Bel və boyun ağrılarını həyatınızın bir hissəsi kimi qəbul etməyin. Spinal Dekompression Müalicə- cərrahiyyəsiz, dərmansız fəqərəarası disk yırtıqlarının müalicə metodudur. Spine MED-lə müalicə 30 dəqiqə ərzində tam ağrısız, təhlükəsiz və xəstə üçün rahat, istirahət vəziyyətində aparılır. Müalicə kursu xəstəliyin gedişindən asılı olaraq 15-25 seans təşkil edir. Aşağıdakı xəstəliklər zamanı Spine Med-lə müalicəyə müraciət edilir:
Fəqərələrarası disk qabarması və yırtığı
Disk degenerasiyası
Artrit, sinir sıxılması, stenoz
oturaq sinirinin iltihabi
Spondilioz
Radikulopatiya
Osteoxondroz
Konservativ, fizioterapevtik, manual terapevtik, cərrahi müalicəyə cavab verməyən xroniki bel və boyun ağrıları


FƏQƏRƏ ARASI DİSK YIRTIĞI
Bel yırtığı , beldəki fəqərələr arasında yerləşən və bir növ amortizator funksiyasını yerinə yetirən diskin degenerativ dəyişikliyi nəticəsində meydana gəlir. Fəqərəarası diskin elastik quruluşa malik olması onurğanın dayanıqlılığına, hərəkətliliyinə və yüklənmələrə qarşı davamlı olmasına, onurğaya təsir edən zərbə şəklindəki qüvvələrin dəf edilməsinə və qüvvənin ətraf toxumalara bərabər bir şəkildə ötürülməsinə xidmət edir.
Disklərin iç qismində pulpoz nüvə adlandırılan jeleyə bənzər yumuşaq bir sahə, bunun ətrafında daha sərt bir fibroz həlqə, fəqərələrə baxan səthlərdə isə hər iki tərəfdə hailin lövhələr adlandırılan qığırdaq toxuması vardır. Xaricdəki təbəqənin anatomik tamlığının pozulması nəticəsində içəridəki yumuşaq toxumanın xaricə doğru axmasına yırtıq deyilir. Bel yırıtıqları 4 mərhələdə formalaşır: bulging (qabarma), protruziya, ekstruziya və sekvestr
Yırtıqlaşan, yəni xaricə doğru axan disk, daşma dərəcəsinə görə onurğa beyninin müvafiq sinirlərini sıxışdırır. Beləcə bel ağrısı ilə birlikdə sinir boyunca ayaqda ağrı, hissiyatın pozulması, ayaq zəifliyi kimi əlamətlər müşahidə olunur. Bundan başqa yırtıqlaşmış diskdən ifraz olunan bəzi kimyəvi maddələr də sinir köklərinə təsir edərək ağrıya səbəb olurlar. Orqanizm yaşlandıqca fəqərələr arasındaki disklər elastikliyini və zərbəni dəf edici özəlliklərini itirir və degenerativ disk xəstəliyi şəklində yaşlanmanın təbii bir nəticəsi olaraq meydana çıxır.
Bel Yırtığının Ələmətləri Nələrdir?
Tək və ya hər iki aşağı ətrafa yayılan ağrılar, ayaqlarda uyuşmalar , hərəkət məhdudluğu , yeriyən və oturan zaman ağrıların olması bel yırtığının ələmətləridir. Bel yırtığının pəncədə iflic, tez yorulma, sidik saxlaya bilməmək, yeriyə bilməmək kimi ağırlaşmaları meydana çıxa bilər.
Nə Zaman Həkimə Müraciət Edilməlidir
– Getdikcə artan şiddətli bel ağrıları ,
– Tez- tez təkrar edən , istirahatlə keçməyən bel ağrısı,
– Bel ağrısı ilə birlikdə ayaqda ağrı, uyuşma və s.,
– Altı (6) həftə müddətində keçməyən bel və ayaq ağrısı,
– Ayaqda zəiflik,
– Sidik ifrazının pozulması
– Aralıq nahiyyəsində hissiyyatın pozulması
– Qısa məsafə yeriyərkən ayaqda uyuşuqluq, yorgunluq hissi.
Bu simptomlar görüldüyündə sinir toxumasının ciddi dərəcədə sıxılmaya məruz qala biləcəyi nəzərə alınaraq, qısa müddət ərzində müayinə və müalicə üçün həkimə müraciət etməyiniz məsləhət görülür. Əks təqdirdə bu kimi hallarda bərpası çətin olan və ya mümkün olmayan fəsadlar əmələ gələ bilər.
Bel Yırtığı Diaqnozu Necə Qoyulur ?
Müasir diaqnostik metodlardan olan Maqnit Rezonans Tomoqrafiya (MRT) üsulu bel fəqərə arası disk yırtıqlarının təyin edilməsində mühüm əhəmiyyətə malikdir.
Bəzi hallarda bel nahiyyəsinin rentgen müayinəsində bel yırtığının olmasını,ölçülərini qeyd edirlər. Bu doğru deyil,çünki rentgenoqrafiya heç bir zaman disk yırtığının varlığı haqqında məlumat verə bilməz.
EMG (Sinir keçiriciliyinin təyin testi) də bəzi hallarda istifadə edilir. Ancaq bel yırtığının diaqnozunun və müalicə taktikasının seçilməsində qızıl standart; həkimin kliniki müayinəsi və təcrübəsidir.
Kimlərdə Bel Yırtığı Yaranma Riski Var ?
* Çəkisi çox olan insanlar
* Siqaret və spirtli içki istifadəçiləri
Peşə ilə əlaqədar olan faktorlar:
* Ağır fiziki işlə məşğul olanlar
* Davamlı önə əyilərək işləyənlər.
* Vücudu daima vibrasiyaya məruz qalan insanlar.
(Avtomobil , avtobus, yük maşınları istifadəsi)
* Uzun müddət ayaq üstə durma tələb edən peşələr
* Uzun müddət oturma tələb edən peşələr.
* Ağır idman növləri ilə məşğul olan insanlar.
Bütün bu sadaladığımız işlərdə işləmək məcburiyyətində olan insanlarda bel ağrısı və bel fəqərə arası disk yırtığının rast gəlmə tezliyi yüksəkdir.

