İnsan orqanizmində həyat tərzindən, işindən asılı olaraq müxtəlif dəyişikliklər baş verir. Belə dəyişikliklərə çox vaxt «peşə xəstəlikləri» deyilir. Yəni boyun, bel, çiyin ağrıları olur. Peşə xəstəlikləri sırasına müasir dövrün ən qlobal xəstəliklərindən olan onurğa əyriliyi də daxildir. Onurğa əyriliyi ta qədim zamanlardan mövcuddur. Bu xəstəliyi ilk dəfə yunan həkimləri müəyyənləşdiriblər. İlk araşdırmalar mumiyalar üzərində aparılıb: 5 mumiyadan 3-ündə onurğa əyriliyinə rast gəlinib. Qədim dövrlərdə bu xəstəliyə qarşı müalicə üsulları olmadığından, insanlarda qozbelləşmə hallarına çox rast gəlinirdi. XIX əsrdə onurğa əyriliyinin ən çox yayıldığı ölkə Rusiya olub. Həmin dövrdə demək olar ki, bütün rus məktəbliləri bu xəstəlikdən əziyyət çəkirmişlər. Onurğa əyriliyi nədir?Günümüz kompüter və televizor qarşısında oturmaqla keçir. Çox vaxt necə oturduğumuza fikir vermirik. Elə buna görə də insanlar arasında onurğa əyriliyi artmaqdadır. Vücudumuzda iki daşıyıcı sistem mövcuddur. Biri skelet, digəri isə ona yardımçı olan əzələ sistemidir. Əgər əzələ sistemi çox zəifdirsə, onda bütün güc skeletin üzərinə düşür. Onurğa əyriliyi bu zaman meydana çıxır. Bu, təkcə bədənin deformasiyasına deyil, həmçinin digər görkəm pozulmalarına da gətirib çıxarır. Təkcə bel deyil qol, ayaq, çiyin və boyunda da sümüklər əyilir, sızlamalar başlayır. Onurğa əyriliyinin səbəbləri aşağıdakılardır:· Doğuş zamanı zədə· Hamiləlik vaxtı ananın düzgün qidalanmaması· Ağır yük qaldırmaq· Düzgün oturmamaq· RevmatizmaOnurğa əyilməsinin üç növü var:· Skolioz· Kifoz· LordozOnurğa əyriliyinin ən geniş yayılan növü skoliozdur. Skolioz onurğa sütünunun yana əyilməsi deməkdir. Onurğa S hərfinə bənzəyir. Bu onurğa xaricindəki problemlərdən irəli gəlir. Skolioz ağır və yüngül olur. Əgər bir çox sümüklərdə əyilmələrə rast gəlinirsə, buna «ağır skolioz» deyilir. Sadə skoliozda isə onurğa sütunu əyilməyə başlayır. Skolioza daha çox məktəblilər arasında rast gəlinir. Hazırda hər üç məktəblidən birində skolioz aşkarlanır. Məktəblidə bel ağrısının olması normal hal deyil. Əgər məktəb yaşlarında skolioz aradan qaldırılmazsa bu, gələcəkdə uşağın çiyinlərinində əyriliyinə səbəb ola bilər. Bel əyriliyi isə get-gedə ayaq sümüklərinin də əyilməsinə gətirib çıxarır.
Skolioz üç mərhələdə inkişaf edir: ilkin mərhələdə sümük 5-10, ikincidə 30, üçüncüdə isə 60 dərəcə əyilir. Üçüncü mərhələ ən ağırınındır. Bu mərhələnin müalicəsi mümkünsüzdür.Skoliozun yaranmasına səbəb sinir sisteminin zədələnməsi, əzələlərdəki balansın, onurğadakı sümük inkişafının, endokrin vəziyyətin pozulması və D vitamini çatışmazlığı səbəb olur. Skoliozun idieopatik növü də var. Yəni xəstəliyin yaranma səbəbi məlum olmur. Bəzən körpə uşaqda da revmotizm xəstəliyi olur. Onun qarşısı vaxtında alınmadıqda skolioza çevrilir.KifozKifoz zamanı döş qəfəsi önə doğru əyilməyə başlayır. Onurğalar arasındakı əyrilik anadangəlmə əyrilikdən daha az və elastik olur. Döş qəfəsində əhəmiyyətli dəyişikliklər olur. Kifoza daha çox yaşlılarda rast gəlinir. Döş qəfəsi önə doğru əyildikdə qozbellik yaranır. Lordoz Lordoz zamanı insanlar elə bilirlər ki, qarınları çıxır, buna əhəmiyyət vermirlər. Bu zaman insanın yerişi də dəyişir. Nəfəsalma çətinləşir. Onurğa əyriilyinin fəsadlarıBu xəstəliyin bütün növləri orqanizm üçün təhlükəlidir. Onurğa əyriliyi insanda bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır. Bu, həm də əsəb sisteminə pis təsir edir. Onurğa əyriliyi raxitliyə və ifliçə gətirib çıxarır. İnsanda daim təzyiq və ürək nahiyəsində ağrılar olur. Uzun müddət müalicəsiz qalanda ayaqlarda tutulmalar baş verir. MüalicəsiOnurğanın özündə fizioloji baxımdan onsuzda əyrilik var. Sağlam olmayan həyat tərzi insanın onurğasının tamamilə əyilməsinə və sıradan çıxmasına səbəb olur. Daha çox yeniyetmələrdə rast gəlinən onurğa əyriliyini masaj, fizioterapiya ilə müalicə etmək mümkündür. Əgər onurğa D vitamini çatızmazlığı nəticəsində əyilirsə, bu zaman balıq yağı içmək məsləhətdir. Ən yaxşısı isə idman etməkdir.Daha ətraflı məlumat üçün www.reabilitasiya.az

Leave a reply