Onurğa kanalının bel nahiyyəsinin daralması və sinirlərin sıxışması nəticəsində yaranan xəstəliyə “lomber spinal stenoz” və ya “lomber dar kanal” digər adıyla bel kanal darlığı deyilir. Onurğada kanalın daralması bel osteoxondrozunun irəliləməsinin nəticəsidir (və ya ağırlaşmasıdır).

Onurğa sütünu fəqərələrdən, qığırdaqlardan, bağlardan, oynaqlardan təşkil olunmuşdur.Onurğa sütunun mərkəzində onurğa kanalı yerləşir. Onurğa kanalı həyatımız üçün çox vacib əhəmiyyəti olan onurğa beyninin qorunmasında əvəz edilməz əhəmiyyəti vardir. Onurğa beyni ayaqlara hissi və hərəki sinirləri daşıyır. Ona görə də onurğa kanalının daralması zamanı sinirlərin sıxılması baş verir ki, bu da ayaq ağrıları, uyuşuqluqlar, yerişin çətinləşməsi, qamətin əyilməsi, ayaqlarda yorğunluq hissinin yaranmasına gətirib çıxarır.

Dar kanalın yaranma mexanizmi

Onurğa kanalının divarlarını əmələ gətirən fəqərə arası disklərin, bağların və iki fəqərə arasındakı faset adlı oynaqların zamanla normal quruluşu pozulur və beləliklə onurğa kanalında daralma baş verir.

A. Bu şəkildə diskin içindəki maye azalaraq disk yüksəkliyinin azalmasına və sərtləşən diskin onurğa kanalına doğru qabararaq sürüşməsinə səbəb olur. Diskin sürüşməsi nəticəsində onurğa beyninə və sinirlərə öndən kompressiya yaratmış olur.

B. Artrit (qığırdaq toxumasının yox olması) səbəbiylə fəqərədəki faset oynaqlarının sümük və bağları da qalınlaşaraq onurğa kanalına təzyiq edirlər.

C. Onurğa kanalının ətrafındakı bağlar da (lig.flavum yəni sarı bağ) qalınlaşır. Bunların nəticəsi olaraq onurğa kanalı hər tərəfdən daralmaya başlayır nəticə etibariylə əgər mərkəzi kanal daralarasa bu zaman dural kisə sıxılır ki, buna “sanral stenoz”, əgər lateral hissə və sinir dəlikləri daralarsa buna da “foraminal stenoz” deyilir.

Bel kanal darlığında xəstənin şikayəti

Bel dar kanalı olan xəstələrin şikayəti bel ağrısıyla birlikdə ayaqlarda keyləşmə, cimildəşmə, uyuşma, yanğı, göynəmə hissiyyatı və əzələ zəifliyi müşahidə olunur. Bu tipli xəstələr yürüyərkən, gəzərkən ayaqlarda uyuşuqluqlar və ağrı artır və nəticədə oturub dincəlməyə ehtiyac duyurlar.

Bir müddət sonra bu şikayətlərdən dolayı xəstənin yürümə məsafəsi azalır (buna neyrogenik kladikasyo deyilir). Xəstə yorulduğunda önə əyilərək onurğa kanalının bir qədər genişlədilməsinə çalışır, çünki bu zaman həmin sinir kökcüklərində qan dövranı artır beləliklə mövcud şikayət azalmış olur. Buna görədə bu tipli xəstələr fleksionda rahat olurlar.

Neyrogenik kladikasyosu olan xəstələr adətən lomber fleksiyonun (önə əyilmə) arttığı, yoxuş yuxarı yürümə, alışveriş əl arabası ya da velosiped sürmə kimi aktivlikləri daha rahat icra edirlər. Ancaq ciddi dərəcədə ilərləmiş dar kanalda xəstə oturduqda, önə əyildikdə belə rahatlaşmır və eyni zamanda nevroloji defisitlər artdığına görə iləridə bağırsaq və sidik kisəsi funksiyalarında problemlər yaranmış olur.

Bel kanal darlığının diaqnozu

Dar kanal şikayətləri olan xəstə həkimə müraciət etdiyində öncəliklə xəstənin tam olaraq şikayəti dinlənilir, anamnez toplanılır, nevroloji müayinə edilir. Ardından həkimin istəyindən asılı olaraq rentgenoqrafiya (X-Ray), komputer tomografiya (KT) və maqnit rezonans tomoqrafiya rezonans (MR) müayinələr istənilir.

Onurğada dar kanalın müalicəsi

Xəstəliyin başlanğıc mərhələsində konservativ müalicələr icra olunur. Konservativ müalicələr ilə onurğanın bel nahiyəsində olan dar kanal ancaq daha ağrısız və funksional olacaqdır. Konservativ müalicəyə dərman müalicəsi (steroid preparatlar) fizioterapevtik müalicə və müalicəvi idman növləri aid edilir.

Dərman müalicəsində – analgeziklər, qeyri steroid iltihab ələyhinə preparatlar, miorelaksantlar ağrının azaldılmasında və paravertebral əzələ gərginliyinin aradan götürülməsində müəyyən dərəcədə əhəmiyyəti vardir.

Fizioterapiya onurğa ətrafi əzələləri gücləndirərək daha sağlam bir bel və ağrıların azalmasını hədəfləməkdir.

Onurğa ətrafı əzələlərə vurulan steroid inyeksiyalar ağrının azalmasında və ödemin aradan qaldırılmasında əhəmiyyəti vardir. Bu inyeksiyalar xəstəliyin şiddətinə, yerinə və xəstənin yanaşı xəstəliklərini nəzərə alaraq həkim tərəfindən təyin olunur.

Onurğada bel kanal darlığının cərrahiyəsi

Yuxarıda sadalanan konservativ müalicələrə cavab verməyən xəstələr, sidik ifrazı və bağırsaq ifrazı funksiyalar pozulanlar, ayaqlarda ciddi uyuşuqluq, yandırma, göynətmə və s. hissi pozuntuları olanlar, əzələ gücü zəifliyi, yürümə məsafəsi azalan və həyat keyfiyyəti kəskin dərəcədə pozulan xəstələr cərrahi əməliyyata namizəddirlər.

Onurğa kanalı darlığında cərrahi əməliyyatın məqsədi kanal darlığını yaradan faktorun aradan qaldırılmasıdır. Bu tipli cərrahi müdaxiləyə neyrocərrahiyyədə “lomber dekompressiya” adı verilir. Onurğa beyninə və sinirlərə olan kompressiya ortadan qaldırılaraq ayaqlaralara gedən sinirlər azad edilir, bunun sayəsində geri dönüşü olmayan sinir zədələnmələrinin qarşısı alınmış olur.

Leave a reply