Sklera xarici qıcıqlandırıcılara qarşı iltihab ekssudasiyası və proliferasiya ilə zəif reaksiya verir. Proses ləng, xroniki gedişə malik olur. Ona görə də skleranın infeksion iltihabı- xüsusilə də dərin iltihabı – nisbətən nadir halda müşahidə olunur.
Sklera tipik kollagen toxuması kimi, allergik kollagen xəstəliklərindı iştirak etməyə meyllidir. Onun xəstəliklərinin simptomatologiyası monoton və zəifdir.
Uşaqlarda skleranın iltihabı çox ağır keçir. İltihab skleranın yalnız səthi qatlarınl əhatə edərsə – episklerit və ya dərin qatları əhatə edərsə – sklerit aglanır. Episkleriti xarici görkəminə görə dərin skleritlərdən ayırmaq həmişə asan olmur. Əsas fərqləndirici əlamət skleritdə prosesə damarlı traktın cəlb olunmasıdır. Patoloji dəyişiklik skleranın ön kəsiyində – limbdən gözün ekvatoruna qədər olan hissədə yerləşirsə – ön sklerit hesab olunur. Skleranın iltihabı ekvatorun arxasındadırsa, arxa sklerit adlanır və xarici baxış üçün əlverişsiz hesab olunur. Bu halda tor qişa və xorioideyanın zədələnməsini aşkar edən oftalmoskopik müayinədən də istifadə olunur.
Ön sklerit sklerada göyə çalan qırmızı rənli bir və ya bir neçə iltihab ocağı ilə müşayiət olunur. Ocaqlar limbdən aralıda yerləşir, yayılmış xaratker daşıyır, sağlam toxumadan qeyri-kəskin ayrılır. Ağır hallarda onlar bütünlüklə perikorneal sahəni əatə edə bilər ki, bu da halqaşəkilli sklerit adlanır. Proses xroniki keçir, bir neçə həftə, ay və il ərzində kəskinləşir. Bir qayda olaraq, buynuz qışanın zədələnməsi (sklerozlaşdırıcı keratit), uveit, şüşəvari cismin bulanıqlaşması, ikinci qlaukoma ilə fəsadlaşır. Tədricən damarların inyeksiyası azalır, ocaqlar yastılaşır, infiltrasiyası xoralanma baş vermədən sorulur, yerində tünd rəngli çapıq dəyişiklikləri və skleranın nazilmiş hissələri qalır. Xəstəlik hər 2 gözü zədələyir, əsasən cavan qadınlarda rast gəlinir, müalicəyə pis tabe olur.
Ön skleritin növ müxtəlifliyinə həlməşik və ya ətli sklerit aiddir ki, bu da buynuz qışanın ətrafında yerləşən toxumanın qalınlaşması və diffuz iltihab infiltrasiyası ilə xarakterizə olunur ki, bu da hiperemiya, özünəməxsus qırmızı-qəhvəyi rənglə və jelatinəbənzər görkəmlə müşayət olunur. İnfiltrat və şişkinlik hesabına qalxmış konyuktiva , kəskin xemozda olduğu kimi, buynuz qişanın sağlam toxumalarından kəskin ayrılan bozumtul rəngli haşiyə əmələ gəlir; infiltrasiyalı kənar həlməşik şəkilə malikdir. Arxada iltihabi proses kəskin sərhəd olmadan sağlam toxumaya keçir, heç vaxt ekvatorun arxasına keçmir. Sonra infiltrasiya buynuz qişanın mərkəzi hissəsinə yayılır. Proses ağır iridosiklitlə müşayət olunur. Xəstəlik, əsas etibarilə yaşlı qadınlarda daha tez tez qeyd olunur, hər iki göz zədələnir. Etiologiyası aydınlaşmamış qalır.
Arxa sklerit – Sklerotenonit, proses skleranın arxa kəsiyində, ekvatorun arxasında yerləşir, nadir hallarda rast gəlinir. Göz almasının hərəkəti zamanı spontan ağrı, hərəkətin məhdudluğu, göz qapaqlarının şişkinliyi və yüngül ptoz, yüngül ekzoftalm, xemoz kimi əlavə, ikinci dərəcəli simptomlara əsasən skleranın iltihabı barədə mühakimə yürütmək olar.Arxa skleritin kliniki dioqnostikası göz yuvasının çoxsaylı xəstəliklərinə oxşardır.
Skleritlərin fizioterapevtik müalicəsi
Skleritlərin müalicəsi – xəstəlik uzun müddətli, ressidivlərə meyilli və yaranma səbəblərinin araşdırılması çətinliyini nəzərə alaraq müalicə etioloji, patogenetik və ya simptomatik təyin edilir. Müasir dövrdə müalicə kompleksində fiziki müalicə metodları əsas rol oynayır. Fizioterapevtik metodlara üz tutmaqda məqsəd desenbilizəedici, iltihabəleyhinə, ağrıkəsici, infiltrasiya ocaqlarının sovrulması məqsədi daşıyır. Skleriti yaradan əsas xəstəliyin müalicəsi ilə yanaşı fizio metodlardaan istilik müalicə metodu, elektrofarez, diadinamoterapiya, ultrasəs və s. göstərişdir. Müalicəyə istilik prosedurlarından başlayıb, sonra elektrofarezə keçmək məsləhətdir. Ağrını və gözün qıcıqlanmasını aradaan qaldırmaq üçün diadinamoterapiya məsləhət görülür.
Gözə iltihabi ağırlaşma verən revmatik poliartritli uşaqlarda fizio metodlardan istifadə yalnız pediatrın konsultasiyasından sonra təyin edilir. Əgər palçıq, bolnoterapiya müalicəsi zamanı gözdə irinli proses kəskinləşərsə bu zaman müalicəni dayandırmaq, iltihabi prosesi aradan götürdükdən sonra kiçik dozalarda fizio prosedurlara geri qayıtmaq məsləhət görülür.
Reqressiv fazada gözün məlhəmlə masajina müraciət edilir.

Leave a reply