Fəqərəarası disk fıbroz-qığırdaq həlqələr olub, fəqərə cisimlərinin arasında yerləşir. Disk pulpoz nüvə və fibroz həlqədən ibarətdir. Disklər bağ və oynaq funksiyasını daşıyaraq hərəkətdə bufer rolunu oynayırlar. Yaş artdıqca həm nüvə, həm də fibroz həlqədə struktur dəyişikliklər gedir. Nüvənin tərkibində suyun miqdarı azaldığı üçün elastikliyi itir və ona düşən fiziki gərginliyi ötürə bilmir.

Fəqərə sütününda olan degenerativ dəyişikliklərin müxtəlif formaları vardır. Bəzi xəstələrdə fəqərəarası bağlar zəiflədiyi üçün fəqərə fəqərənin üstündən sürüşür, spondilolistez inkişaf edir.

Disklərdə olan degenerativ dəyişikliklər nəticəsində fəqərənin cismində kənari sümük atmaları inkişaf edir, qığırdaq lövhələri sklerozlaşır. Diskdə və fəqərə sümüklərində olan bütün bu proseslər osteoxondroz adlanır.

Bəzi hallarda degenerativ proses yalnız fibroz həlqədə olur. Fibroz həlqə fəqərəarası sahədən çıxaraq boylama bağları qıcıqlandırır. Bir müddətdən sonra onlar hər ikisi əhəngləşərək osteofitlər əmələ gətirir. Bu proses spondiloz adlanır. Arxa osteofitlər kökcükləri sıxa bilər.

Fəqərələrin oynaq çıxıntılarının oynaq səthlərində əmələ gələn əftəngləşmə və reaktiv dəyişikliklər spondiloartroz əmələ gətirir.

Bir sıra hallarda fibroz həlqənin partlaması nəticəsində pulpoz nüvə arxaya: və ya önə doğru yerini dəyişir. Bu hal fəqərəarası diskin yırtığı adlanır. Bu yerdəyişmələr ən çox arxa və yanlara tərəf, az hallarda isə orta xətt üzrə olur. Arjça yerdəyişmələr orta və lateral yırtıqlara bölünür. Önə doğru diskin yerdəyişməsi heç bir kliniki əlamət vermir. Fibroz həlqə cırılmadan diskin yerdəyişməsi protruziya adlanır. Ən çox diskin yırtığı L4-L5 və L5-S1 fəqərəarası sahədə müşahidə edilir.

Diskin yırtığı nəticəsində əmələ gələn kliniki mənzərə yalnız onurğa beyni və onun kökcüklərinin sıxılması ilə deyil, venoz durğunluq, kokcüyün və ətraf toxumaların ödemi ilə də əlaqədar olur. Ona görə də bəzən yüngül travma və yaxud infeksiya gizli patoloji prosesi gücləndirir.

Klinika

Fəqərəarası diskin patologiyası ən çox bel, oma nahiyəsində müşahidə edilir. Xəstəliyin əsas kliniki əlaməti ağrı sindromudur. Ağrı əsasən bel-oma nahiyəsində müşahidə edilərək aşağı ətraflara irradiasiya edir. Kəskin hərəkət, əyilmə, ağırlıq qaldırma zamanı sanki “güclü elektrik cərəyanı” kimi, aşağı ətraflara irradiasiya edən ağrılar (lümbaqo) meydana çıxır. Öskürmə və gücənmə zamanı ağrılar artır. Ağrıların aşağı ətraflara irradiasiya zonası mono – və biradikulyar xarakter daşıyır. Ağrıların dabana və ayağın bayır kənarına irradiasiyası – Sı kökcüyünün, ayağın arxasına, I və II barmaqlara irradiasiyası –L5 kökcüyünün sıxılması əlamətidir.

