Reabilitasiya orqanizmin itirilmiş funksiyalarının bərpa edilməsi və sosial yaşama geri qaytarılması deməkdir.

* Beyin Cərrahiyəsi sonrası reabilitasiya
* İdmançı reabilitasıyası
* Nevroloji reabilitasiya
* Pediatrik reabilitasiya
* Ortopedik reabilitasiya
* Pulmonoloji reabilitasiya
* Kadioloji reabilitasiya
Skolioz – fəqərə sütununun öz oxuna nəzərən sağa və ya sola əyilməsidir. Bu zaman həm də bədənin simmetriyası pozulur, kürək və qabırğalar bir tərəfdən qabarır.
Skoliozun səbəbləri: daha çox uşağın sürətli boyatma dövründə(10-17 yaşlar arası) meydana çıxır.
· 80% halda səbəbini aşkarlamaq olmur və idiopatik skolioz adlandırılır. Bu növ skoliozun daha çox təsadüf olunan səbəbləri: azhərəkətli uşaq, uşaqın düzgün oturmaması(həddən artıq irəliyə əyilərək bir çiyni digərindən irəlidə olmaqla fəqərə sütununun burulması), bir tərəfdə uzun müddət məktəb çantasını daşıması.
· 20% halda skoliozun səbəbi: oynaqların ifrat hərəkətli olması; anadangəlmə oynaq deformasiyası; anadangəlmə əyriboyunluq, raxit, ayaqların müxtəlif uzunluqda olması; sinir-əzələ, sümük sisteminin xəstəlikləri(uşaq serebral iflici, poliomielit, sirinqomeliya, sümüklərdə mübadilə pozğunluqları və s.)
Skoliozun mənfi təsirləri:
· Uşağın duruşu/qaməti əyilir, ağır dərəcədə kürək və qabırğa qabarır və bunlar uşağa psixoloji olaraq çox pis təsir edir və hətta uşaqda depressiya yarada bilər.
· Müalicə olmadıqda və skoliozun dərəcəsi artdıqca fəqərə sütunu və qabığaların deformasiyası daxili üzvlərin, xüsusən ürək, ağciyərlər və qarın boşluğu üzvlərinin yerdəyişməsinə və fəaliyyətinin pozulmasına səbəb olur.
· Onurğa əyildikdə bütün oynaqlara və çanağa düşən yükün tarazlığı/simmetriyası pozulur , bu isə yaxın gələcəkdə insanın əksər iri oynaqlarının sıradan çıxmasına səbəb olur.
Skoliozun müalicəsi:
· Uşağın stol və parta arxasında düzgün oturmasına, fiziki inkişafına, təmiz havada olması və daima idmanla məşqul olaraq əzələ-bağ aparatının möhkəmləndirilməsinə, düzgün/hərtərəfli/vitamin və minerallarla zəngin qidalanmasına daima diqqət yetirin. Məktəb çantası çiyində asılan olmalıdır.
· Ən vacibi erkən yaşlarda uşağınızı ən azı ildə iki dəfə, xüsusən uşağın sürətli böyümə yaşlarında, mütəxəssis müayinəsindən keçirin – çünki vaxtında aşkarlanan skoliozu müalicə etmək də asan olur.
· Əgər artıq skolioz aşkarlanıbsa – onda xəstəliyin müalicəsi və ya ən azı daha çox inkişaf etməməsi üçün mütəxəssisə müraciət etməklə müalicə etdirin.
Reabilitasiya nədir?
Reabilitasiya-insanın anadangəlmə və ya sonradan hər hansı bir səbəbdən meydana çıxan,qalıcı və ya keçici çatışmazlıqlarının itirilmiş bəzən də limitlənmiş olan funksional fəaliyyətinin araşdırılaraq müalicə edilməsi,psixoloji-sosial cəhətdən dəstəklənərək günlük yaşamda sərbəst vəziyyətə gəlməsini təmin etməkdir.Reabilitasiya çoxistiqamətli müalicə yanaşmasıdır.Bizim məqsədimiz xəstəliyə və xəstəyə xüsusi fizioterapiya və reabilitasiya proqramı tərtib edərək müalicəni həyata keçirməkdir.Reabilitasiya proqramının standartı yoxdur,hər pasiyentə fərdi yanaşılır.

Фото Fizioterapiya və Reabilitasiya Dr.Parvin Akberov.

Yaşı çox olan travmalı pasiyentlərə qulluq

Bu tədbirləri vaxtında və mütamadi qaydada yerinə yetirmək lazımdır:
Daha çox baş verən və ciddi fəsad olan yataq yaralarının profilaktikası
Durğunluq pnevmoniyasının profilaktikası – tənəffüs gimnastikası
Sadə tənəffüs gimnastikası üsulları – burundan dərin nəfəs almaq, nəfəsi saxlamaq və asta-asta ağızdan nəfəs vermək. Tənəffüs gimnastikasını əl hərəkətləri ilə gücləndirmək olar: nəfəs almada əlləri yuxarı qaldırmaq, nəfəs vermədə aşağı salmaq.
İmkan dairəsində pasiyentin sidik va nəcis ifrazının sərbəst şəkildə keçməsini təmin edin (yəni, xəstə özü bunları etsin).
Kalsiumla zəngin (kəsmik, baliq, pendir, süd) dolğun qidalanma təmin olunmalıdır
Travmadan sonra ilk gündən reabilitasiya tədbirləri aparın:
Uzanıqlı və oturaq vəziyyətdə sağlam ətraflar üçün məşq hərəkətləri edin;
Zədələnmiş ətraf (onurğa) üçün xüsusi məşq hərəkətləri – müalicəvi bədən tərbiyyəsi təlimçisi ilə birlikdə.
Əks-göstəriş yoxdursa pasiyenti uzanıqlı vəziyyətdən ayaqüstə vəziyyətə tədricən, qoltuqağacının köməyi ilə keçirmək lazımdır:
«çarpayıda oturaq» vəziyyət almaq;
Кənаr şəxsin köməyi ilə (çarpayının yanında dayanmaq;
Xəstə ətrafa dayaqlanmadan qoltuqağacindan istifadə etməyi öyrənmək, xəstə ətrafı qismən yükləmək lazımdır;
Əl ağacından istifadə etmək.
Hərəkət funksıyası tam bərpa olunduqdan sonra əlavə dayaq vasitələrindən imtina etməkpasiyent ozünü idarə etmək vərdişlərini itiribsə, onları inkişaf etdirmək lazımdır.
Psixoterapevtik təsir məqsədi ilə əmək terapiyası lazımdır – pasiyentin oturaq ya uzanıqlı vəziyyətdə edə biləcəyi məşğuliyyətlər (tikiş, toxuma, rəsm çəkmək, hörmə və s.). Travmadan sonrakı ilk iki sutka ərzində isti prosedurlar əks-göstərişdir.
Fizioterapevtik tədbirlər travmalı xəstələrin müalicəsində vacib rol oynayır – ağrılar azalır, şişkinlik keçir. Sümük qabarının əmələ gəlməsi sürətlənir.Burda reabilitasiyanın əsas hədəfi yaşlı insanların heçkəsdən aslı qalmadan keyfiyyətli həyat tərzinin bərpasıdır.