Traksion terapiya – dayaq-hərəkət aparatın travmaları və xəstəliklərinin və onların nəticələrinin bərpa müalicəsi metodlarından biridir (onurğada degenerativ-distrofik proseslər, oynaqların deformasiyaları və kontrakturaları və s.). Terapiya, xüsusi qurğuların (qayışlar, bloklar, halqalar) köməyi ilə onurğanın passiv və aktiv traksion dartılmasından ibarətdir. Bu metodun məqsədi, onurğaya, əzələlərə, bağ aparatına, vətərlərə və oynaqların kapsullarına təsir, funksional bloklarının çıxarılması, onurğanın dərin əzələlərinin zəiflədilməsindən ibarətdir. Qısa müddətli və ya uzun müddətli dartı qüvvəsi əzələ retraksiyasının öhdəsindən gəlməyə, bədənin bu və ya digər sahəsinə tədricən dartan təsirin hesabına kontrakturaları və ya deformasiyaları aradan qaldırmağa imkan verir. Bundan başqa, zədələnmiş toxumaların qan dövranı və trofikası yaxşılaşır, onurğanın hərəkət stereotipi normallaşır. Traksion uzadılmalardan öncə osteopatik masaj yerinə yetirilə, miorelaksasiya preparatları tətbiq edilə bilər.