Dizaltı kista (Beyker kisti)

Beyker kisti-dizaltı nahiyyədə, diz oynagının arxasında yerləşən, içərisi adətən şəffaf, sarımtıl maye ilə dolu törəmə olub, müxtəlif ölçülərə çata bilir. Daha çox diz oynagının artrozunda rast gəlinir.

Travma, revmatoid artritdən sonra da inkişaf edə bilər. Bəzi hallarda isə yaranma səbəbini aydınlaşdırmaq mümkün olmur.

Əsas şikayət dizaltı nahiyyədə, xüsusilə də hərəkət vaxtı (bükmə zamanı) ağrının yaranması, sinir və damarlar sıxıldıqda isə baldırda ağrı, ödem, keyləşmədən ibarət olur. Kista lap çox böyüdükdə əllənir, bəzən isə dizaltı venanı sıxaraq onun kəskin trombozunu törədə bilir.

Ciddi fəsadlarından biri kistanın partlaması və onun dizaltında kəskin ağrı, baldırda ödemlə müşayiət olunmasıdır.

Beyker kistlərinin fizioterapevtik metodlar ilə müalicəsi zərbə-dalğalı terapiya ilə həyata keçirilir.Zərbə-dalğalı terapiya- müasir qeyri-cərrahi müalicə metodu olub, beyker kistlərinin kompleks müalicəsində əhəmiyətli, effektiv metod hesab edilir. Kurs müalicə və seansların sayı həkimin xəstəni ətraflı müayinəsindən sonra həyata keçirilir. Zərbə-dalğalı terapiya ilə müalicə nəticəsində – zədələnmiş nahiyyədə ödemin və iltihabi dəyişikliklərin azalmasına, zədələnmiş toxumada qanın mikrosirkulyasiyasının sürətlənməsinə, orqanizmin regenerasiya qabiliyyətinin artmasına, toxumaların qan təchizatının bərpasına, ağrı sindromunun azalmasına səbəb olur. Eyni zamanda zərbədalğalı terapiya beyker kistlərinin ağırlaşma riskini minimum endirir.

Adətən ağır hallarda kistanı punksiya edib möhtəviyyatı boşaldır və içərisinə iltihab əleyhinə preparatlar yeridilir. Daha yaxşı olar ki, bu prosedura USM-in altında aparılsın. Bu daha dəqiq, az travmatik və tam təhlükəsiz olur. Xüsusilə də kista çox kameralı olduqda bu üsul əvəzsizdir. USM-in nəzarəti ilə aparılan punksiyaların ən böyük üstünlüyü isə kistanın yaxınlığında yerləşən damarların zədələnmədən qorunmasıdır. Bir çox hallarda punksion müalicə kifayət edir. Əgər maye təkrar- təkrar yıgılırsa, punksion metod effekt vermirsə, kista böyük ölçülərdə qalırsa, o vaxt cərrahi müalicə sistektomiya icra edilir. Punksiya ambulator şəraitdə yerli anesteziya ilə aparıldığında, xəstəxanada qalmağa ehtiyac olmur.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur