüsusiyyəti var: onlar yuxunu normallaşdırmır. Buna görə də, xoşagəlməz hissiyyatın və ətraflardakı periodik hərəkətlərin aradan qaldırılması, yuxunun strukturlarının bərpası ilə müşayiət edilməzsə, sedativ preparatların müalicə sxeminə əlavə edilməsi lazım gəlir;

Benzodiazepinlə Bu kimyəvi qrup dərmanları arasında ən çox Klonazepam və Alprazolam istifadə olunur.

–          Klonazepam (gecə 0,5 mq-dən 2 mq-dək);

–          Alprazolam (gecə 0,25 mq-dan 0,5 mq-a qədər) dozalarında təyin olunur.

     Benzodiazepinlər bədəndəki xoşagəlməz hisslərə və periodik hərəkətlərə nisbətən, yuxuya daha çox təsir göstərir. Buna görə onlar, də NAS-ın müalicəsi üçün “ehtiyat” preparatlara aiddir;

Antikonvulsantlar (Qabapentin, Neurontin, Karbamazepin) vəər (Tramadol, Kodein, Dihidrokodein, Oksikodon). Bu dərmanlar, yalnız dofaminergik və benzodiazepin sırası preparatlarının effektsiz olduğu və ya əlavə təsirləri qeyd edildiyi zaman, ən son variant kimi istifadə

–          Qabapentin – 300 mq-dən başlayaraq maksimum doza 2700 mq-a çatana qədər dozanın artırılması ilə təyin olunur (preparatın effektiv dozasında dayanırlar). Bütün doza bir dəfəlik, gecələr qəbul edilməlidir;

–          Tramadol – gecə 50-400 mq;

–          Kodein – 15-60 mq;

–          Dihidrokodein – 60-120 mq;

–          Oksikodon – 2,5-20 mq dozalarında təyin edilir.

     Bu narkotik preparatlar, asılılıq yarada bilməsi səbəbindən, NAS-ın yalnız ağır hallarında istifadə edilir.

     NAS-ın dərman müalicəsinin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu halda uzunmüddətli (bəzən illərlə davam edən) dərman qəbulu lazım gələ bilər. Buna görə müalicənin minimum dozada effektinə nail olmağa çalışmaq lazımdır. Tədricən, dərmana müəyyən dərəcəli asılılığın inkişafı mümkündür, bu da dozanın artırılmasını tələb edir. Bəzən bir dərmanı digəri ilə əvəz etmək lazım gəlir. Hər halda, monoterapiyanın aparılmasına, yəni tək bir dərman ilə simptomları aradan qaldırmağa çalışmaq lazımdır. Bir neçə dərmanın kombinasiyasına, ən son hallarda müraciət edilməlidir.

     Bəzi hallarda, xəstənin dərmanlara yalnız simptomların əhəmiyyətli dərəcədə artması zamanı ehtiyacı olur, qalan hallarda isə o, yalnız qeyri-medikamentoz üsullarla kifayətlənə bilir.

     Əgər NAS, depressiyanın inkişafına gətirib çıxarırsa, bu zaman onu, monoaminoksidazanın selektiv inhibitorları (Moklobemid, Béfol və s.) və Trazodonun köməyi ilə müalicə edirlər:

–          Moklobemid, başlanğıc sutkalıq dozası 300 mq olmaqla, 2-3 qəbula daxilə təyin olunur. Sutkalıq doza, tədricən 600 mq-a qədər artırıla bilər;

–          Befol – sutkada 2 dəfə, 30-50 mq-dan 100-150 mq-a qədər dozasında, daxilə təyin edilir. Sutkalıq dozası – 400 mq-dır;

–          Trazodon (Trittiko) – 50-100 mq dozasında, sutkada 1 dəfə daxilə təyin edilir. Sonradan tədricən dozanı sutkada 450 mq-a qədər artırmaq olar. Bu zaman dərman qəbulu sutkada 2 dəfə olmalıdır.

     Digər antidepressantlar, NAS-ın daha da ağırlaşmasına gətirib çıxara bilər.

     Adətən bütün tədbirlərin kompleks şəklində istifadə edilməsi müsbət nəticə verir. Xəstəliyi susdurmaq olur və insan öz normal həyat ritminə qayıdır.

     Hamilə qadınların müalicəsi çox çətinlik törədir, çünki NAS-ın müalicəsində istifadə olunan dərman preparatlarının əksəriyyəti, bu vəziyyətdə tətbiq edilə bilməz. Buna görə də, ilk növbədə NAS-ın səbəbini müəyyənləşdirmək (əgər bu mümkündürsə) və onu aradan qaldırmağa (məsələn, dəmir çatışmazlığını Fol turşusu və dəmir preparatlarının qəbulu ilə kompensasiya etmək), həmçinin qeyri-medikamentoz üsullarla kifayətlənməyə çalışırlar. Xüsusi hallarda, xəstəliyin ağır gedişi zamanı, bir müddət ərzində Klonazepam və ya kiçik dozada Levodopa təyin edilir.

     Beləliklə, NAS – kifayət qədər yayılmış bir xəstəlikdir. Lakin çox vaxt o, həkimlərin diqqətindən yayınır. Əksər hallarda ona müstəqil bir xəstəlik kimi deyil, yuxu pozulmaları və ya depressiyası olan xəstələrin bildirdikləri standart şikayətlərin bir hissəsi kimi baxırlar. Nəticədə isə xəstələr əzab çəkməkdə davam edirlər. NAS, uğurla müalicə olunur, bunun üçün yalnız onu düzgün surətdə aşkar etmək lazımdır.

     Proqnoz və profilaktika

     Birincili və ya idiopatik NAS, ləng, lakin qeyri-bərabər şəkildə inkişaf edir və irəliləyir. Remissiya dövrləri kəskinləşmə dövrləri ilə əvəz olunur. Çox vaxt onları xarici amillər təhrik edir, xəstələrin 15% -də isə remissiya bir neçə il davam edə bilər.

     İkincili NAS-ın proqnozu, əsas xəstəliyin gedişi ilə müəyyən edilir. Əgər onun müalicəsi düzgün seçilmişdirsə, bu zaman bütün pozuntular ya tamamilə dayandırıla, ya da əhəmiyyətli dərəcədə azaldıla bilər.

     Narahat ayaqlar sindromunun profilaktikası üçün, aşağıda sadalanan tövsiyələrə riayət olunmalıdır:

Böyrəklərin, damar xəstəliklərinin vəə

Orqanizmdə dəmirin, vitaminlərin və mikroelementlərin çatışmazlığının inkişafına mane olan bir pəhriz rejiminə riayət olunması.

Mübadilə pozuntularının tənzimlənmə

Günün rejiminə riayət olunması.

Stresslərin minimuma endirilmə

Həddindən artıq yüklənmələrin qarşısının alınması.

Zərərli vərdişlərdən imtina olunması.

Tərkibində kofein olan məhsulların və içkilərin istifadəsindən imtina edilmə

     Narahat ayaqlar sindromu, tez-tez rast gəlinən nevroloji patologiya olub, həkimdən onun doğru bir şəkildə diaqnozunun qoyulmasını tələb edir. Buna görə də onlar, əgər xəstələr yuxusuzluq və ayaqlarında narahatlıqdan şikayət bildirərlərsə, belə bir diaqnozun olmasını nəzərdən qaçırmamalıdırlar.

Leave a reply