Osteoartrit – xalq arasında kirecləşmə adı ilə tanınan, oynaqların qığırdaq toxumasının quruluşunun pozulması, qığırdağın incəlməsi, aşınması və zədələnməsi ilə tez tez müşahidə olunan xəstəliyidir. En çox diz, qalça, bilək və onurğa sütununda osteoartritə rast gəlinir. Müxtəlif xarici mühit amillərin təsiri nəticəsində oynaq qığırdağı və altındakı sümük toxumasının bütövlüyünün pozulması və klinik müayinə nəticəsində aşkar edilməsi ilə müşahidə olunan bir xəstəlikdir.
Qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Xəstəliyin rastgəlmə tezliyi 50 yaşdan yuxarı şəxslərdə qeyd edilir. Xəstəlik vaxtında müalicə olunmadıqda oynaqların yükdaşımasını təmin edən qığırdağın tamamən nazilib aradan qalxması və sümük başlarının bir birinə təmas etməyə başlaması ortaya çıxır. İnkişaf edən qığırdaq zədələnməsi ilə birlikdə oynaqda kəskin ağrılar meydana çıxır.
Risk Faktorları:
Orta və yaşlı şəxslər
Piylənmə
İrsi meyllilik
Gecikmiş oynaq zədələnmələri
Qığırdaq strukturuna təsir edən xəstəliklər (revmatoid artrit,podaqra və s.)
Oynaqətrafı əzələ qruplarının zəif olması
Oynağa düşən yükün parazlanmasının pozulması
Osteoartritli xəstələri narahat edən əsas şikayət oynaq ağrısıdır. Ağrının şiddəti xəstədən xəstəyə fərqlənir.Ağrı zamanla şiddətli şəkil ala bilər və bu ən çox hərəkət zamanı arta bilir. Oynaqda ağrı hava dəyişikliyi və soyuq tətbiqi zamanı narahatlıq hissı ilə ortaya çıxır. Xüsusi ilə oynağı hərəkət etdirdikdə oynaqda şişkinlik və oynaq sərtliyi meydana çıxır. Xəstəlik irəlilədikcə oynaqlarda hərəkət məhdudiyyəti yaranır.
Diaqnozun əsaslandırılması:
Xəstəni müayinə edərkən oynaqda şişkinlik, qığırdaq səthlərində ağrı, oynaqda hərəkətin məhdudluğu nəzərə çarpır. Osteoartrit dionozunun qoyulması üçün rentgenoloji müayinə adətən kifayət edir. Oynaq aralığında daralma, qığırdaq altı sümük toxuması bölgələrində qalınlaşmanın artması və sümük kistalarının meydana gəlməsi,oynaq kənarlarında sümük çıxıntılarının (osteofit) əmələ gəlməsi osteoartrit dioqnozunun qoyulmasında əsas rol oynayır.
Digər oynaq xəstəlikləri ilə differensasiya etmək üçün qanın müayinəsi və sümük sintiqrafikası oluna bilər. MRT müayinəsi zamanı isə oynaqla bərabər oynaqətrafı yumşaq toxumaların da ətraflı müayinəsini aparmaq olar. Sümük toxumalarını daha geniş dəyərləndirə bilmək üçün KT müayinəsi də tətbiq oluna bilər.
Osteoartritin müalicəsi:
Osteoartritin tam müalicəsi bu gün üçün mümkün deyil. Mövcud müalicə yöntəmləri xəstələrdə ağrının azaldılmasına və oynağın hərəkətini təmin etməyə yönəldilir. Osteoartritin müalicəsində ən çox diqqət edilməli nöqtə xəstəliyin qarşısının alınmasına yönəldilən qoruyucu tədbirlərin alınmasıdır. Xəstəliyin erkən aşkarlanması oynaq səthlərində meydana çıxan iltihabın vaxtında qarşısını almağa kömək edir. Bu məqsədlə iltihab əleyhinə preparatlar, yerli istifadə edilə biləcək kremlər, fizioterapevtik müalicələr tətbiq olunması məsləhət görülür.
Dərman müalicəsi- qığırdaq toxumasının yenidən bərpasına yönəlir ki, bu da oynaq daxilinə hialiron asid turşusunun inyeksiyası,kortikosteroidlərin inyeksiyası və ya qığırdağın yenidənqurulma və bərpasını sürətləndirən peroral qlükozamin xondrotin dərman vasitələrinin yeridilməsinə yönəldilir.
Xüsusi ilə diz oynağının osteoartriti zamanı bud əzələlərinin gücləndirilməsi və oynaq səthlərinin sürtünməsinin azaldılmasına yönəldilən məşqlər, fiziki idman müalicəsi və reabilitasiya tədbirləri şikayətlərin aradan qaldırılmasına faydalı olur. İstifadə olunan fizioterapevtik müalicə yöntəmləri səthi və dərin toxumaları isitmə, toxumaların yenilənməsi, əzələlərin gücləndirilməsi, oynağın hərəkət diapozonunun saxlanması və artırılması, ağrının azaldılması, qan dövranının sürətləndirilməsi və əzələ spazmının aradan qaldırılması kimi təsirləri vardır.
Xəstələrə tövsiyyələr:
-Fizioterapevtinizin tövsiyyə etdiyi hərəkətləri müntəzəm olaraq etmək
-Bədən çəkinizi kontrolda tutmaq, artıq çəkidən azad olmaq
– ağrılı oynaqlara isti tətbiq etmək məsləhətdir: isti su torbaları, isti duş tətbiqi,istilik verən kremlərlə masaj tətbiqi ağrını azaldacaq
-Osteoartriti olan oynaqlarda ağrı və şişkinliyin şiddətləndiyi dövrdə 1 neçə gün soyuq tətbiq etmək şikayətlərin azaldılmasında faydalı olacaqdır.
-onurğa, qalça, diz və pəncə kimi yük daçıyan oynaq artritlərində uyğun ortopedik ayaqqabıların seçilməsi şərtdir
– lazım olduqda əsadan istinad məqsədi üçün istifadə edilməlidir
-Gündəlik həyatımızda oynaq ağrılarına yol açan hərəkətləri etməkdən çəkinmək lazımdır.

Leave a reply