Select Your Style

Choose your layout

Color scheme

Ön çarpaz bağ yaralanması zamanı dizdə ani bir qopma hissi ilə birlikdə şiddətli bir ağrı ortaya çıxır. Bəzi idmançılar bağın qopma səsini eşidirlər və tez yerə düşürlər. Diz oynağının içində sürətlə inkişaf edən qanama ilə bağlı olaraq şişlik meydana gəlir. İdmançı ümumiyyətlə idmana davam edə bilmir. Ağrı və şişliyə bağlı olaraq dizdə hərəkət məhdudluğu meydana gəlir. Bəzi idmançılar dizlərinin yerindən çıxıb girdiyini hiss edə bilirlər.
Bir neçə gün-həftə içində diz oynağındakı şişlik və ağrı azalır. Diz hərəkətləri qazanılır və topallama itir. Ancaq bu dəfə xüsusilə ani dönüşlərdə, ani yavaşlama hərəkəti əsnasında və nərdivan enərkən dizdə boşluq və etibarsızlıq hissi ortaya çıxır. Ön çarpaz bağ qopması olan dizlərdə üzmə, velosiped kimi idmanlarla məşğul ola bilərlər; ancaq futbol, basketbol, həndbol, voleybol, xizək kimi ani sıçrayışları olan idmanların yüksək səviyyədə edilməsi mümkün deyil. Əgər idmançı ön çarpaz bağı olmadan bu idmanlara davam etmək istəsə yeni xəsarət alması və dizdəki zədənin artması riski çox yüksəkdir. Gənc, idman edən və ya aktiv həyat stilinə sahib fərdlərdə ön çarpaz bağ zədələrinin müalicəsi cərrahidir. İrəli yaşda olub yüksək fəaliyyət səviyyəsində olmayan, idman etməyən və gündəlik həyatda dizində boşluq və etibarsızlıq kimi şikayətlənmələri olmayan fərdlərdə cərrahi əməliyyata ehtiyac yoxdur. Cərrahi əməliyyat olmayacaqsa dizdə meydana gələ biləcək etibarsızlıq və boşluq hissini azaltmaq üçün əzələ gücləndirmə proqramları təklif edilir və dizi qorumaq üçün dizliklər istifadə edilə bilər. ÖÇB rekonstruksiya (təmir etmə) əməliyyatında cərrahi texnika xaricində müvəffəqiyyətə təsir edən ən əhəmiyyətli faktorlardan biridə xəstənin reabilitasiyasıdır. Reabilitasiya proqramı hazırlayarkən bəzi faktorları qiymətləndirmək lazımdır.
Ön çarpaz bağ müalicəsi nəticəsində professional kömək almadan xəstə bu dövrləri keçirdə bilməz, hətta əməliyyat dizi daha pis hala gətirə bilər.
Mütləq mütəxxəsis bir fizyoterapevtlə işləməyə çalışın!
reabilitasiya.az