Böyümək yolunda uşaqlar bir çox çətinlik və təhlükə ilə üzləşirlər. Onların arasında qamətin pozulması da var. Adətən valideyinlər buna lazımi əhəmiyyət vermirlər, və zamanla problemin özü-özünə yox olacağını düşünürlər. Amma çox nahaq yerə. Çox zaman səhf duruş uşağın sağlamlığında mənfi izlər qoyur. Və özü-özünədə heçyerə yox olmayacaq. Bu problemə laqeyid yanaşmaq olmaz. Bu məqalə də məhz qamətin pozulması və profilaktikası haqdadır.
Bəs bütün valideyinlər qamətin nə olduğu haqda xəbərdardırlarmı? Həkimlər bu terminlə insan bədəninin şaqulı halda normal vəziyyətini adlandırır. Qamət ümumi insan sağlamlığının vacib göstəricisidir. Bundan əlavə, qamətin ciddi pozulması müstəgil xəstəlik sayılır, və təxirəsalınmaz müalicə tələb edir.
Qamət pozulmasının ən çox rast gəlinən növü skoliozdur (onurğa sütununun istənilən tərəfə əyilməsi). Çox təəssüf ki, tibbi statistika ürəyaçan rəqəmlər göstərmir — aşağı sinif şagirdlərinin arasında 10% bu xəstəliydən əziyyət çəkir, orta sinif şagirdlərindən — 30%, yuxarı siniflərdə isə bu rəqəm 79%(!) çatır. Razılaşın, dəhşətli rəqəmlərdir.
Bu xəstəliyin bir çox yaranma səbəbləri vardır. Bəzi hallarda skolioz sümük xəstəlikləri, travmaların nəticəsində yaranır. Bundan əlavə, amma daha nadir hallarda, skolioz anadangəlmə xəstəlik olur. Amma bu səbəblər yalnız xəstəlik hallarının 1/3-dir.
Adətən isə skolioz qazanılmış xəstəlik olur, və onun səbəbi bel əzələlərinin zəifliyidir. Bir çox hallarda valideyinlər, özləri belə bilmədən, uşaqlarda bu xəstəlik yaranmasına şərait yaradır.
Qamət pozulmasına gətirib çıxaran səbəblər
Valideyinlərin ilk etməli olduqları — uşağın yaşam tərzinə fikir verməkdir. Hətta ən kiçik nüansları belə diqqətsiz buraxmaq olmaz — qamət pozulması çox tez yarana bilər. Aşağıda diqqət etməli olduğunuz ən vacib məqamları qeyd etmişik:
Uşağın iş yeri
Uşağın iş yerinin düzgün qurulması çox vacibdir. Birincisi iş masasıdır. Mükəmməl olar ki, o uşağın boyuna uyğun olsun. Əyər hər il mebel dəyişməyə imkanınız yoxdursa, ən azından stulun üzərinə yastıq qoyun. Daha sonra, stul. Uşaq ayaqlarını sallayıb oturmamalıdır, onlar yerdə olmalıdırlar.
Əlbətdə ki, məktəbdə də uşağın masasının ona uyğun olmasına şərait yaratmaq hər zaman mümkün olmur. Amma o ən azından evdə düzgün oturmalıdır — bu yolla uşağın bel əzələlərinə artıq yük düşməyəcək. Axı uşaq bədənində əzələ sistemi helə tam inkişaf etməmişdir.
Ağırlıq daşınması
Uşağın, əsasən də bir əlində ağırlıq daşıması skolioz yaranması üçün ciddi bir səbəbdir. Adətən uşaqlar hər gün məktəbə gedərkən ağır portfel daşımalı olurlar. Düşünə bilərsiniz ki, bununla heçnə etmək olmaz, amma elə deyil. Uşağınıza yaxşı ortopedik çanta alın. Onu məhz belinə taxmağa öyrəşdirin. Bu ağırlığı bərabər paylamağa imkan yaradacaq.
Bundan əlavə, uşağın bəzi kitabları məktəbdə saxlamağına şərait yarada bilərsiniz. Başqa valideyinlərə sinifə uşaqların kitabları yığa biləcəyi dolablar almağı təklif edin. Adətən məktəb müdiriyyəti buna qarşı çıxmır, əsas da yetərli əsaslar gətirə bilsəniz.
