Teypinq – dayaq-hərəkət aparatın xəstəliklərinin və travmaların funksional müalicəsi və profilaktikası metodlarından biridir və zədələnmiş oynağı fiksasiya edən və travmalı sahəyə dinclik təmin edən plastır sarğısının qoyulmasından ibarətdir. Gips və digər sarğılardan fərqli olaraq, teypinq dayaq-hərəkət aparatın xəstəliklərini və travmalarını hərəkətlərin köməyi ilə müalicə etməyə imkan verir. Reabilitoloq hərəkətlərin həcminin aktiv və passiv qiymətləndirilməsini həyata keçirir, pasiyentin mövcud problemlərinə əsasən texnika və metodlar seçir. Pasiyentin bədənində applikasiyanın həyata keçirilməsi zamanı, qalınlığı və elastikliyi dəriyə bənzər xüsusi hava və su keçirməyən lent istifadə olunur. Teypinq həmçinin profilaktika məqsədi ilə tətbiq edilir. O, həmçinin oynaqların immobilizasiya zamanı da göstərişlidir, çünki oynaqların çevikliyini və bütövlüyünü pozmur, hərəkətləri məhdudlaşdırmır. Teypinq vasitəsi ilə müxtəlif səviyyələrdə mikrosirkulyasiyanı yaxşılaşdırmaq, əzələ tonusunu normallaşdırmaq, kəskin və xroniki ağrı sindromunu azaltmaq, çoxsaylı reseptorlara təsir etmək olar, bununla sağalma, toxumaların regenerasiyası proseslərini stimullaşdıraraq mümkündür. Kineziterapiya (bobat-terapiya və PNF-terapiya), MBT (masajdan başqa) ilə neyroteypinqin birləşməsi xüsusilə effektivdir, çünki pasiyent, bədənində teyplərlə (ciddi şəkildə fərdi sxem üzrə), bağların artıq düzəliş edilmiş vəziyyəti, teyplərin köməyi ilə boşaldılmış və ya stimullaşdırılmış əzələlərlə məşğələyə gəlir. Neyroteypinq aşağıdakı hallarda tətbiq edilir:
-dayaq-hərəkət aparatın travmaları və xəstəlikləri zamanı;
müxtəlif mənşəli (USİ, ətrafların parezləri) hərəkət pozğunluqlar zamanı;
-biləklər üçün (düzgün vəziyyətə salınması):
pəncələrin deformasiyası zamanı (pəncələrin yastı-valqus deformasiyası, pəncələrin neyrogen qabaq çəkilməsi, içiboş pəncə);
-kəskin və xroniki ağrılar halında;
-ortopediyada, travmatologiyada (dabanın anadangəlmə əyriliyi, əyriboyunluq, yastı dabanlıq, oynaqların, bağların müxtəlif zədələnməsi halında əməliyyat sonrası dövr);
-nevrologiyada (kürəkdə ağrılar, sinirlərin zədələnməsi);
-pediatriyada;
-ginekologiyada.

Teypinqin effektləri:
-əzələlərin tonusunun azalması;
-oynaqlarda sabitliyin yaxşılaşması;
-dərinin mikrosirkulyasiyasının yaxşılaşması;
-limfatik sistemin aktivləşməsi;
-ağrıkəsici effekt, həm kəskin, həm də xroniki hallarda (kürəkdə ağrılar, travma hallarında);
-daxili orqanların işinin yaxşılaşması.

Leave a reply