Onurğa sütunumuz fəqərələrdən təşkil olunmuşdur. Bu fəqərələrin ön və arxa səthləri bir xətt üzrə bir birinin tam üstündə düzülmüşdür. Bir fəqərənin hər hansı bir səbəblə altındakı fəqərə üzərindın önə doğru sürüşməsi anterolistez, arcaya doğru sürüşməsi isə retrolistez adlanir. Ən çox onurğanın lumbosakral bölgəsində rast gəlinir.

Yaranma səbəbləri:

1.       Travma nəticəsində fəqərələri bir –birinə bağlayan oynaqlarda qırıq yaranması.

2.       Yaşla əlaqədar olaraq fəqərələrdə pozulma nəticəsində sürüşmənin yaranması. Qadınlarda kişilərdən daha çox rast gəlinir.

3.       Anadangəlmə olaraq sacrum ilə ən alt bel fəqərəsi arası əlaqənin zəif olması.

4.       Spondilolistezis, yəni istmik spondilolistez –embrion inkişafı dövründə fəqərə cismi ilə arxa hissəsi arasında əlaqəni təmin edən istmus deyilən bölgə tam inkişaf etmədiyi üçün bağlantı yeri aralı qalmışdır.

5.       Şiş kimi xəstəliklərdə əlaqə zəifləməsi nəticəsində patoloji sürüşmə.

 Təsnifatı:

Tip 1– Displastik – Ən çox L5-S1 səviyyəsində rast gəlinir. Anadangəlmə L5 və S1 fəqərəsinin oynaq çıxıntılarının anomaliyaları nəticəsində yaranır. Arxa elementlər intact qalır. Bu səbəbdən kobud nevroloji defisitlərlə müşahidə olunur.

Tip 2 –İstmik- Anadangəlmə istmusda defektin olması. Ən çox rast gəlinən tip olub, bel-oma bitişməsində yaranır. Bu tipin 3 növü vardır:

*Litik- oynaqlararası qövsün stress sınığı nəticəsində yaranır. Ən çox ağırlıq qaldıran idmançılarda baş verir.

*Oynaqlararası qövsün uzanması – hər travmadan sonra sümük defektinin arasında sümük toxumasının dolması nəticəsində yaranır.

*Oynaqlararası qövsün sınması – qövsün kəskin sınması nəticəsində yaranır.

Tip 3 – Degenerativ – fəqərənin sürüşməsinə səbəb uzun müddətli fəqərəarasındakı qeyri stabillikdir. Ən çox qadınlarda  və L4-L5 fıqırıarası məsafədə rast gəlinir.

Tip 4 – Travmatik – Oynaqlararası qövsün travmatik sınması

Tip 5 – Şiş və ya sümük toxumasının metabolic dəyişikliyi nəticəsində yaranır.

Tip 6 – Yatrogen – Cərrahi əməliyyatda dekomopressiya zamanı artıq rezeksiya

 Dərəcəsi

Bir fəqərə digərinin üzərində sürüşməsi-

25%-dən aşağıdırsa I dərəcəli,

25-50%    II dərəcəli

50-75%   III dərəcəli

75% yüxarıdırsa IV dərəcəli sürüşmə adlanır.

 

Əlamətləri və klinikası:

Sürüşmə olan yerdə psevdoyırtıq meydana gəlir. Sürüşmə dərəcəsindən, tipindən və səviyyəsindən asılı olaraq ya yalnız dar kanal, ya da yalnız onurğa iliyindən çıxan sinir kökü sıxı.ması, ya da bunlardan ikisi bir yerdə müşahidə olunur. Yalnız sinir kökü sıxışma əlamətləri olursa bel yırtığı ilə qarışdırılır. Sürüşmənin yaratdığı MRT-dəki yalançı yırtıq görünüşünə səhvən bel yırtığı dioqnozu qoyula bilər. Əlamətlər dar kanal kimi olanda da əvvəlcə bel yırtığı fikirləşilə bilər.Çünki dar kanalın özü praktikada bel yırtığı ilə qarışdırılır. Spondilolistezislərdə başlıca əlamət bel ağrısıdır. Parestiziyalar və parezlər həmçinin əzələ gərginliyi və radikulit ağrıları da ortaya çıxa bilıər. Sürüşmə miqdarının çox olduğu vəziyyətlərdə beldə arxada çuxurluq görülə bilər. Xəstə gəzərkən bel ağrısı, ayaqlarda uyuşma, keylik, ağrı əmələ gəlir. Buna görə xəstələr əvvəl zamanlar oturmağa meyl göstərir. Bundan sonra xəstə yenə də yoluna davam edir. Bir müddət yeridikdən sonra eyni proseslər təkrarlanır. Burada yeriş məsadəsi çox önəmlidir. Xəstələr əvvəllər gəzmə məsafəsinin 500 metr, sonralara isə xəstəlik irəlilədikcə yeriş məsafəsinin 100 metr və s. qədərazalması qeyd edir. Buna başqa adla “Vitrin Xəstəliyi” də deyilir. Belə deyilməsinə səbəb , yolda gəzən qadınlar ağrıları, uyuşmaları, keylikləri artdığına görə anlamsız yerə durmaq əvəzinə vitrinə baxırlarmış kimi mağaza önündə dayanaraq əllərini bellərinə qoyaraq kürəklərinin geriyə doğru ataraq qismən də olsun rahatlaşmağa çalışırlarmış. Ağrı azaldıqdan sonra yenə yollarına davam edirlər.

