Prostat vəzi kişi cinsiyyət üzvlərindən  biridir,   qarın boşluğunda sidik kisəsınin altında yerləşir və içindən sidik kanalının bir hissəsi keçir. Əsas vəzifəsi prostat şirəsi hasil etməkdir ki, bununla o kişilərin cinsi fəaliyyəti  və  nəsilartırmasında müstəsna rol oynayır. Bu orqanın xəstəlikləri  kişilərdə sidik ifrazının ağır pozulmaları – sidik saxlaya bilməmək, kəskin sidik ləngiməsi, kəskin böyrək çatışmazlığı, habelə cinsi zəiflik (impotensiya, cinsi əlaqə problemləri), kişi sonsuzluğu şəklində özünü göstərir.
Gənc yaşlarda prostat vəzinin xəstəlikləri az rast gəlir və yetkin yaşlardan tamamilə fərqli mahiy­yət daşıyır. Əgər söhbət nisbətən gənc yaşlarda prostat vəzi xəstəliyindən  gedirsə, deməli söhbət pros­tatit­lərdən, yəni prostat vəzinin iltihabından gedir.

Əgər söhbət 40 və daha yuxarı, xüsusən 50-dən yuxarı yaşlardan gedirsə, deməli söhbət prostat vəzinin xoşxassəli  böyüməsindən ( başqa sözlə adenomasından), çox nadir hallarda isə xərçəngin­dən  gedir.  Bununla  belə,  prostatit  yaşlı kişilərdə də nadir xəstəlik deyil. Bu məqalədə söhbət əsasən prostat  vəzinin xoşxassəli böyüməsi (hiperplaziyası, adenoması)  haqqında olacaqdır.

Prostatitlər (prostat vəzinin iltihabı) deyildiyi kimi, əsasən gənc yaşlarda rast gəlir.

Prostatitin səbəbləri:

  1. İnfeksiyalar: Bakteriyalar (xlamidiya, mikoplazma, trixomonas, qonorreya, viruslar, E.Coli, klebsiella. psevdomonas, enterobakteriya və.s)
  2. Anatomik: Prostaitin başlamasında və inkişafında iki əsas tip anatomik anormallıq rol oynayır – 1-obsturksiya, 2-reflüks. Sidik kisəsinin boynunun böyüməsi, prostat hiperplaziyası (xoş xassəli böyüməsi) və.s faktorlar səbbə olur.
  3. Travmatik: Keçirilmiş hər hansı bir travma (pelvik vəya aralıq nahiyədə) prostatit yaranmasına və inkişafına səbəb olur.
  4. İmmunoloji-nevroloji və.s
  5. Kişiyə tibbi səbəblə kateter (sidik ifrazı üçün) qoyulması
  6. Anal yolla cinsi əlaqə
  7. Qəbizlik və.s

Prostatitin ümumi simptomları :

Çox saylı araşdırmalar ilk simptomun ağrı olduğuni bildirir.Bu ağrı çanaq,aralıq,qasıq,xaya,penis və cinsi əlaqədə boşalma zamanı,sidik ifrazı vaxtı və.s nahiyələrdə və hallarda olur,kəskin hallarda temperaturun yüksəmləsi,sidik ifrazının təzyiqinin (sürətinin), spermanın atılmasının sürətinin azalması müşahidə olunur. Cinsi pozğunluqlara da səbəb olur( ereltil disfunksiya, erkən boşalma və.s)

Prostatitin hansı növləri vardır?

Prostat iltihabı (prostatit) 4 növdə olur:

  1. Kəskin bakterial prostatit
  2. Xroniki bakterial prostatit
  3. Bakterial olmayan prostatit (xroniki çanaq ağrı sindromu) a) prostat şirəsində mikrob olmur,yalnız iltihab hüceyrələri olur; b)prostat şirəsində mikrob və iltihab hüceyrələri olmur, yalnız xroniki ağrı olur
  4. Simptomsuz prostatit (hər hansı bir şikayət olmadığı halda,prostatit olması)

Kəskin bakterial prostatit

Xəstəliyin ən az lakin ən ciddi formasıdır. Yaranmasında bakteriyalar (mikroblar) rol oynayır.