Düzgün seçilməmiş geyim
Təəccüblənəcəksiz, amma hətta düzgün seçilməmiş geyim belə — çox dar və ya sıx, qeyri-rahat, uşaqda skolioz yaranmasına səbəb ola bilər. Şalvar və ya ətək uşağı narahat etdikdə, o daha rahat bir vəziyət almağı çalışacaq. Amma bu vəziyyət düzgün olmaya bilər.
Eşitmə və ya görmənin pisləşməsi
Uşağın masada səhf oturduğunu gördükdə, mümkün qədər yaxın zamanda onu otolarinqoloq və göz həkimində müayinədən keçirin. Uşağda görmə problemi yarandıqda o dəftər və ya kitab üzərində əyiləcək, eşitməsi zəiflədikdə isə qarşıya əyilib bir böyrünü çevirəcək ki, müəllimi daha yaxşı eşitsin. Bu vəziyyət çox tez zamanda vərdiş halını alır, və uşaq evdə də belə oturmağa başlayır.
Daxili orqanların xroniki xəstəlikləri
Bəzi hallarda uşaqda qamət pozğunluğu daxili orqanların ağır xroniki xəstəliyi nəticəsində yarana bilər. Adətən belə hallarda söhbət ürək-damar, ağ ciyər, əzələ-sümük sistemi çatışmazlıqlarından gedir. Və bu xəstəlik inkişaf etdikcə skolioz da inkişaf edəcək, buna görə belə ehtimalı diqqətsiz qoymaq olmaz.
Qamət pozulmasının stadiyaları
Düzgün inkişaf etmiş onurğa sütunu düz olmamalıdır — onda bir neçə fizioloji əyrilik olur. Yandan baxdıqda onları görmək olar. Həkimlər boyun, sinə, bel və omba əyriklərini vurğulayır. Bu əyriliklər fəqərəarası disklərlə eyni funksiyanı yerinə yetirir — elastik amortizatorlar kimi onurğaya düşən gücü azaldır və bərabər bölürlər.
Qamət deformasiyasının bir neçə növü vardır:
• Bel büküyü. Bu deformasiya növündə sinə əyriliyi həddini keçir, bel əyriliyi isə, əksinə, düzləşir.
• Yumru kürək. Bu halda bel əyriliyi normada qalır, sinə əyriliyi isə bütün sinə hissəsində çoxalır.
• Çökük kürək. Bu halda məhz bel əyriliyi çoxalır.
Xəstəliyin inkişafından aslı olaraq ona müəyyən deformasiya dərəcəsi verilir. Bu dərəcələr aşağıdakı parametrlərə görə müəyyən edilir:
• 1ci dərəcəli onurğa deformasiyası. Bu halda onurğanı normal fizioloji vəziyyətə gətirmək üçün sadəcə kürəyinizi düzəltməyiniz kifayətdir.
• 2ci dərəcəli onurğa deformasiyası. Kürəyi fiziki səylə və ya gimnastik divarda sallanmaqla düzəltməyə çalışdıqda əyriliyin bir hissəsi aradan qalxır.
• 3cü dərəcəli onurğa deformasiyası. Bu halda hətta gimnastik divar da kömək etməyəcək. Ən ciddi deformasiya növü sayıllr.
Təbii ki, tibbi təhsili olmayan valideyinlər üçün əyriliyin neçənci dərəcəsi ilə qarşılaşdıqlarını müəyyən etmək çox çətindir. Buna görə, onlara sadəcə bu problemin mövcud olub olmadığını müəyyən etmək kifayətdir. Və öz qamətinizi də yoxlamağınız yaxşı olar. Bunun üçün asan yerinə yetirilən xüsusi testlər vardır.
Uşağınızı kürəyini divara söykəmiş halda duruğuzun və ona yandan baxın. Qamətində bir problem yoxdursa, boyun və bel hissəsində onurğa çökək qövsə bənzəyəcək, sinə və omba hissəsində isə — qabarıq, divara toxunacaq şəkildə olacaq. Bel və boyun hissəsində divar ilə onurğa arasında kiçik boşluq yaranmalıdır. Əks halda qamət pozğunluğundan şübhələnmək olar. Və bu o deməkdir ki, bu problemi incələyəcək həkimə müraciyət etməyin vaxtı gəlib.
