Boyundakı ilk sümük- fəqərə, Atlas ya da C1 olaraq adlandırılır, üzük şəkilli olub baş ilə boyun nahiyyəni birləşdirir. İkinci fəqərə isə C2 və ya Axis olaraq adlandırılır və Atlas fəqərənin altında yerləşir. Atlas və Axis fəqərələri birlikdə “Üst servikal onurğa” adlandırılır. Atlas və Axis beyin kökü adı verilən mərkəzi sinir sisteminin bir hissəsinə çox yaxındır və beyin hüceyrələrinin davamı sayılaraq onurğanın ilk keçid qapısıdır.
Beyin kötüyü vücudumuzun demək olar ki bütün həyati vacib funksiya və koordinasiyasına nəzarət edən yeganə quruluşdur. Qəza və yaralanmalar zamanı burdakı toxumalarda xəsarət əmələ gələrsə, Atlas və Axis kilitlənərək, anormal bir pozisiya meydana gələ bilər. Bunun nəticəsində onurğa maye və qan axını dövranı pozulur, irritasion, gərginlik və təzyiq yaranması səbəbilə xroniki rahatsızlıq simptomlarının yayanmasına səbəb olur.
Atlas və axisdə yaranan bu problem onurğa sütununun aşağı seqmentlərində postural pozğunluqlara səbəb olur. Eyni zamanda orqanizmin sağlıq problemlərinə yol açır. Simptomların başlaması 10-15 il sürə bilər.

Əsas nəzərə çarpan Simptomlar:
-Vertiqo, baş ağrısı, boyun ağrısı, üz-sifət ağrısı
-Çiyin ağrısı, xüsusilə boyun və çiyin arası nahiyyənin ağrısı
-Çənə oynağı ağrısı
-Kürək və bel ağrısı
-Skolioz
-Vagus siniri irritasiyası səbəbi ilə ürək, ağcıyər, mədə-bağırsaq pozğunluqları
-Miqren
-Yuxusuzluq
-Xroniki depressiya
-Hipertenziya

-Qulaqda küy

Leave a reply