Poliomielit

Poliomielit-onurğa beyninin boz maddəsinin iltihabı olub, onurğa beyninin ön buynuzlarında müşahidə edilir. Xəstəliyin tipik əlaməti süst iflic, əzələ hipotoniyası, hiporefleksiya olub, əsasən proksimal ətrafların (çiyin və bud əzələləri) assimetriyi ilə təzahür edir.

Epidemiologiyası, Etiologiya və Patogenezi

Poliomielit xüsusi mövsümiliyə malikdir. Xəstələnmə halları əsasən iyul-oktyabr aylarında müşahidə edilir. Virusun keçirilmə yolları:

-Xəstələr və ya virus gəzdirənlərlə əlaqədə olma

-Qida məhsulları, su

-hava

-keçiriciliyi- həşərat hesab edilir

Xəstəliyin törədicisi viruslar olub, müəyyən morfoloji, kimyəvi və bioloji xassələrə malikdirlər. Poliomielit, virusun əsasən udlaq-bağırsaq yolu ilə orqanizmə daxil olması nəticəsində əmələ gələn infeksiyadır. Bağırsaqların selikli qişasında artıb çoxalır, burdan qismən ifraz olunur, qismən isə qana sorulur və hematogen dissiminasiyadan sonra hemato-ensofalitik baryerin retikulyar maddəsinin kapilyarlarından keçərək sinir sisteminə daxil olur.

Klinikası.

Hazırda kəskin poliomielitə, başlıca olaraq mərkəzi sinir sistemini və bəzən periferik sinir sistemini zədələyən ümumi bir xəstəlik kimi baxılır. Buna görə sinir sisteminin xəstələnməsi əlamətləri ilə keçən bütün poliomielitlərin klinikası müəyyən simptomlarla xarakterizə olunur. Xəstəliyin gedişi inkubasion, prodromal, iflicqabağı, iflic, bərpa və rezidual dövrlərə ayrılır.

İnkubasion dövr 10-40 günə qədər davam edir. Prodromal dövr virusun çoxalması fəal olur, bununla əlaqədar ümumi infeksion simptomlar, temperaturun yüksəlməsi, üçütmə, kataral təzahürlər, yorğunluq,bağırsaq funksiyalarının pozulması ilə qeyd olunur. İflicqabağı dövr simptomların şiddətlənməsi ilə davam edir, sinir kötüklərini basdıqda onurğada ağrı duyulur. İflic dövrü ətraflarda xüsusən aşağı ətraflarda parezlərin və ya ifliclərin, habelə ayrı-ayrı beyin sinirlərində, əksərən üz sinirlərində ifliclərin aşkar olunması ilə xarakterizə olunur. Reflekslərdə dəyişikliklər (hipo- və arefleksiya), iflic olan əzələlərdə tonusun azalması, atrofiya müşahidə edilir. Xəstəliyin rezidural dövrü iflic mərhələsində qeyd olunan və müalicə tədbirlərinin kömək etmədiyi pozulmuş funksiyaların davamlı qalıqları ilə xarakterizə olunur.

Ümumi Simptomatologiyası- Kəskin poliomielitin xarakter simptomu temperaturun yüksəlməsidir. Xəstəliyin yarısında demək olar kı, kataral təzahürlər müşahidə olunur. Əsnək selikli qışasının yüngülcə qızarması, zökəm, traxeit ola bilər. Qusma olduqca tez tez rast gəlinən simptomdur. Epizodik, habelə çoxlu və təkrari ola bilər. Uşaqlarda tez-tez mədə-bağırsaq pozulmaları təsadüf olunur. Başın tez tez tərləməsi xüsusilə diqqətəlayiq simptomlardandır.

Poliomielit zamanı hissiyatın obyektiv pozulmaları baş verir. Bəzən ümumi hipersteziya müşahidə edilir. Parez və ifliclər əsasən xəstəliyin 3-6 cı günü meydana çıxır. Ayaqların iflicinə qolların iflicindən daha çox rast gəlinir. İfliclər ətrafların proksimal şöbələrinə yayılır. Yuxarı ətraf əzələlərində deltayabənzər əzələ daha tez tez, üçbaşlı əzələ isə nisbətən daha az zədələnir. Aşağı ətraflardaincik və qamış əzələləri, budu yaxınlaşdıran dördbaşlı əzələ və açıcı əzələlər daha tez tez zədələnir.Yayılmış zədələnmələrdə prossesə arxanın uzun əzələləri də cəlb olunurki, bu da onurğanın açılmasını pozur və kifoz, lordozun meydana çıxmasına səbəb olur. Poliomielit üçün tipik olan ön buynuz hüceyrələrinin zədələnməsi ilə əlaqədar olaraq, bütün təsvir olunan ifliclər süst xarakter daşıyır. Zədələnmiş əzələlərdə hipotoniya və atrofiya ilə bərabər hipo və arefleksiya müşahidə edilir.

