Evdə reabilitasiya

Evdə reabilitasiya – fizioterapevt həkimlərin travmadan, ağır əməliyyatlardan, insultdan, mərkəzi sinir sistemi və dayaq-hərəkət sistemi pozğunluqlarından sonra bərpaya ehtiyac duyan pasientlərə gostərdikləri tibbi xidmətdir. Ev şəraitində reabilitasiyanın əsas oryentasiyası xəstələrin tam bərpasına, həyat keyfiyyətinin yüksəldilməsi, sosial rifahını artırmaqdan ibarətdir.

Evdə reabilitasiyanın üstünlükləri nədir?

Bu günkü gün müəyyən xəstəliklər üzrə evdə reabilitasiya xidmətinin effektiv proqramı hazırlanmışdır. Bunun üstünlüyü xəstə üçün xəstəxana şəraitindən daha komfortlu hesab edilən, yaxınları ilə daha sıx təmas olan ev ortamında individual halda seçilmiş planlı proqramın tətbiqidir.

Evde reabilitasiya

Ev şəraitində reabilitasiya hansı patoloji hallarda tətbiq edilə bilər?

Mütəxəssislərimiz aşağıdakı pozğunluqlar və xəstəliklər zamanı ev şəraitində reabilitasiya xidmətini tətbiq edir:
- Dayaq hərəkət aparatı travmaları (çanaq sümüyü, yuxarı və aşağı ətraf travmaları, vətər dartınmaları, ağır və müştərək sınıqlar, onurğa zədələnmələri)
- kəllə beyin travmaları
- ürək əməliyyatlarından sonra ağırlaşmalar zamanı
- insult
- mərkəzi sinir sistemi funksiyalarının pozulmaları (baş və onurğa beyin travmaları,beyin qan dovranı patologiyaları və s.)
- ağır xəstəliklər və ağır əməliyyatlardan sonra reabilitasiya
- periferik sinir sistemi pozğunluqları
- nevroloji sindrom və vəziyyət
- uşaq serebral iflici
- qamət pozğunluqları (lordoz, kifoz, skolioz)

Ətraflı məlumat üçün
050 5006515
050 5006525

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur