Select Your Style

Choose your layout

Color scheme

Nəsrəddin Tusi adına Klinika (İş saatları:09:00-11:00)  Tel: (+99450) 500-65-25
Respublika Müalicəvi Diaqnostika Mərkəzi (İş saatları:11:00-16:00)

Ön çarpaz bağ cərrahiyyəsindən sonra reabilitasiya müalicənin imtina edilməz bir hissəsidir. Bu zaman reabilitasiya üç dövrdə aparılır.
1.Ön çarpaz bağ cərrahiyyəsindən sonra kəskin dövr (0-4 həftə) Rehabilitasiyada məqsəd
-ağrı və iltihabın qarşısının alınması,
-tam açıcı və ən az 100 dərəcə bükücü hərəkət açıqlığının qazanılması,
-dördbaşlı əzələ refleks inhibisiyasının qarşısının alınması,
-patellar hərəkətliliyin təmin edilməsi.
2.Ön çarpaz bağ cərrahiyyəsindən sonra yarımkəskin dövr (4-8 həftə)
Rehabilitasiyada məqsəd
-dizin normal hərəkətini təmin edilməsi,
-Proporsiya və tarazlığın təmin edilməsi,
-omba ətrafı əzələləri gücləndirmək,
-xəstənin problemsiz özünəxidmətinin təmin edilməsi.
3.Ön çarpaz bağ cərrahiyyəsindən sonra xroniki dövr (8-12 həftə) Rehabilitasiyada məqsəd
-açıcı və bükücü istiqamətdə tam hərəkətin təmin edilməsi,
-yüksək səviyyədə proporsiya və tarazlığın təmin edilməsi,
-yüksək səviyyədə əzələlərin güclənməsi.