İkinci vacib əlamət kökcük tipli anesteziya, hipersteziya və paresteziyanın olmasıdır. Bəzən L4 və ya L5 kökcüklərinin sıxılması nəticəsində onurğa beyni konusunun zədələnməsi əlamətləri meydan çıxır. Bu hal konus nahiyəsinin onurğa beyni arteriyasının şaxəsi (Adam- keviç arteriyası) ilə deyil, Lı L5 kökcük arteriyaları (Deproj-Qotteron) ilə qidalanması zamanı müşahidə edilir (Deproj-Qotteron sindromu).

Xəstələrdə skoljpjşyə iordozun düzəlməsi, bel əzələllH Vinin gərginliyi, bel-oma nahiyəsində hərəkətin məhdudlaşması demək olar ki, daimi əlamətlərdəndir. Palpasiya zamanı L4 L5 S1 fəqərələrinin arxa çıxıntıları ağrılı olur. Reflekslər əsasən zəifləyir. L4 kökcüyü sıxıldıqda – diz, L5 və Sı kökcükləri sıxılan zamanı isə aşil refleksi zəifləyir. Təkcə S1 kökcüyü sıxılarsa, aşil refleksi itir.

Fəqərəarası diskin yırtıqları zamanı baş barmağı açan və bükən uzun əzələlərdə, barmaqları açan uzun əzələlərdə parezlər əmələ gəlir. Açıcı əzələlərin parezi L5 bükücü əzələlərin parezi isə Sı kökcüyün sıxılması üçün xakterikdir. Uzun müddət kökcüklərin sıxılması nəticəsində, həmin tərəfdə baldır və pəncə əzələlərinin hipotrofiya və atrofiyası baş verir.

Yırtıqlar zamanı Laseq gərilmə simptomu daimi müşahidə edilir.

Diaqnostika.

Fəqərəarası diskin yırtığının diaqnostikasında rentgenoloji müayinənin əsas əhəmiyyəti vardır. Rentgenoloji əlamətlər birbaşa va dolayı olur: buludabənzər kölgənin, nöqtəvari əhəngləşməuin,olmasfcr tam yırtıq, diskin üzərində xəttvari işıqlanmanın olması – fıbroz həlqənin partlaması üçün xarakterikdir və birbaşa simptomlardır. Dolayı əlamətlarə – fəqərə cismində arxa və arxa-yan osteofitlərin olması, diskin hündürlüyünün azalması, birləşdirici qığırdaqların nahamarlığı, bərkləşməsi və sklerozu, fibroz həlqə və bağ aparatının əhəngləşməsi, fizioloji lordozun düzəlməsi, skoliozun, kifozun olması, deformasiyaedici spondiloartrozlar və s. aiddir.

Boyun nahiyəsində diskin yırtığı nisbətən az rast gəlir. Burada ən çox arxa osteofitlərin və diskin protruziyasının olması xarakterikdir. Bu dəyişikliklər onurğa beyninin, kökcüklərin, kökcük və onurğa arteriyalarının, simpatik kökcüyün zədələnməsi əlamətlərini verirlər. Ən çox rast gələn kökcük əlamətlərinə yuxarı ətraflara, ənsəyə, çiyinə irradiasiya edən güclü ağrılar, innervasiya zonasında hissiyyat pozğuluqlarının olması, əzələ hipotoniyasi, atrofiya və reflekslərin itməsi aiddir.

Onurğa beyninin zədələnmə sindromu mielopatiya adlanır. Mielopatiyanın səbəbi ön onurğa beyni və kökcük arteriyalarının sıxılması nəticəsində əmələ gələn işemiyadır. Kliniki olaraq xəstələrdə yuxarı qanşıq tipli paraparez, aşağı spastik paraparez olur. Ağrı və kökcük tipli hissiyyat pozğunluqları kəskin ifadə olunmur, əsasən barmaqlarda paresteziyalar müşahidə edilir. Xəstələrdə başgicəllənmə, qulaqlarda küy, beyincik pozğunluqları, ətraflarda zəiflik olur. Eyui zamanda onurğa arteriyasının simpatik kələfinin qıcıqlanması nəticəsində vertebro-bazilyar hövzədə spazm qan dövranı pozğunluğu və işemiya inkişaf edir.