Heç bir halda həkimə müraciyəti sonraya saxlamayın. Təbii ki, qamət pozğunluğu appendisit deyil, təcili tibbi yardım çağırmağa ehtiyac yoxdur. Amma uzatmaq da lazım deyil — əks halda xəstəlik çox tez inkişaf edəcək. Vaxt isə çox dəyərlidir — qamət pozğunluğunu kökündən aradan qaldırmaq yalnız uşaq yaşlarında mümkündür.
Qamət pozğunluğunun müalicəsi
Valideyinlər bu prosesin uzun çəkəcəyinə hazır olmalıdırlar. Bundan əlavə, çoxlu güc və vaxt sərf etməli olacaqlar, çünki müalicə demək olar gecə-gündüz, dayanmadan davam edir.
Müalicə ortoped həkim və fizioterapevt reabilitoloqun ciddi nəzarəti altında aparılır. Uşağınızın yaş və ümumi sağlamlıq vəziyyətindən aslı olaraq həkim optimal müalicə və reabilitasiya kursu təyin edəcək. Bunun üçün müalicəvi gimnastika, korreksiya edici korsetlər, manual terapiya istifadə oluna bilər. Amma təbii ki, müalicənin əsas hissəsi gimnastika və müəyyən tələblərin yerinə yetirilməsidir.
Gimnastikanın əsas vəzifəsi onurğanı normal vəziyyətdə saxlamalı olan əzələlər — boyun, çiyinlər, qarın, bel əzələlərinin inkişafıdır. Heç bir halda kimnastik kompleksi özünüz tərtib etməyin — skolioz zamanı bir çox hərəkətlər qadağan olunub, çünki onlar əks təsir göstərib onurğa sütununu daha da əyə bilərlər.
Həkim isə hər bir uşaq üçün ayrıca optimal hərəkətlər təyin edəcək. Valideyinlərə onların yerinə yetirilməsini öyrədib göstərəcək. Valideyinlərin əsas vəzifəsi isə, uşağın bu hərəkətləri mütəmadi və düzgün yerinə yetirməsinə nəzarət etməkdir. Bu müalicəvi gimnastikanın müddəti çox uzun ola bilər — bir ilə qədər. Amma nəticə də özünü doğruldacaq — uşağın nəyinki qaməti, həmdə ümumi sağlamlığı da müsbət tərəfə dəyişəcək.
Korreksiya edici korsetləri ayrıca vurğulamaq istərdik. Bir çox hallarda uşaqlar onları geyinməkdən tamamilə imtina edir. Və valideyinlər də, təəssüf ki, israr etmirlər. Amma bunu etmək qətiyyən olmaz — həkim korset geyinilməsini yalnız həqiqətən vacib hallarda təyin edir.
Uşaqla söhbət edin. Onu məcbur etməyə ehtiyac yoxdur — sadəcə bunun nəyə görə vacib olduğunu və əks halda nə olacağını ona mütləq başa salın. Amma, təbii ki, bu yalnız daha böyük yaşlı, sizi düzgün anlaya biləcək uşağa qarşı mümkündür. Söhbət körpədən gedirsə, bunu bir oyuna çevirin. Uzaq başı, başqa heçnəyin işə yaramadığı halda, valideyin əmrinin gücünə müraciyət edə bilərsiniz.
Düzgün qamət üçün bir neçə qayda
Nəyinki uşağın qamətini düzəltmək, həmdə düzgün qaməti qorumaq üçün də bəzi qaydalar mövcuddur. Onlardan mütləq faydalanın.
Uşağın yatağı
Hər bir ana çalışır ki, uşağı mümkün qədər rahat yatsın. Amma həmişə mi «rahat» və «düzgün» anlayışları bir birinə uyğun gəlir? Həkimlər hər zaman deyir ki, uşağın yatağı sərt olmalıdır. Uşağı yumuşaq yorğanlar üzərində uzatmayın, tük döşəkləri helə demirik. Sağlam uşaq böyütmək istəyirsiz, elədirmi?
Uşaq üçün mükəmməl variant ortopedik döşəkdir. Yastığı da ortopedik almağınız yaxşı olar, çünki yastıqlar da onurğaya böyük təsir göstərir. Uşağın necə yatdığına diqqət yetirin. Ortoped həkimlər kürəyi və ya qarnı üstə yatmağı tövsiyə edir — böyrü üstə yatmaq da onurğaya zərər verir.
