Trofiki xora- dəri və dəri altı toxumaların uzun müddətli sağalmayan defekti olub 6 və daha çox həftə davam edən xəstəliyidir. Trofiki xoralar yerli qan dövranı və innervasiyanın pozulması nəticəsində əmələ gəlir. Müxtəlif xəstəliklərin fonunda əmələ gələn uzun gedişə malik və müalicəyə çətinliklə tabe olan xəstəlikdir. Normada ən xırda travmalar (həşərat sancması, dəri cızılması, kobud əşya ilə zərbə və s.) insan səhhətinə təhlükə törətmir. Lakin bu tip travmalar zədələnmiş və qan dövranı pozulmuş toxumalarda baş verərsə orqanizm üçün dağıdıcı təsirə malik olacaqdır.
Trofiki yaralar aşağı ətrafların varikoz genişlənməsi fonunda və keçirilmiş flebotrobmozun ağırlaşmasının nəticəsində əmələ gəlir. Venoz təzyiqin yüksəlməsi nəticəsində əmələ gələn venoz durğunluq kapilliarlardan toxumalara keçən mayenin miqdarını artırır. Nəticədə ətraflarda əmələ gələn ödem toxumaların oksigen və qidalı maddələrlə təminatını pozur, bu da öz növbəsində regenerasiya proseslərini zəiflədir. Bu səbəbdən də ödem qeyd olunan toxumalarda səthi travmaların sağalma prosesi ləngiyir. Bu zədələnmiş toxumalara bakterial infeksiyalar qoşularsa sağlam toxumalar belə prosesə cəlb olunur və nəticədə ölmüş toxumalardan ibarət pis qoxulu irinli-ifrazatlı xora əmələ gəlir. Beləliklə trofiki xora olan xəstələrin həyat keyfiyyəti tədricən aşağı enir. İlkin dövrlərdə xora bir neçə mm qədər olur, lakin xəstəliyin inkişafı ilə əlaqəədar olaraq proses bütün ətrafa yayıla bilər.

Ağırlaşması
Əgər xəstəlik vaxtında aşkarlanıb müalicə olunmazsa bu tip ağırlaşmalara gətirib çıxarda bilər:
-Limfadenit
-Limfanqait
-Sepsis
-Qaz Qanqrenası
-Dəri xərçəngi
-Osteomielit
Bu ağırlaşmaların hər biri xəstə həyatı üçün təhlükə yarada bilər.
Dioqnostika
Trofik xora varikoz xəstəliyinin ağırlaşması olduğundan aşağı ətrafların venoz sisteminin vaxtında Ultrasəs müayinəsi ilə dioqnostikası vacibdir.
Simptomlar
Zədələnmiş ətrafda ödem, istilik, qaşınma, aşağı ətraflarda qıcolma tutmaları, hiperpiqmentasiya, hemosiderinin toxumalara toplanması nəticəsində ekzema və dermatit yarana bilər. Zədələnmiş nahiyyədə dəri qalınlaşır, hərəkətsizləşir, ağrılı olur.
Müalicəsi:
Trofiki xora xəstəliyinin müalicəsi xəstəliyinin yaranma səbəbinə-etiotrop müalicəyə yönəldilməlidir. Pasientlərə xəstəliyin aradan qaldırılmasına yönəldilən müalicə tətbiq olunur. Eyni zamanda antibakterial, yerli antiseptik müalicə də təyin edilir.
Fizioterapiyada trofiki xoraların müalicə metodu
Artıq 10 ildən yuxarıdır ki trofiki xoraların müalicəsində zərbə dalğalı terapiyadan istifadə edilir. Statistik göstəricilərə əsasən 90 % müsbət nəticə edilir.
Zərbə dalğalı terapiya ilə müalicənin məqsədlərə:
-Bərpa prosesini stimulə etmək
-Maddələr mübadiləsini gücləndirmək
-Qanın mikrosirkulyasiyasını sürətləndirmək
-Patoloji zonada mikrokapilyar şəbəkəni bərpa edərək, patoloji zonaya qan axınını və qan təchizatini gücləndirərək xoranı müalicə edir.
Zərbə dalğalı terapiya prosedurları yaranın təmizlənmə prosesini sürətləndirir, qranulyasiyasını və epitelizasiyasını stimullaşdırır. Bu müalicə üsulu digər üsullarla müqayisədə daha səmərəli nəticə əldə etməyə kömək edir.

Leave a reply