Döş nahiyəsində diskin yırtığı az müşahidə edilir. Ağrılar qabırğaarası nevralgiya və ya daxili üzvlərin patologiyasında olan ağrılara bənzəyir. Belə ki, Th3Th4 nahiyəsində disk yırtığı olduqda ağrılar – ürək çatmamazlığının, kliniki gedişatı isə onurğa beyninin ön səthində yerləşən ekstradural şişi xatırladır. Subarax- noidal sahədə tam blok olmur. Diaqnoz mieloqrafıyaya və MRT əsasən qoyulur

Konservativ müalicə. Diskogen radikulitlərin müalicəsi – konservativ üsullarla – medikamentoz, fizioterapevtik, müalicə gimnastikası, mexaniki dartma, manual, iynəbatırma və sanator-kurort müalicələri ilə başlayır. Bunların da əsas məqsədi kökcüyün dekompressiyasını yaratmaqdır.

Fəqərə sütunun degenerativ xəstəlikləri zamanı əmələ, gələn nevroloji əlamətlərin müalicəsi kompleks olmalıdır. Xəstəliyin gedişatına görə kəskin, yarımkəskin və remisiya dövrləri ayırd edilir.

Kəskin dövrdə tam sakitlik (güclü ağrılar zamanı,hətta yataq rejimi) məsləhət görülür. Xəstələr iltihab əleyhinə qeyri steroidlər (piroksikam, nimesol, voltaren, rofakt, reopirin), ödem əleyhinə dərmanlar (furasemid, diakarb, hipotiazid), ağrıkəsicilər, miorelaksantlar və böyük dozayla B qrup vitaminlər təyin edilir. Kəskin ağrılar zamanı deksametazon, lidokain və siankobaldmindən ibarət dərmanlar kombinasiyası əzələ daxilinə və ya epidural boşluğa yeridilir.

Müalicə kompleksinə skelet dartma üsulu – xüsüsi çarpayıda və ya su altında hər ayağa 2-6 kq yük düşməklə iki həftə ərzində aparılır. Skelet dartması zamanı ağrılar güclənərsə, prosedura dayandırılmalıdır.

Boyun fəqərələrinin patologiyası zamanı başı və boynu fıksasiya etmək məqsədi ilə xüsusi immobilizasiyaedici qurğu tətbiq edilməlidir.

Bütün bu tədbirlərlə yanaşı fizioterapevtik proseduralar – maqnit terapiya, ultrasəs terapiya, elektrofarez üsulu ilə analgetiklərin yeridilməsi üsulundan və s. istifadə edilməlidir.

Ağrıların intensivliyi azaldıqdan, yəni xəstəlik yarım- kəskin mərhələyə keçdikdən sonra müalicə manual terapiya, gimnastika, masaj və s. üsullarla davam etdirilməlidir. Bu dövrdə xəstələr kəskin hərəkətlərdən ağır fiziki gərginlikdən qorunmalıdırlar. Dərman preparatlarından damargenişləndiricilər, spazmolitiklər, miorelaksantlar və fəqərəarası disklərdə regenerasiyanı gücləndirən polifermentlər (papain, lekozim, mobilan) istifadə edilməlidir. Radikulyar ağrıları azaltmaq üçün manual və iqlorefleksoterapiya üsulları tətbiq edilməlidir.

Remissiya mərhələsində xəstələrdə əsasən reabilitasiya müalicəsi təyin edilir. Bu müalicənin məqsədi əmələ gəlmiş nevroloji defektlərin aradan qaldırılmasına və residivlərin profilaktikasına xidmət edir. Reabilitasiya müalicənin əsasını müalicə gimnastikası kompleksinin yerinə yetirilməsi və sanator-kurort müalicəsi təşkil edir.