Dioqnostikası

Rentgenoloji müayinədə lumbar lordoz azalması, zədələnmə olan səviyyədə stabilliyin pozulması aşkarlana bilir. Sürüşməyə bağlı olaraq spinal kanalda darlıqlar təsbit edilir. Aradakı diskin vəziyyətini təsbit etmək, spinal kanalın darlıq dərəcəsini anlamaq və sinir köklərinin hansı nisbətdə sıxıldığını görmək üçün MRT tədqiqi edilməlidir.

Müalicəsi

Konservativ.

I və II dərəcəli spondilolistezislər zamanı cərrahi müdaxiləyə ehtiyac olmur, fizioterapevtik və reabilitasion müalicə ilə xəstəni ayağa ayağa qaldırmağa müvəffəq olmaq olar. Başlanğıcda xəstələrə  istirahət vermək, idman və ya oxşar aktivitilərdən uzaq olmaq məsləhət görülür. Ağrıkəsici preparatlari müəyyən fasilələrlə davamlı olaraq vermək lazımdır. Xəstədən xəstəyə təsirlərdə dəyişikliklər göstərir.İltihabəleyhinə dərman preparatları həzm sistemi problemləri olan xəstələrə – mədə xorası, qastrit və ya reflüks xəstəliyindən əziyyən çəkənlərə yazılmamalıdır.

Aktiv həyat tərzindən uzaq olmaq inflamasionun azalmasına və əzələ spazmının sakitləşdirilməsinə yardımçı olacaq. Xəstələrə sakitlik verdiyimiz dövrdə ağrı şikayətləri hələ də qalırsa 2-3 aylıq sərt bel korsetlərindən istifadə edilməlidir. Bəzi xəstələr davamlı ağrı səbəbindən epidural olaraq steroid inyeksiyası edilməsi məsləhət görülə bilər. Steroidlər anti enflamatuarlardır, ağrı və şişkinliyi azaldır. Epidural steroidlər inyeksiya şəkilində lumbar sinir köklərinin çevrəsindəki boşluğa vurulur. Bu boşluğa epidural aralıq deyilir. Bəzən epidural inyeksiya preparatlarını sakitləşdirici preparatlarla kombinə edərək vurmaq daha məqsədə uyğun hesab edilir.

 Fizioterapevtik və reabilitasion müalicə.

Ağrı sindromunun bir qədər səngidiyi zamanda artıq fizioterapevtik müalicəyə başlamaq olar.  Spondilolistezisin müalicəsində Spine MED aparati ilə müalicə yüksək effekt verir. Müalicə – dərmansız, tam ağrısız, təhlükəsiz və xəstə üçün rahat, istirahət pozisiyasında aparılır.

Xəstənin vəziyyətini dəyərləndirdikdən sonra fizioterapevt – reabilitoloq həkimşikayətlərinizin azaldılmasına yardımçı olaraq xüsusi reabilitasiya proqramına başlayır. Veriləcək olunan proqramda bel və hamstring əzələlərinin , kürək və qarın əzələlərinin gücləndirməyə yönəldilməlidir.

Cərrahi Müdaxilə.

Daha ağır formalarda əməliyyat tətbiq edilməlidir.  Əməliyyata göstərişlər:

-Yeriş məsafəsi 500 m-dən az olan xəstələr, ağrı gücünün nə qədər olub olmamasından asılı olmayaraq əməliyyat olunmalıdır.

-Ayaqlar qismən ya da tam iflic olunan xəstələr əməliyyata göstərişdir.

-Ağrı səbəbiylə həyat keyfiyyəti düşmüş olanlar- yeriş məsafəsi 500 metrdən yuxarı olsa belə əməliyyat olunmalıdır.

 

III və IV dərəcəli spondilolistezislər cərrahi əməliyyat olunur. Əməliyyatdan 4 ay sonra 6-8 həftəlik reabilitasion terapiyaya başlamaq lazımdır.Xəstənin əməliyyatdan sonra tam sağalması 6-12 ay çəkir.

 

 

Leave a reply