Əlamətləri:

  • Yüksək temperatur, halsızlıq
  • Üşütmə
  • Qripə bənzər vəziyyət
  • Ağrı
  • Sidiyə çıxarkən ağrı və yanma hissi
  • Sidiyə çıxarkən təzyiqinin azalması və ifrazın çətinləşməsi
  • Sidiyə çıxarkən onun tam boşalmamsı,qalıq damla sidik qalması,vəya sonradan sidiyin damla halda axması
  • Tez-tez sidiyə çıxmaq-Bəzən qanlı sidik-Ağrılı cinsi əlaqə

Diaqnozu: Sidiyin müayinəsində leykositlərin artması, hematuriya (sidikdə qanın olması), bakteriuriya (mikrobların olması), prostat şirəsinin müayinəsi, rektal müayinə (prostatın ödemli-şişkin olması), USM (ultrasəs müayinəsi) və xəstənin şikayətləri.

Kəskin prostatitlər yaxşı müalicə edilməzsə prostat absesi yarana bilər.Prostat absesi Kəskin bakterial prostatitin ağırlaşmasıdır. Şəkər xəstəliyi (diabetes mellitus) zamanı daha çox rast gəlinir. Rektal (düz bağırsaqdan) USM və ya KT (kompüter tomoqrafiya) ilə dəqiqləşdirilir.

Xroniki bakterial prostatit

Bu halda da bakteriyalar (mikroblar) rol oynayır. Əlamətləri kəskin bakterial prostatitə yaxındır, lakin bir qədər sakit halda. Bəzən prostat vəzidəki kalsinatlar (daşlar) bakteriyaları özlərinə çəkərək xəstəliyin yaranmasında rol oynayırlar. Xroniki prostatit çox kişidə var, əlamətlər zəif olduğu üçün bir o qədər də narahat etmir, lakin müayinə zamanı aşkar olunur. Uzun müddətli xroniki prostatit cinsi funksiyaların zəifləməsinə səbəb olur.

Bakterial olmayan prostatit (xroniki çanaq ağrı sindromu)

Prostat xəstəliklərində ən çox görülən növüdür. Bu xəstəlik kişilərin həyat keyfiyyətinə (yaşama qabiliyyətini) uzun müddət mənfi təsir edərək cinsi funksiyaların azalmasına səbəb olur. Səbəbi bilinmədiyi üçün diaqnozu və mülicəsi çətin olan bir prostatit növüdür. Bu halda xəstəliyi tamamilə aradan qaldırmaq deyil, şikayətlərin rahatlaması ən önəmli məqsədlərdəndir.

Simptomsuz prostatit (hər hansı bir şikayət olmadığı halda, prostatit olması)Xəstəliyin bu formasında heç bir şikayət olmaz, lakin laborator və klinik müayinələr nəticəsində prostat olduğu görülür. Sidik ifrazı pozulmalarının və ağrının az olduğu müşahidə olunur. Xəstələr əsasən 20-45 yaşlar arasında olur. Prostat şirəsinin müayinəsində infeksiya (mikrob) və leykositlər olmur. Bu xəstələrdə psixoloji problemlər çox rast gəlinir. Bu prostatitdə antibiotiklər effektli olmur.

Prostat  vəzinin xoşxassəli böyüməsiadenoması  isə yaşla bağlı olan bir prosesdir və 40-dan yuxarı yaşı artan hər bir kişinin haçansa məruz qalacağı bir durumdur. Bunu alimlər arasında “bioloji qocalma”, “kişi klimaksı” adlandıranlar da çoxdur. Yəni, prostat adenoması – kişi orqanizmin qocalmasının bir təzahürüdür.  Prostat vəzinin bu  böyüməsi  –  prostat vəzinin başqa səbəbdən deyil, vəzi hüceyrə­ləri­nin artması hesabına böyüməsidir. Bu zaman artan hüceyrələr hesabına düyüncüklər əmələ gəlir ki, bunlar illər ərzində böyüyür və sidik kanalının vəzinin içindən keçən hisəsini sıxaraq sidik ifrazını çətinləş­dirir. Prostat vəzinin belə böyüməsi xoşxassəli xarakter daşıyır və metastazlar vermir. Prostat adenomasının əmələ gəlməsində prostatitin adenomaya çevrilməsi, cinsiyyət orqanlarının xəstəliklərinin rolu və cinsi fəallığın yüksək-zəif olması, pis vərdişlərin (siqaretin, alkoholun) rolu sübut edilməmişdir! Yalnız irsi – genetik faktorların müəyyən  rolu sübut edilmişdir.