FƏQƏRƏ ARASI DİSK YIRTIĞINA HANSI HİSSƏLƏRDƏ RAST GƏLİNİR?

Əksər hallarda yırtıq onurğa sütununun bel hissəsində rast gəlinir. Bu, onurğanın bel hissəsinin yükə ən çox məruz qaldığı zona olması ilə əlaqədardır. Yırtığı provokasiya edən amilin xarakterindən asılı olaraq yırtıq onurğa sütununun boyun və döş nahiyəsində olur.
FƏQƏRƏ ARASI YIRTIQLARIN ƏMƏLƏ GƏLMƏSİNƏ SƏBƏB OLAN ƏSAS AMİLLƏR
Onurğa sütununda olan zədələr (nəqliyyat qəzaları, yıxılma və s.);- Həddindən artıq yük qaldırma, xüsusən əgər yük götürərkən insan sağa-sola dönürsə;- Qamətin düz olmaması, skolioz;- Əzələ sisteminin zəif olması;- Fəqərəarası disklərdə su-duz mübadiləsinin pozulması;- İrsi amil;- Qocalıq – fəqərəarası diskdə qocalma prosesi ilə bağlı diskin elastikliyinin itirilməsi;- Artıq çəki yuxarıda göstərilən amillərin təsirini sürətləndirir.
FƏQƏRƏ ARASI DİSK YIRTIĞI ÖZÜNÜ HANSI ƏLAMƏTLƏRLƏ BiRUZƏ VERİR?
Dönmə və qəfil hərəkət zamanı onurğa sütununda şiddətli ağrının yaranması;-Ayaq və əl barmaqlarında zəiflik, keyimə hissiyatı;-Beldə daimi küt ağrı, onurğa sütununun hərəkətinin məhdudlaşması;-Daimi baş ağrıları, baş gicəllənməsi, qan təzyiqinin tez-tez dəyişməsi;-Ayaqlarda, arxa və ya yan hissədə,yuxarıdan başlamış dabana doğru irradiasiya edən ağrı;-Vegetativ sinir mənşəli narahatçılıq -Qısa yaddaşın pozğunluğu, qulaqlarda cingilti, insanın mütəmadi olaraq əsəbi və agressiv olması, yuxu pozğunluqları,istəksizlik və halsızlığın müşahidə olunması.Bel-oma yırtıqları cinsi zəifliyə, diqqət çatışmazlığı sindromuna gətirir.Onurğa yırtığı zamanı xəstəliyin kliniki əlamətləri yırtığın onurğa sütununun hansı hissəsində yerləşməsindən də asılıdır.Ağır hallarda yırtıq onurğa beyninidə zədələyə bilər. Bu çox ciddi bir vəziyyət və sağlamlıq üçün həyəcan təbilidir. Çünki,zədələnmiş onurğa beyni səviyyəsində ətraflarda (qol və qıçlarda) iflic, sidiyi və nəcisi saxlaya bilməmə vəziyyəti yaranabilər.