Cərrahi müalicə. Yuxarıda göstərilən konservativ müalicənin 2-3 ay ərzində effektsizliyi, mieloqrafiya və nüvə-maqnit rezonans tomoqrafiyada sekvestrləşmiş disk yırtığının və osteofıtlarin aşkar edilməsi cərrahi müdaxiləyə göstərişdir. Bundan başqa inkişaf edən mielopatiya, at quyruğu kökcüklərinin kəskin sıxılma sindromu olduqda da cərrahi müdaxiləyə ehtiyac olur.

Boyun fəqərələri arası diskin yırtıqları zamanı iki üsul tətbiq edilir: arxa üsul – fəqərələrin qövsləri çıxarılmaqla; ön üsul – fəqərənin cismini çıxarmaqla.

Hal-hazırda, xüsusən orta disklər zamanı ön üsul tətbiq edilir. Bu üsulun üstünlüyü ondadır ki, həm disk yırtığını, həm də osteofitləri çıxararaq onurğa beynini tam sərbəstləşdirmək mümkün olur və fəqərə sütununun stabilliyi təmin edilir. Operasiya zamanı boynun ön səthində köndələn kəsik aparılır. Yumşaq toxumalar qatbaqat kəsilir, yuxu arteriyası ilə yeməkborusu traxeya arasından fəqərənin ön səthinə yol açılır və lazımi fəqərəarası disk əldə edilir. Sonra A.Klovard üsulu ilə xüsusi frezlə xəstə disk və fəqərə cisminin bir hissəsi çıxarılır. Əmələ gələn kanaldan diskin qalıqları, osteofltlər və arxa boylama bağ çıxarılır. Bununla da onurğa beyni və kökcüklər azad edilir. Sonra fəqərə sütününün stabilliyini təmin etmək məqsədi ilə kanala qalça sümüyündən götürülmüş sümük transplantant fiksə edilir. Üç ay ərzində transplantant fəqərə sütunuilə tam konsolidasiya olunur. Bəzən fiksasiya məqsədi ilə xüsusi metal lövhələr tətbiq edilir.

Beyin qan dövranı pozğunluğu əmələ gətirən onurğa arteriyanın kompressiyası olduqda onurğa arteriyası kanalının dekompressiyası operasiyası edilməlidir.

Bel-oma nahiyəsindən fəqərəarası disk yırtığını çıxarmaq üçün laminektomiya, hemilaminoektomiya, interlaminar üsullarla yanaşı hazırda endoskopik diskektomiya operasiyası tətbiq edilir. Orta yırtıqlar olduqda laminektomiya edilir, sarı bağ kəsilir, disk yırtığı kon- xotomun köməyi ilə çıxarılır. Bəzən orta disk yırtığını ekstradural çıxarmaq mümkün olmadıqda transdural üsul tətbiq edilir. Sərt qişa öndən və arxadan kəsilməklə disk yırtığı çıxarılır.

Birtərəfli lateral yırtıqlar zamanı o hemilaminektomiya üsulu ilə çıxarılır. Belə halda yırtıq olan tərəfdə qövs rezeksiya olunur, sarı bağ kəsilir və disk yırtığı çıxarılır.

İnterlaminar üsulla qövslər arasından kanal açılır (bəzən frez dəliyi qoymaqla) və disk yırtığı çıxarılır.

Spondiloz xəstəliyi zamanı geniş dekompressiv laminektomiya etməklə, həm disk yırtığını, həm də osteofıtləri çıxarmaq və beləliklə, kökcüklər və dural kisənin sərbəstləşməsinə nail olmaq lazımdır.

Dar onurğa kanalı sindromu zamanı dural kisə və kökcüklərin geni^dekompressiyası aparılmalıdır.

Bel-oma nahiyəsində fəqərə sütununun qeyri-stabilliyi (spondilolistez) zamanı fəqərələrin xüsusi titan konstruksiyalarla stabilizasiyası operasiyası edilməlidir.

Leave a reply