Uşağın ayaqqabıları
Ayaqqabılara xüsusi diqqət yetirin. Heç bir halda ölçüsü düz gəlməyən («böyüyəcək yaxşı olacaq», yada əksinə çox dar) ayaqqabılar almayın. Səhf ölçülü ayaqqabı uşağın dabanlarını səhf vəziyyətdə saxlayır, bu isə səhf onurğa duruşuna gətirib çıxarır.
Bunun nəticəsinin onurğa deformasiyası olacağı şansı böyükdür. Bu arada, əyər uşağınızda artıq ayağın altı yastılığı və ya başqa ciddi ayaq əyrilikləri varsa mümkün qədər tez onun müalicəsi ilə məşqul olun. Bu xəstəliklər çox tez zamanda onurğa deformasiyası və hətta daha da ciddi problemlər yaratmağa qadirdirlər. Onların da müalicəsi üçün həkim-ortopedin nəzarəti vacibdir. Uşaq orqanizmi çox kövrəkdir, və valideyinlərin kiçik bir səhfi belə çox da xoş olmayan nəticələrə yol aça bilər.
Uşağın gündəlik rejiminin düzgün təşkili
Bu amildən çox şey aslıdır. Təəssüf ki, bir çox valideyinlər vaxtın çoxunu işdə keçirməyə məcburdurlar. Uşaqlar özləri ilə baş başa qalırlar. Adətən bu vaxtı onlar kompyuter və ya televizor qarşısında keçirirlər, bu isə uşağın həm görməsində, həm də qamətində öz əksini tapır.
Buna görə çalışın uşağınızın kompyuter və ya televizor qarşısında keçirdikləri zamanı məhdudlaşdırasınız. İstəsəz, bunu etmək mümkündür — sadəcə uşağa boş vaxt saxlamayın. Onu çoxlu dərnəklərə yazdırın, hobbilər yaradın.
Kifayət qədər fiziki məşğuliyyətlər
Uşağın qamətinin pozulması hərəkətsizlikdən də ola bilər. Və bu təəccüblü deyil — kompyuterlər artıq çoxdan müasir uşaqlarda «gizlənpaç», «qaçdı-tutdu» və s. oyunları, televizor isə uzun gəzintiləri əvəzləyib. Amma məyusluqla və kədərlə durub baxmaqdansa, valideyinlər vəziyyəti düzəltmək üçün nəsə etməlidirlər.
Təmbəllik etməyin və hava şəraiti buna imkan verirsə, hər həftəsonu şəhərdən kənara gəzintiyə çıxın. Uşaqla idman zalına, hovuza gedin — canlı örnək olun. Və bundan əlavə, birlikdə keçirdiyiniz zaman uşaq-valideyin münasibətlərinə müsbət təsir göstərir
Heç vaxtınız olmadıqda belə çıxış yolu tapmaq olar. Uşağınızı istənilən idman məşqlərinə yazdırın. Mütləq deyil ki bu professional idman olsun. Məsələn, rəqs çox yaxşı variant ola bilər. Fiziki məşğuliyyət optimal olacaq, uşağın qaməti isə daima məşqçinin nəzarəti altında olacaq. Rəqs bacarıqları isə həm oğlanlara, həm də qızlara gələcəkdə lazım ola bilər.
Nəzarət edin ki, uşağınız məktəbdəki idman dərslərini də buraxmasın. Həkimdən uşağı idmandan azad edəcək arayışlar almayın, hətta uşağınız həqiqətən tez tez xəstələnirsə belə. Bir neçə sağlamlıq qruppu vardır və müəllim uşağınız üçün uyğun olanını seçəcək.
Əlbətdə, burada söhbət idman dərslərini qadağa edən ciddi xəstəliklərdən getmir. Bu halda hərşeyi həkim məsləhətinə görə edin.
Bu qaydalara onurğa deformasiyasına məruz qalmamış uşaqların valideyinləri də əməl etməlidir. Çünki onlar onurğa əyriliyinin həm müalicə, həm də profilaktikası üçün uyğundur. Profilaktika isə, vaxtında başlandıqda çox gözəl nəticələr verir.

Leave a reply