Prostat vəzi adenomasının əlamətləri sidik ifrazı pozulmaları, cinsi zəiflik və ağrı

Deyildiyi kimi, prostat vəzi böyüdükdə  sidik kanalının vəzinin içindən keçən hisəsini sıxaraq sidik ifrazını əngəlləməyə başlayır və sıxıılmanın dərə­cəsindən asılı olaraq sidik ifrazının pozulmaları baş verir.

Sidik ifrazı pozulmalarına  misal kimi göstərmək olar;

– sidik ifrazının tezləşməsi (bu hal gecələr xəstə üçün daha əziyyətli olur)

– sidik ifrazının çətinləşməsi, bəzən gücənmə ilə olması

– sidik axınının zəifləməsi – müddətin uzanması
–  sidiyin haçalanması, səpilməsi- sidiyin fasilələrlə gəlməsi

– sidiyə getdikdən sonra axma və ya damcılama
– sidiyə tez-tez təcili çağırışlar və saxlamağın  çətinliyi
–  sidiyə getdikdən sonra sidik kisəsində yenə sidik qalması hissi

– sidik kisəsini tam boşaltmağın mümkün olmaması
– qırıq-qırıq, bəzən gözləyə-gözləyə, bəzən damcı ilə sidik ifrazı
– bəzən sidiyi saxlamaq mümkün olmaması

gecə sidiyinin artması, gecələr tez-tez sidiyə getmək məcburiyyəti
– sidikdə bəzən qan, yanğı, göynəmə hissi olması

sidik ifrazının mümkün olmaması (kəskin hal) və s.
sidik kanalında ağrı, çirk, şirə gəlməsi, ğöynəmə hissi

Ağrı sindromu isə prostat  vəzinin adenoması  zamanı həmişə olmur. Lakin bir çox hallarda xəstəliyin müəyyən mərhələsində  adenoma diaqnozundan şübhələnməyə əsas olur. Qasıq və ya qasıqüstü nahiyədə, cinsi üzvlərdə, sidik kanalında ağrı, prostat  vəzinin xoşxassəli böyüməsi zamanı mühüm əlamətlərdəndir.

Prostat  vəzinin adenoması  zamanı vəzinin funksiyaları bu və ya digər dərəcədə zəifləyir. Bu funksiya zəifləməsi prostat vəzinin infeksiyalarla mübarizə rolunun zəifləməsində də özünü göstərir. Adenomaya iltihabi proses də qoşulur ki, bu isə özünü  sidik kanalında ağrı, çirk, şirə gəlməsi, ğöynəmə hissi şəklində göstərə bilər.

Prostat  vəzinin adenoması  zamanı  cinsi zəiflik bu və ya digər formada mütləqdir.  Bu, xəstəliyin ilkin əlaməti kimi rastgəlmə tezliyinə görə sidik ifrazı pozulmalarından sonrakı yeri tutur. Cinsi əlaqənin hər hansı şəkildə pozulması kişinin psixoloji vəziyyətinə sidik ifrazı pozulmalarına nisbətən daha pis təsir edir. Cinsi zəiflik (başqa sözlə erektil disfunksiya) bu zaman bir neçə formada özünü göstərir:

  1. cinsi əlaqə mümkün olmur – tam impotensiya,
  2. ereksiya (cinsiyyət üzvünün bərkiməsi) çox zəif olur və cinsi əlaqəni manual penetrasiya olmadan başlamaq olmur
  3. aspermiya  – cinsi əlaqənin sonunda  sperma ifrazı baş vermir,
  4. Retroqrad eyakulyasiya (axın) – cinsi əlaqənin sonunda  sperma geriyə – sidik kisəsinə qayıdır.
  5. cinsi əlaqənin tez bitməsi – bu zaman cinsi əlaqə 2 dəqiqədən tez bitir.
  6. Cinsi əlaqəyə həvəs olmaması.

Prostat  vəzinin adenoması bəzən uzun illər heç bir əlamət olmadan da inkişaf edə bilər.  Belə hallarda xəstə birdən-birə kəskin sidik ləngiməsi, kəskin cinsi zəifliklə üzləşə bilər!

