Bazu oynağı hərəkətləri sırasında ən önəmli vəzifə rotator manjet dediyimiz bir struktura düşür. Çiyin ağrıları içərisində 60% hallarda ən çox rastlanan səbəb budur.
1-Rotator manjet tendiniti (iltihablaşması).
2-Kalsifik Tendinitis, bazu oynağını hərəkət etdirən vətərlərdəki gərginlik, kiçik yırtılma və qanamalar nəticəsində vətər toxumasında kalsium çöküntülərinin olması ilə xarakterizə olunan bir xəstəlikdir. Kalsifikasiyalamıştendinitin bir digər xüsusiyyəti də çox şiddətli çiyin ağrısına səbəb olmasıdır.
3-Subakromiyal sıxılma (IMPIGEMENT) sindromu.
Qolunuzu qaldırdığınız vaxtı çiyin çıxıntısının (çiyinin ən yüksək nöqtəsi) altdakı yumuşaq toxumalara təzyiq etməsi nəticəsində sıxılma meydana gəlir. Qol havada olarkən çiyin çıxıntısı bursanı və vətərləri sıxışdırır. Bu hal bursit və tendinitə də yol aça bilər. Subakromiyal sıxılma ağrılı və hərəkətləri məhdudlaşdıran bir narahatlıqdır.
4-Rotator manjet yırtığı.
Yaşla əlaqədar olaraq vətər strukturundakı patologiyalar, zədələnmələr, əzilmələr və ya uzun müddət işləməsindən asılı olaraq sıradan çıxmasına və qopmasına səbəb ola bilər. Vətərlərdə qismən bir yırtıq ola və ya vətər tamamilə iki yerə ayrılacaq formada qopa bilər.
Yuxarıda qeyd olunan hallarda çiyində güclü ağrılar olur.

Leave a reply