Boyun Yırtığının Əlamətləri

Boyun yırtığı iki fəqərə arasındakı qığırdağın degenerasiya sonrası sürüşərək onurğa beyninə və ya qola doğru gedən sinirləri sıxışdırması halıdır. Sıxışdırmanin kompressiya derecesi və müddəti artdıqca cıddı problemlər müşahidə olunmağa başlayır.Belə ki, aşağıdaki simptomlar özünü biruzə verir:
Ənsədə ağrı, əzələlərdə spazm, boyun hərkətlərində məhdutluq
Ənsəden başa doğru yayıla bilən ağrı
Baş hərlənməsi, qulaqda səs -küy, göz qarşısında qara nöqtələrin uçuşması, bulantı, diqqət pozuntusu
Boyun və qol ağrısı
Kürək arasi və döş qəfəsinin önünə yayılan ağrı
Qol və/vəya əl əzələlərində güc və qüvvət itkisi (əl əzələlərində arıqlama,əlindən tez tez bir şeylər düşürmə, hərəki qavrama azalması)
Qollar və/vəya əllərdə uyuşma,keylik hissi (iynə batma,yandirma ,göynətmə, qarışqa gəzmə və.s tipli hissi pozuntular)
Ağrı adətən gecə yuxuda artmağa meyilli olur
Sidik ifrazı funksiyalarının saxlamamazlıq və ya ləngimə tipli pozulması Ayaqlarda hissiyyatın pozulması Ayaqlarda qüvvətsizlik Ayaqlarda sərtlik və müvazinətsizlik
Yürümə çətinliyi
Kürək sümüyü alt nahiyyəsinə, öndə döş qəfəsinə vuran ağrılar ola biləcəyindən, insanlar ürək xəstəsi olduqlarını zənn edəbilirlər. Buna servikal anjina adı verilir və bu ağrı dil altı “nitroqliserin” qrupu ürək -qan damar tipli dərmanla əsla keçməz, infark və ya stenokardiya ilə bu şəkildə differensasiya edilirlər.

FƏQƏRƏARASI DİSK YIRTIĞINININ DİAQNOSTİKASI (MÖVCUD ÜSULLAR)

Həkiminiz müayinədən sonra fəqərəarasıoynaqları göstərən rentgen müayinələritələb edə bilər. Onurğanın quruluşunundaha detallı olaraq qiymətləndirilməsiüçün maqnetik rezonans (MRT) müayinəsihəyata keçirilər, bənzər şəkildə detalları görmək üçün kompüterli tomoqrafi ya (KT)müayinəsi və ya bir lomber mieloqramma məsləhət görülə bilər.Bu müayinələrin hər biri problemin varlığı,yeri, onurğa kanalı daralması və sinir kökünün sıxışması haqqında məlumat verir.
PROBLEMİN ARADAN QALDIRILMASI ÜÇÜN MÜALİCƏ ÜSULLARI
Fəqərəarası disk yırtığı və ya protruziyası diaqnozu qoyulduqdan sonra dərhal müalicəyə başlamaq lazımdır. Müalicənin məqsədi: ağrının aradan qaldırılması,hərəkətin təmin edilməsi, itirilmiş funksiyaların bərpası, xroniki ağrı yaranmasının qarşısının alınmasıdır. Konservativ üsul özündə gündəlik yaşam fəaliyyətini düzəltmək, istirahət itəşkil etməklə yanaşı medikal müalicəni birləşdirir. Fizioterapiya iki hissəyə bölünür:
Elektroterapiya və Reabilitasiya
ELEKTROTERAPİYA- müxtəlif tibbi avadanlıqlarla gerçəkləşən müalicə üsuludur. Ağrıkəsici cərəyanlar, qısa dalğadiatermi, ultrasəs, lazer, traksion (mexaniki)müalicə üsullarından ibarətdir. Həkimin məsləhəti ilə elektroterapiya üsulu gündə 45 dəq.-1 saat arasında 15-21 seans tətbiq olunur.
REABİLİTASİYA- itirilmiş funksiyaların bərpası və təkrar sosial həyata qayıtmaqdır.Xəstənin vəziyyətinə görə ən qısa zamanda xüsusi hərəkətlərdən ibarət proqrama başlamaq lazımdır.Müalicənin faydası ağrının azalması,əzələdə qüvvənin artması, belin üzərinə düşən mexaniki stresin azalması, bədəninfi ziki vəziyyətinin yaxşılaşması, qamətin düzəldilməsi ilə nəticələnir.
Hidroterapiya (hovuz müalicəsi).Hovuz terapiyası müalicəvi idman hərəkətlərinin su içində tətbiq olunmasıdır.Suyun fiziki xüsusiyyətləri xəstənin sağalmasında bilavasitə rol oynayır.Hidroterapiyanın müsbət cəhəti ondan ibarətdir ki, suda bədən ağırlığının təsirinin itməsi sayəsində fəqərələrə və fəqərə arası disklərə düşən yük azalır, onurğa sütunu yüngülləşir, əzələlər qrupu məşq edilərək bərkiyir.
Biopunktura- təbii dərman maddələrinin orqanizmə parenteral yolla (iynə ilə)yeridilməsidir. Bu üsul akapunktur,nevralgiya və homotoksikologiya əsasında yaradılıb. 4-5 mm ölçüyə qədər boyun və döş fəqərəsi yırtıqları, 7-8 mm ölçüyəqədər olan bel yırtıqlarında 3 aylıq kursdan sonra yarıya qədər və daha çox azalmağa nail olunur.Bu da xəstənin günlük yaşam aktivetisini geri qaytarır və itirlmiş funksiyalar bərpa olunur.
Manual terapiya
Yuxarıda sadalanan üsullar fəqərəarası yırtıqların müalicə göstərişləridir. Nəticə vermədiyi halda cərrahi müdaxiləyə ehtiyac var.