Adenoma müalicə olunmazsa və ya müalicə uğurlu olmazsa bu  ağırlaşmalar ola bilər:
Sidik kanalın tam tutulmasi (sidik kisəsi dolu qalır, bəzən təcili tədbir lazım gəlir)

Kəskin qanaxma.
Sidik kisəsində sidik daşların əmələ gəlməsi və cərrahi müdaxilə zərurəti
Börək funksiyaların tam itməsinə kimi aparan xəstəlikləri (həyat üçün təhlükəli) və sidiyin qana keçməsi (uremiya) baş verə bilər
Cinsi funksiyaların tam itməsi
Sidiyi saxlaya bilməmək və s.

Prostat vəzinin adenomasının diaqnostikasi . Xəstənin yaşı, sidik ifrazından xüsusi şikayətləri artıq diaqnozu prostat vəzinin adenoması istiqamətinə yönləndirməyə əsas verir (45-50 və daha yuxarı yaş + sayilan simptomlardan biri və ya bir neçəsi). Prostat vəzinin adenomasının  diaqnostikasının qızıl standartı ultrasəs müayinəsidir (USM). Məhz ultrasəs müayinələrinin  nəticəsində erkən diaqnostika mümkündür. USM prostat vəzinin ölçülərini, parenximasının vəziyyətini, daşların, iltihabın olmasısnı, sidik kisəsində  nə qədər qalıq sidik qalmasını  və s. aşkar etməyə, həmçinin böyrəklərin, sidik axarlarının vəziyyətini aşkar etməyə imkan verir.
Prostatın Spesifik Antigenini – PSA testi 90-cı illərin əvvəlindən bütün dünyada geniş tətbiq olunmağa başlamış və özünü tam doğrultmuşdur. PSA testi prostat vəzinin adenomasının xoşxassəli olduğunu, yaxud bəd xassəli olma ehtimalını erkən aşkar etmək üçündür. Dünyanın urologiya üzrə ən nüfuzlu peşəkar elmi cəmiyyəti olan Amrika Uroloqlar Assosiasiyası hər bir kişinin prostatla bağlı 40 yaşdan sonra ildə 1 dəfədən az olmayaraq ultrasəs müayinəsi  və Prostatın Spesifik Antigeninin (PSA) yoxlamasından keçməsini tövsiyə edir. Prostat vəzinin bədxassəli inkişafına şübhə olarsa daha dəqiq onkoloji metodlar vardır. Əgər PSA göstəricisi normadan yüksək olmaqda davam edərsə, o zaman prostat vəzinin biopsiyası – yəni, prostat vəzinin toxumasının müayinəsi vacibdir.
Sidiyin analizi də prostat vəzinin xoş xassəli şişinin diaqnostikasının mühüm tərkib hissəsidir. Sidikdə qan, zülal, şəkər, irin və digər patologiyaların varlığı və səviyyəsi böyük diaqnostik əhəmiyyət kəsb edir.

Prostat vəzinin adenomasının – xoşxassəli böyüməsinin müalicəsi.

Bu gün Tibb Elminin ən aktual problemlərindən biri prostat vəzinin xoşxassəli böyüməsinin elə müalicə metodlarını hazırlamaqdır ki, kişi orqanizminin funksiyalarını mümkün qədər saxlamaq, həyat keyfiyyətini yaxşılaşdırmaq mümkün olsun. Bu mənada: 1) prostat vəzinin xoşxassəli böyüməsinin dayandırılması, 2) cinsi fəaliyyət funksiyalarının saxlanması, 3) normal sidik ifrazının bərpası 4) prostat vəzinin xoşxassəli böyüməsinin ağırlaşmalarının qarşısının alınması, 5) müalicənin minimal riskli olması xüsusilə mühümdür.
Prostat  böyüməsinin cərrahi müalicəsi isə yalnız mütləq göstəriş olduqda aparılmalıdır. Bunlara aiddir:
– Kəskin sidik ləngiməsi
– Massiv qanaxma və prostat vəzinin xoşxassəli böyüməsi ilə bağlı kəskin böyrək çatişmazliği
– Sidik kisəsinin iri daşları
– Sidik yollarının təkrari infeksiyalaşması və uzunmüddətli medikamentoz müalicənin təsirsizliyi.

