Sever xəstəliyi 8-15 yaşlı uşaqlarda müşahidə edilən topuq sümüyündə (kalkaneus) böyümə plaklarının qanla təhcizatının pozulması səbəbindən inkişaf edən ağrılı bir ayaq problemidir. Xəstəlik tullanma, ani qaçış və dayanma kimi fəaliyyətlər daxil olmaqla idman oynayan uşaqlarda daha çox olur. Xəstəlik ortopedik problemləri olan, məsələn, düz daban və ya yüksək daban kimi insanlar arasında yayılmışdır. Rentgen (x-ray) xəstəliyin diaqnozu üçün istifadə edilə bilər, lakin klinik müayinə adətən diaqnoz üçün kifayətdir.
Xəstəlik sürətli böyümə ilə əlaqələndirilir. Sümüklər sürətlə inkişaf edir,amma əzələlər və vətərlər sürətlə böyüyə bilmir, qısalaraq gərginhala gəlir. Bu gərginliklə Aşil vətərinin topuq sümüyünə (calcaneus sümüyünə) bağlandığı nöqtə iltihablanır və sümük çökməyə-aşınmağa başlayır.
Xəstəliyin başlıca simptomu ağrı və dabanın arxasındakı həssaslıqdır və fiziki fəaliyyət ağrıları artırır. Xüsusilə də daban arxasında basdırıldığında və ya daban yanlardan sıxıldıqda ağrı daha da güclü hiss edilir. Ağrılı sahədə şişlik ola bilər. Xəstəliyin digər bir simptomu, ayaqda azalmış hərəkət nəticəsində baldır əzələləri sərtləşməsidir.
Bundan əlavə;
-Xəstələr öz ayaqlarını qaldırmağa çalışarkən topuq hissəsində ağrı hiss edirlər
-Xəstə barmaq üstündə rahat gedərkən daban üstündə gəzməyə çalışarkən ağrı hiss edir.
Diaqnoz qoyulmuş xəstələrin əksəriyyətini xəstəliyin necə keçdiyi maraqlandırır. Bu problemin cavabı tətbiq ediləcək müalicə planına görə dəyişir. Sever xəstəliyinin müalicəsinin hədəfi əzələlərdə əsnəkliyin yaradılması, ağrı və iltihabı azaltmaqdır. Antiinflamatuar dərmanlar və ağrı kəsicilər ağrı və iltihabı azaltmaq üçün həkimlər tərəfindən təyin edilə bilər.
Əməliyyat və fiziki müalicə də sever xəstəliyinin müalicəsində əhəmiyyətli bir rol oynayır.
Sever xəstəliyinin təlimləri fizyoterapevtlər tərəfindən fiziki terapiya təlimlərində və ya bir fizyoterapevtin nəzarəti altında həyata keçirilir. Xəstələrə tətbiq olunan sever xəstəliyi məşqləri və fiziki müalicə tətbiqləri bunlardır:
-Baldır əzələsi gərmə məşqləri.
-Ayaq biləyi əzələlərinin qüvvətləndirmə məşqləri
-Ağrını azaltmaq üçün ağrılı bölgəyə masaj edin.
-Əzələləri rahatlaşdırmaq, əzələ gərginliyini azaltmaq üçün masaj.
Məşqlərin sonunda ağrıları azaltmaq üçün 12 dəqiqə buz tətbiq edilir.
Xəstəliyin keçmə müddəti fərdlərə, iltihab vəziyyətinə, ətrafdakı əzələlərin və vətərlərin xəstəlikdən nə qədər təsirləndiyinə və yaşa görə fərqlənir. Bir sözlə, xəstəliyin nə vaxt keçəcəyini dəqiq bir şəkildə söyləmək mümkün deyil!

Leave a reply