Peyroni xəstəliyi toxumanın elastikliyinin itirilməsi və sərtləşmə nəticəsində ağrı və deformasiyaya gətirib çıxaran bir xəstəlikdir.
Xəstəliyin başlanğıcında sərtləşmə zamanı penisdə ağrı və yüngül əyrilik olur. Heç bir müalicə tətbiq edilmirsə bir müddət sonra ağrı azalır, ancaq penisdə əyrilik tədricən intensivləşir. Əyriliyin olduğu yerə toxunduqda sərt toxuma əllə hiss edilə bilər. Əyrilik çox artdıqda(30 dərəcədən çox), əlaqələr mümkün olmaya bilər. Zamanla sərtləşmə problemləri ortaya çıxa bilər. Bu vəziyyət də insanın ruh halına mənfi təsir göstərir.
Xəstəliyin iki növü vardır: kəskin və xroniki. Kəskin mərhələ xəstəliyinin ilk altı ayını əhatə edir və adətən ağrı ilə müşayiət olunur. Təxumada kalsiumun yığıldığı, ağrının olmadığı, əyriliyin olduğu dövr, kronik dövrdür.
Peyroni xəstəliyinin səbəblərini araşdırdıqda;
-Penisin travması.
-Penisə qarşı gücə salıcı hərəkətlərin edilməsi.
– Sərtləşmə müalicə üçün istifadə olunan iynə ilə penisin müalicəsi,
– Vakuum cihazının istifadəsi,
-Birləşdirci toxuma xəstəliyi.
Peyroni xəstəliyinin müalicəsində dərman müalicəsi, intra-lezyon dərman tətbiqi, peyroni lezyonuna tətbiq olunan şok dalğa müalicəsi variantları arasındadır.
Şok dalğa müalicəsində peyroni xəstəliyi zamanı fasilələrlə lezyon üzərinə şok dalğa tətbiq olunur. Xəstəliyin ağırlığından asılı olaraq doza və sıxlığı həkim tərəfindən seçilir. Burada məqsəd lezyonun azalması, ağrının azalması və əyriliyin düzəldilməsidir.
Bu müalicələrə baxmayaraq, cinsi əlaqə səviyyəsində yenədə bir əyrilik varsa, əməliyyat planlaşdırılır və əyrilik düzəldilməsi nəzərdə tutulur.

Leave a reply