Spastik iflic doğum əsnasında uşağın beyninin bir müddət oksigensiz qalmasına bağlı olaraq meydana gələn bir narahatlıqdır. Beyindəki təsirlənən mərkəzlərin böyüklüyünə və yerinə görə uşaqda müxtəlif əlamətlər ortaya çıxa bilər. Ən sıx görülən şəkli, qollarda, ayaqlarda həddindən artıq qıcolmalarla birlikdə olan “spastik” tipidir. Bundan başqa istəksiz hərəkətlərlə birlikdə olan atenoid və ya ataksik tiplərdə ola bildiyi kimi, qıcolmaların çox az olduğu hipotonik tipdə və ya bunlardan ikisinin bir araya gəldiyi qarışıq tiplərdə də ola bilər.30 %-ə qədərində zehni gerilik ola bilər.
İlk əlamətlər ümumiyyətlə uşağın inkişafı əsnasında oturma və ayaqda durmasının gecikməsiylə anlaşılır.Bu mövzuda ana- ataların çox diqqətli olmaları lazımdır. Uşağın inkişaf təqvimini bilmək və bunu təqib etmək lazımdır. Sağlam bir uşağın inkişafındakı başlıca mərhələləri bu şəkildə yekunlaşdıra bilərik:
-1 aylıqkən havada gəzinti icra edilir.
-2 ayda başını 5 saniyə qədər dik tutar, anası danışınca baxır
-3 ayda əl və ayaqları ilə oynayır, gülümsər, qısa göz təmasları qurur,
-6.-9. ayda dəstəklə otura bilər, üz üstü dönə bilər,
-9.-12. ayda üz üstündən oturmaq vəziyyətə keçə bilir,
-12.- 15 ayda yeriyə bilir.
Bu hadisələrdə gecikmə varsa, qollarda- ayaqlarda anormal qıcolmalar olursa, gözlərdə diqqətə çarpan çəplik, baxışlarda donuqluq varsa dərhal bir mütəxəssis həkimə getmək lazımdır. Diaqnoz qoyulduqdan sonra ən qısa zamanda reabilitasiya məşqlərini başlanması lazımdır. Müalicədə ən əhəmiyyətli xüsusiyyəti hər gün kafi gərmə hərəkətlərinin edilməsi və düzgün duruşun, düzgün oturuşun təmin edilməsidir. Oturma potensialı, getmə qabiliyyəti haqqında yaxşı bir göstəricidir. 2 yaşından əvvəl müstəqil olaraq oturabilən uşaq sonunda cihazlı ya da cihazsız müstəqil yeriməyi bacara bilir.
4 yaşına qədər müstəqil otura bilməyənlar isə nadir olaraq yeriyə bilir.
Hemiplegiya, yəni bir qol və bir ayaqda iflic olanların əksəriyyəti 3-4 yaşına qədər yerimə vəziyyətinə gələ bilir.

Leave a reply