Tekar terapiya – reabilitasiya və fizioterapiya sahəsində innovasion metod olub, orqanizmin hüceyrə regenerasiyasini həyata keçirmək üçün istifadə edilir.

Tekar terapiyası yüksək tezlikli elektrik cərəyanının orqanizmə müalicəvi təsirinə əsaslanır ki, bu da orqanizmə elektromaqnit dalğaları şəklində daxil olub, terapevtik təsir göstərir. Bu metod dərin termoterapiya üsuludur. Bu termoterapevtik təsir mexanizmi hüceyrələrin intensiv stimullaşması, qan damarlarının genişlənməsi və daxili temperaturun artmasına səbəb olur ki, bu da təbii bərpa proseslərinin sürətlənməsinə təkan verir. Termal enerji toxumaların daha dərin qatlarına sirayət edərək həmin təbəqələrə kimi stimullaşdırır, qan damarlarını genişləndirir, iltihabı və ödemi azaldır.

Bu metodun fizioterapiyada digər metodlardan üstünlüyü:

  1. Yüksək selektiv və məqsədyönlü təsir
  2. Artıq ilk seansdan ağrı hissinin azalması
  3. Nəzərə çarpacaq dərəcədə tibbi bərpa dövrünü qısaldır
  4. Osteosintezdə istifadə olunan materiallarla uyğun gəlir

Tekar terapiyaya göstəriş ağrı hissini azaltmaq, hərəkətliliyi bərpa etmək, posttravmatik fizioterapevtik təsirdən ibarətdir. Tekar terapiya əzələ, oynaq və vətərlərə müsbət təsir göstərir, travma almış nahiyyənin bərpasını sürətləndirir. Tekar texnologiyası əməliyyatdan sonrakı bərpa dövründə toxumaların bərpası və orqanizmin möhkəmləndirilməsi məqsədi ilə xüsusilə istifadə edilir. Kliniki olaraq bu metodun effektivliyi aşağıdakı sferalarda təsdiqlənib:

-Ümumi travmatologiya və posttravmatik ödemlərin azaldılması

-Oynaq və vətərlərin iltihabi patologiyaları

-Sümük-əzələ ağrıları: lumbaqo, bursit, epikondilit, boyun ağrıları, artralgiya, nevralgiya

-Oynaq və oynaqətrafı patologiyaların müalicəsi: artrit, osteoartrit, artroz

-Sınıqların bərpası prosesləri

-Oynağın protezləşməsi əməliyyatından sonra

-Ətrafların fontom ağrıları

Tekar terapiyanı məhdudiyyətsiz istifadə etmək olar. Bəzən xəstəliyin müalicəsində gimnastika və massaja göstəriş olduğu təqdirdə, xəstənin vəziyyəti bu metodlara əks göstərişdirsə, onda tekar terapiyaya müraciət etmək olar. Çünki bu terapevtik metod mexaniki təsir olmadan həyata keçirilir. Bu terapiyasının tətbiq olunmasının digər müsbət cəhəti reabilitasiya müddətini sürətləndirməsidir. Belə ki, artıq 1-2-ci seanslarda ağrı sindromu azalır. Tekar terapiya- tibbi reabilitasiyanın ən effektiv növüdür.

İdman zədələnmələri ilə müraciət edən idmançılarda tez bir müddətdə yüksək nəticə əldə etmək, idman fəaliyyətinə geri dönə bilmək üçün məhz tekar terapiyanın rolu əvəzolunmaz hesab edilir. Professional idmanın müxtəlif sahələrində, xüsusən daha çox yüklənməyə məruz qalan; məsələn, marafon qaçışında  Tekar texnologiyasının nəaliyyətləri bir çox idmançılar tərəfindən yüksək qiymətləndirilir.

Tekar terapiyanın terapevtik təsiri- aparatın elektromaqnit enerjisi hasil etməsidir ki, bu da orqanizmə 2 müxtəlif yolla ötürülür:

  1. Daha dərin toxumalara qədər ötürülərək, oynaq, vətər, fassiya və sümüklərə kimi təsirini göstərir;
  2. Səthi toxumalara və əzələlərə təsir edərək;

Enerji toxumalara siraət etdikdə  hüceyrədaxili mühitdə yüksək və dəyişən tezlikli ion axını dövriyyəsini sürətləndirir. Bu dəyişən tezlikli axın hüceyrə membranı keçiriciliyinə, ağrı sıqnalının dəyişkənliliyinə və yerli temperapurun artmasına təsir göstərir. Bütün bunlar toxumaların daha sürətli bərpası, sağalması və ağrı sindromunun azalmasına səbəb olur.

Tekar terapiyanın digər aşağı intensivli təsir mexanizmi qeyri- invaziv hesab edilərəl, orqanizmi 100% təbii enerji ilə təchiz edir. Məhz bu təsir mexanizmi aşağıda sadalanan xəstəliklərdə daha effektiv hesab edilir:

–          Tendonit

–          Artrit

–          əzələ zədələnmələri

–          gərilmələr

–          Boyun və kürək ağrıları

–          əzəələ spazmı

–          iltihab

–          ödemlər

Tekar terapiyanın terapevtik təsiri:

– Toxumalara termiki təsiri ilə müvafiq istilik reseptorlarını stimulə edir

– Qan dövranının sürətlənməsi və sirkulyasiyası sayəsində damarların genişlənməsi

– Oynaq mayesi axınının yaxşılaşdırılması

– Birləşdirici toxumanın elastikliyini yaxşılaşdırmaq

– Toxumaların trofikasını yaxşılaşdırmaq

– Hipertermik təsirə əsasən tonusun zəifləməsi,ağrının səngiməsi

– Maddələr mübadiləsinin sürətlənməsi sayəsində sağalma dövrünün sürətləndirmək

– Toxumalar tərəfindən maddələrin sorulması prosesinin sürətlənməsi

– Ağrı hissiyyatını tez bir müddətdə azaltmaq

– İltihabı prosesi azaltmaq

– Ödemi tez bir müddətdə azaltmaq

– Toxumaların regenerasiyasını aktivləşdirmək

– Bərpa dövrünü daha da sürətləndirmək

Əks Göstərişlər:

-Parkinson xəstələri

-Bədxassəli şiş xəstəlikləri

-Hamilə qadınlar

-Kardiostimulyator tətbiq olunmuş pasientlərdə

– Elektrik sahəsində metallik implantı olan pasientlər

-Trombozlar

-Aktiv artrozlar

-Bəzi dəri xəstəlikləri

-metaztaz və neoplaziyalar

-hemorragik xəstəlikləri və qanaxmaya meyilli xəstəliklər

-kəskin iltihabi proseslər ( ilk 48-72 saat )

Tekar terapiya ilə müalicə təhlükəsiz, ağrısız şəraitdə aparılır, tez bir müddətdə müsbət nəticə verir. Prosedurun aparılma müddəti 30-40 dəq çəkir.