Prostat vəzi üzərində cərrahi əməliyyatlar zamanı risklərin qaçılmaz olduğu nəzərə alınanda, – prostat vəzi xəstəliklərinin dərman preparatları və fizioterapevtik müalicəsinin əhəmiyyəti daha da artır. Hətta cərrahi əməliyyatların ən yüksək səviyyədə aparıldığı dünyanın ən məşhur uroloji klinikalarında aparılmış genişmiqyaslı monitorinqlərin nəticəsinə görə:

– əməliyyatların azı 5% -də cinsi fəaliyyətin tam itməsi – impotensiya baş verir.
– 4%-10%-də sidiyi saxlaya bilməmək inkişaf edir.
– 20% -40% ilk 8 ildən sonra  təzədən əməliyyat olunur.
– 3% – əməliyyat nəticəsində ölüm baş verir!
Bu vəziyyətin Avropa və Amerikanın ən yüksək peşəkar klinikalarında mövcud olduğunu nəzərə alsaq, qeyri-cərrahi müalicə əhəmiyyəti daha aydın başa düşülər. Cəmi 20-25 il əvvəl prostat vəzi üzərində cərrahi əməliyyatlara haqq qazandırmaq olardı: xəstəliyin erkən mərhələdə aşkarlanması üçün bu günkü qədər kamil diaqnostika vasitələri yetərli deyildi, USM aparatları ölkədə barmaqla sayıla bilərdi. Prostat vəzinin dərmanlarla müalicəsi üçün sınaqdan çıxmış dərmanların azlığı reallıq idi.

Prostat vəzi xəstəliklərində fizioterapiya.

Bu gün prostat vəzinin xəstəliklərinin müalicəsindən danışanda o saat fikrimizə dərmanlarla müalicə gəlir. Amma cəmi 25-30  il qabaq məs., prostat vəzinin adenomasının cərrahi müalicəsi demək olar ki, alternativsiz sayılırdı. Lakin tibb elmi yerində saymır – prostat  vəzinin xəstəliklərinin istər cərrahi, istərsə də qeyri-cərrahi müalicə üsullarının axtarışı və təkmilləş­dirilməsi bütün dünyada davam edir.

Son illərdə prostat vəzinin xəstəliklərini fizioterapevtik müalicəsi ilə bağlı əsl inqilab olmuşdur. Zərbə-dalğalı terapiyanın fizioterapiyada tətbiqi yeni olmasa da, urologiyada onun istifadəsinə son illərdə müəyyən olunmuşdur. Uroloji xəstəliklərdən – Peyroni xəstəliyi, fibroz prostatit, erektil disfunksiya, xroniki kalkulyoz prostatit, xoşxassəli prostat adenoması və s. zamanı zərbədalğalı terapiyanın tətbiqi əvəzolunmaz hesab edilir.

Fizioterapiyada prostatitlərin müalicəsinə bu metodun tətbiqi ilə 5-7 gün intervalla 7-8 prosedur aparmaqla nail olmaq olar. Prosedur ambulator və qeyri invaziv yolla, akustik dalğaların prostat vəzisi nahiyyəsinə ötürülməsi yolu ilə aparılır. Prosedur 10-15 dəqiqə çəkir. Bu müddət ərzində protokola əsasən təyin edilmiş xüsusi tezlikdə və gücdə 3000 impuls (zərbə) təyin edilmiş (prostat vəziyə) ötürülür. Zərbə dalğalı terapiyanın təsiri ilə kişilərdə yaranmış prostat problemi ağrısız və təhlükəsiz şəkildə aradan qalxır. Tibbi praktikada prostatın müalicəsində zərbə-dalğalı terapiyanın heç bir yan təsiri və mənfi göstəricisi aşkar olunmamışdır.

Akustik zərbədalğalı terapiyanın prostat vəzisinə təsir mexanizmi:

-Qan və limfa dövranını sürətləndirir, durğunluq prosesinin zəiflədir

-Artıq ilk prosedurdan analgetik təsir göstərir

-Neoangiogenezi sürətləndirir – yeni mikrokapilyarların yaranmasını stimulə edir, maddələr mübadiləsi pozğunluğunun qarşısını alır.

-prostat vəzidə yaranmış fibroz toxumanın cərrahi müdaxilə olmadan kiçilməsinə köməklik edir.

-prostatlarda yaranmış kalsinatlara təsir göstərir- akustik zərbələrin hesabına kalsinatlar parçalanaraq orqanizmdən təbii yollarla xaric olunurlar.

Leave a reply