Müalicəsi

Pozulmuş hərəki funksiyaların bərpası həm onurğa beyninin zədələnmə xarakterindən, həm də müalicənin tez başlanmasından və düzgün aparılmasından asılıdır. Xəstəliyin kəskin dövründə birinci 5-7 gün ərzində ciddi yataq rejimi təyin olunur. Spazmalar və kontrakturaları azaltmaq üçün xəstə bütün əzələ qrupları üçün rahat olan orta fizioloji vəziyyətdə uzandırılmalıdır. Onurğanın əyilməsinin qarşısını almaq üçün döşək hamar və bərk olmalıdır. Xəstəliyin ilkin dövründə əksər xəstələrin qolunda, qıçında və onurğasında ağrılar baş verir. Bu məqsədlə analgetinlər təyin edilir. Orqanizmin immunobioloji qüvvəsini artırmaq məqsədi ilə xəstəyə qamma-qlobulin köçürülür. Xəstəliyin müalicəsində vitaminoterapiya istifadə edilir, C vitamini anti infeksion vitamin hesab olunduğundan xəstəliyin ilkin dövrlərində infeksiyanin inkişafını zəiflədir və ifliclərin qarşısını alır. B12 vitamini xəstəliyin kəskin dövründən sonra hərəki funksiyaların bərpasina kömək edir.

Xəstəliyin fizioterapevtik müalicəsi.

Yüngül parezlərdə hərəkətin bərpasi artıq bir necə gün sonra başlayır, daha aktiv bərpası 1-3-6 ay ərzində gedir və sonra zəifləməyə başlayır. Xəstəlikdən 3 il sonra qalıq əlamətlər hələ də xəstədə nəzərə çarpır. Eyni zamanda fizioprosedurlar prosesi stabilləşdirə və gecikmiş dövrlərdə belə bərpani gucləndirə bilər. Fizioterapevtik müalicənin məqsədi mərkəzi sinir sisteminin zəifləmiş funksiyalarini bərpa etmək, sinir əzələ aparatinin kompensator sistemini aktivləşdirmək və orqanizmin immunoloji rezistentliyini yüksəltməkdən ibarətdir. Fizioproseduralari xəstənin temperaturu endikdən sonra və ifliclər stabilləşən kimi başlamaq olar.

Xəstəliyin kəskin dövründə xəstəni yormadan yüngül, isti proseduralar təyin olunur. Xəstəliyin 2-ci həftəsindən sonra UYT cərəyanla müalicə aparılır, ağrı sindromu olduqda, onun əvəzinə ozokerit tətbiq edilir. UYT terapiyadan və ozokeritlə müalicədən sonra patoloji proses olan nahiyyəyə diametriya təyin edilir.

Xəstəliyin birinci ayının axırından farmakoterapiyadan və əzələləri daha səylə məşq etdirməkdən ibarət müalicə başlanır. Pozulmuş funksiyaları stimulə etmək üçün dibazol və prozerin tətbiq edilir. Dibazolun bərpaedici xassəsi onurğa beyninin funksiyasını oyandırmaq vəsinapslardan sinir impulslarının nəql olunmasını gücləndirmək qabiliyyəti ilə əlaqədardır.

Prozerin eninə-zolaqlı əzələlərin hərəki neyronlarından impulsların nəql olunmasını gücləndirdiyinə görə poliomielitin müalicəsində geniş yer tutmuşdur. Onu 8-10 günlük müalicə kursu müddətindəı, hər dəfə 0,015-0,003 qr daxilə, eləcə də 0,05%-li məhlulundan 0.5-1 ml dəri altına təyin edirlər. Bu məqsədlə qlutamin turşusu da işlədilir.

Qalantamin bərpaedici təsirə malik preparatdır. Eninəzolaqlı əzələlərin tonusunu yüksəldir. Böyüklər üçün birdəfəlik dozası 0,0025-0,01 qr, uşaqlar üçün isə 0,0005-0,00075 qr-dır. Preparat 10-14 günün müddətində gündə 1-2 dəfə, hər dəfə 0,25-1 ml, 1%-li məhlul formasında dəri altına yeridilir. Xəstələr preparatı yaxşı mənimsəyirlər.

Xəstəliyin erkən və xeyli gec bərpa dövründə əzələlərin məşq etdirilməsi böyük əhəmiyyət kəsb edir və müəyyən plan üzrə müntəzəm surətdə aparılır.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur