Vulvit – xarici cinsiyyət üzvlərinin iltihabi xəstəliyidir. Vulvaya aiddir: qasıq, böyük və kiçik cinsi dodaqlar, uşaqlıq yolunun dəhlizi, orada yerləşən vəzlər və qızlıq pərdəsi.
Vulvanın iltihabı xəstəliyi vulvit adlanır. Xəstəliyin yaranma səbəbi patogen və şərti pathogen mikroorqanizmlər hesab edilir. (mikoplazma, uroplazma, qonokok, trixomonada) Reproduktiv yaşda olan qadınlarda vulvit birincili və ikincili olur. Birincili vulvitin yaranma səbəbi :
-Gigiyena qaydalarına riayət etməmək
-Mexaniki təsir (qeyri münasib gigiyenik bezlərdən və geyimdən istifadə)
-termiki və kimyəvi təsir
-perianal nahiyyədə patoloji proses
-helmintozlar (enterobioz)
-qaşınma ilə müşayət olunan bəzi xəstəliklır (psoriaz, dermatit)
-Endokrin sistemin patologiyaları (şəkərli diabet)
Adətən yaşlı qadınlarda vulvit ikincili olur, buna səbəb xarici cinsiyyət üzvlərinin, dəhlizin, uşaqlıq yolundan gələn ifrazatın tərkibindı olan mikroorqanizmlərlə infeksiyalaşmasıdır. Çox zaman bu, şəkərli diabeti, piylənmə xəstəliyi olan, gsigiyenasına riayət etməyən qadınlarda inkişaf edir. Bəzən də helmintoz (bizquyruqlar) səbəbindən, çox zaman antibiotiklərdən qeyri-düzgün istifadə nəticəsində inkişaf edir.
İkincili vulvitlərə səbəb uşaqlıq yolundan kandidoz, endometrioz, endoservisit, trixomonyaz nəticəsində kəskin axıntının gəlməsidir.
Vulvit klinik gedişatına görə kəskin və xroniki olur. Kəskin vulvitlərdə xəstənin şikayəti xarici cinsi orqanlarda olan qaşınma və göynəmədəndir. Bunlarla yanaşı xəstənin şikayəti ifrazatın artması və hərarətin olmasındadır. Bu simptomlar sidik ifrazatı zamanı və xəstə hərəkət edəndə artır. Vulvitin kəskin mərhələsində vulvanın selikli qişası ödemli və hiperemiyalı olur. Selikli qişada seroz-irinli və irinli ərplə bərabər, bəzən xoraolur, toxunduqda qanama ola bilər. Periferik limfa düyünləri bir qədər böyümüş olur.
Dioqnoz.
Vulvitin dioqnozu şikayətlərin, anamnezin və ginekoloji müayinənin əsasında qoyulur. İfrazatın bakterioloji və bakterioskopik müayinəsi də aparılmalıdır.
Müalicə
Müalicə kompleks şəkildə aparılmalıdır. Xəstə yerli və ümümi qüvvətləndirici vasitələrlə müalicə olunmalıdır. Kəskin vulvitlərdə yataq rejimi, antibiotic təyin olunmalıdır və cinsi əlaqə olmamalıdır. Xəstəyə antiseptic məhlulla oturaq vannalar və uşaqlıq yolunun yuyulması təyin olunur. Furasilin 1:5000, kalium-permanqanatdan, kolidondan istifadə etmək olar. İfrazatda aşkar olunan mikrofloranı nəzərə alaraq antibiotik təyin olunur. Uşaqlıq yoluna vaginal şamlar – polijinaks, terjinan hər axşam 10 gün ərzində təyin olunur. Antihistamin preparatlar, yerli məlhəmlərin (lokakorten, flüsinar, 5%-li anestezin, solkoseril, aktovegin, zeytun və itburnu yağları və s.) istifadəsi məsləhətdir.
Vulvitin profilaktikası şəxsi gigiyenaya əməl etməkdən və əsas xəstəliklərin müalicəsindən ibarətdir.
Fizioterapevtik müalicə
Fizioterapevtik müalicə qadının ümumi vəziyyətini yaxşılaşdırmağa, bərpa dövrünü sürətləndirməyə köməklik edir. Bu prosedurlar iltihab və qaşınmanı azatmağa, immunitetin yüksəldilməsinə köməklik göstərir. Vulvit və vulvavaginit zamanı aşağıdakı fizio prosedurlardan geniş istifadə edilir:
-Ultrabənövşəyi şüalanma – göbələk və bakteriyaların inkişafının qarşısını alır.
-Sinklə elektrofarez – göbələkəleyhinə effektə malikdir.
-Qısadalğa diametriyası – kapilyarlarin keçiriciliyini azaldaraq, iltihabəleyhinə təsir göstərir.
-Yerli darsanvalizasiya (qaşınma əleyhinə təsirə malikdir, eyni zamanda faqositoz prosesini stimulə edir, toxumaların qidalanmasını yaxşılaşdırır)
– Aşağı tezlikli lazer terapiyası – İmmunogenezi aktivləşdirir, iltihabəleyhinə və allergiyaəleyhinə eggektə malikdir
Xroniki qeyri-spesifik etiologiyali vulvit və vulvavaginitdən əziyyət çəkən qadınlara kükürd, radon, xlorid-natri vannaları qəbul etmək məsləhət görülür. Kurort-sanator müalicəyə əks göstərişlər :
-xəstəliyin kəskin dövrü
-uşaqlıq qanaxmaları
-yumurtalıq kistlərı
-uşaqlığın mioması
-endometrioz

Leave a reply