Fəqərəarası disk yırtıqlarının müalicəsi

Fəqərəarası disk yırtığı və ya protruziyası diaqnozu qoyulduqdan sonra dərhal müalicəyə başlamaq lazımdır. Müalicənin məqsədi: ağrının aradan qaldırılması,hərəkətin təmin edilməsi, itirilmiş funksiyaların bərpası, xroniki ağrı yaranmasının qarşısının alınmasıdır. Konservativ üsul özündə gündəlik yaşam fəaliyyətini düzəltmək, istirahəti təşkil etməklə yanaşı medikal müalicəni birləşdirir. Fizioterapiya iki hissəyə bölünür:
Elektroterapiya və Reabilitasiya
Elektrofarez- müxtəlif tibbi avadanlıqlarla gerçəkləşən müalicə üsuludur. Ağrıkəsici cərəyanlar, qısa dalğadiatermi, ultrasəs, lazer, traksion (mexaniki)müalicə üsullarından ibarətdir. Həkimin məsləhəti ilə elektroterapiya üsulu gündə 45 dəq.-1 saat arasında 15-21 seans tətbiq olunur.
Reabilitasiya- itirilmiş funksiyaların bərpası və təkrar sosial həyata qayıtmaqdır.Xəstənin vəziyyətinə görə ən qısa zamanda xüsusi hərəkətlərdən ibarət proqrama başlamaq lazımdır.Müalicənin faydası ağrının azalması,əzələdə qüvvənin artması, belin üzərinə düşən mexaniki stresin azalması, bədəninfi ziki vəziyyətinin yaxşılaşması, qamətin düzəldilməsi ilə nəticələnir.
Hidroterapiya (hovuz müalicəsi).Hovuz terapiyası müalicəvi idman hərəkətlərinin su içində tətbiq olunmasıdır.Suyun fiziki xüsusiyyətləri xəstənin sağalmasında bilavasitə rol oynayır.Hidroterapiyanın müsbət cəhəti ondan ibarətdir ki, suda bədən ağırlığının təsirinin itməsi sayəsində fəqərələrə və fəqərə arası disklərə düşən yük azalır, onurğa sütunu yüngülləşir, əzələlər qrupu məşq edilərək bərkiyir.
Biopunktura- təbii dərman maddələrinin orqanizmə parenteral yolla (iynə ilə)yeridilməsidir. Bu üsul akapunktur,nevralgiya və homotoksikologiya əsasında yaradılıb. 4-5 mm ölçüyə qədər boyun və döş fəqərəsi yırtıqları, 7-8 mm ölçüyəqədər olan bel yırtıqlarında 3 aylıq kursdan sonra yarıya qədər və daha çox azalmağa nail olunur.Bu da xəstənin günlük yaşam aktivetisini geri qaytarır və itirlmiş funksiyalar bərpa olunur.
Tibbi masaj (elektroterapiyadan sonra məsləhətdir )