Statistik göstəricilərə əsasən demək olar ki əhalinin 1/3 hissəsində bronxit xəstəliyi müşahidə edilir. Bu tənəffüs yollarının iltihabi xəstəliyi olub, tənəffüs və qan dövranı pozğunluğu ilə müşayət edir.

Xroniki bronxit – bronxların uzunmüddətli iltihabıdır. Əgər iki il ərzində öskürək üç aydan az olmayaraq davam edirsə, bunu xroniki bronxit adlandırmaq olar.

Xroniki bronxitdən daha çox yaşlı insanlar əziyyət çəkirlər. Siqaret çəkən və çirkli havası olan istehsalat sahələrində çalışan insanlar risk qrupuna daha çox aiddirlər.

Xoniki bronxit bronxların uzunmüddətli qıcıqlanması (siqaret çəkmək,toz, tüstü və s.) fonunda yaranır, bu isə onların selikli qişasında dəyişikliklərə səbəb olur və infeksiyanın (virus, bakteriya, göbələklər) daxil olmasını asanlaşdırır.

Xroniki bronxit tədricən inkişaf edir. Zədələnmiş qişa daha çox bəlğəm ifraz etməyə başlayır və onu daha pis xarc edir. Bu, əvvəlcə səhər vaxtı öskürək yaradır. Tədricən öskürək insanı həm gecələr, həm də  gündüzlər narahat etməyə başlayır, soyuq və nəm havada kəskinləşir. İllər keçdikcə öskürək daimi xarakter alır.  

Xroniki bronxit zamanı daim artıq miqdarda bəlğəm ifraz olunur (şəffaf və qoxusuz). Kəskinləşmə periodunda bəlğəm qişalı-irinli və ya irinli-bulanıq, daha qatı olur, sarımtıl və ya yaşımtıl, pis qoxulu olması da mümkündür.

Xrnoniki bronxit uzun müddət davam edərsə, bronxlar daralır və daha az hava keçirir, tədricən təngənəfəslik tutmaları əmələ gəlir (boğulmayadək), xəstəliyin yeni mərhələsi – ağciyərlərin xroniki obstruktiv xəstəliyi başlanır. Əvvəllər bu xəstəlik xroniki obstruktiv bronxit adlanırdı, lakin yeni ad xəstəliyin mahiyyətini daha dəqiq ifadə edir – bu zaman təkcə bronxlar deyil, ağciyərlər də zədələnir (emfizema inkişafı səviyyəsinədək). Nəticədə qanın, bunun nəticəsi olaraq, bütün orqanizmin oskigenlə qidalanması zəifləyir – tənəffüs çatışmazlığı inkişaf edir.

Bronxitin əlamətləri:

Xroniki bronxit çox vaxt müalicəsi vaxtında və axıra qədər aparılmayan (həkim təyinatına əməl olunmayan) kəskin bronxitin nəticəsidir. Kiçik uşaqlarda və qocalarda (75 yaşdan yuxarı) kəskin bronxitin xronikiyə keçmə ehtimalı yüksəkdir.

Xroniki bronxitin ilk mərhələsində öskürək yalnız səhərlər yataqdan qalxarkən – “bronxların səhər tualeti” – azacıq bəlğəmlə müşahidə olunur. Kəskinləşmələr ildə üç dəfədən az olmamaq şərtilə olur, digər vaxtlarda da öskürək Sizə sakitlik vermir. Xroniki bronxitin təhlükəliliyi ondan ibarətdir ki, xroniki iltihab zamanı bronxların divarları nazilir, boşluq genişlənir və bu ağ ciyər emfizemasına və bronxial astmaya gətirir.

Xroniki bronxitin diaqnostikası  

Xroniki bronxit diaqnozunu terapevt və ya pulmanoloq ən azı iki illik müşahidədən sonra qoyur. Xroniki bronxiti astma, bronxoektatik xəstəlik və s. ilə səhv salmamaq üçün həkim döş qəfəsinin rentgenini, qanın ümumi və biokimyəvi analizini, bəlğəmin bakterioloji əkmə və antibakterial həssaslıq testi vasitəsilə müayinəsini, bronxoskopiya təyin edə bilər.   

Tənəffüs funksiyasının müayinəsi zamanı havanı xüsusi alətin içərisinə üfürmək tələb olunur ki, bunun vasitəsilə ağciyərlərin həcmi və digər parametrləri müəyyənləşdirilir.

Bronxoskopiya – endoskopik müayinədir. Bunun üçün tənəffüs yollarına xüsusi nazik boru yeridilir və bronxlar daxildən müayinə edilir. Bu prosedur narahatçılıq yaratsa da, tez və yerli ağrıkəsici vasitəsilə həyata keçirilir. Bronxoskopiya çox vacib prosedurdur, çünki xroniki bronxit bronx keçilməzliyinə və digər ağırlaşmalara gətirib çıxara bilər. Bundan başqa, bronxoskopiya zamanı müxtəlif manipulyasiyalar – biopsiayalar, dərmanların daxil edilməsi və s. həyata keçirmək mümkündür.

Xroniki bronxitin müalicəsi

Xroniki bronxitin müalicəsinə erkən mərhələdə başlayırlar və bu, uzun müddət davam edir – həm kəskin, həm də xəstəliyin simptomlarının aradan qalxdığı periodda.

Bronxitin müalicəsi üçün həkim inqalyasiya, döş qəfəsinin masajını, müalicəvi bədən tərbiyəsi, fizioterapiya, həmçinin bəlğəmin qatılığını azaldan və öskürəyi asanlaşdıran (bəlğəmgətirici və mukolitik vasitələr) dərman preparatlarını və immun korrektorlarını təyin edə bilər. Nadir hallarda öskürəyi dayandıran preparatlar təyin olunurlar.

Kəskinləşmə olmazsa, selik ifrazı və bronx daralmasının qarşısını almaq məqsədilə müntəzəm olaraq xüsusi inqalyasiyalar təyin edilir. Bu, selikli qişanın vəziyyətini yaxşılaşdıra, kəskinləşmələrin sayını azalda, tənəffüs çatışmazlığını ləngidə, hətta qarşısını ala bilər. 

Xroniki bronxitin profilaktikası

Xroniki bronxitin profilaktikası ilk növbədə, sağlam həyat tərzi sürməkdən (siqaret çəkməkdən imtina, bədən tərbiyəsi ilə məşğul olmaq və s.), xroniki infeksiya ocaqlarının aradan qaldırılmasından ibarətdir. Bronxit artıq mövcuddursa, soyuqdəymədən qorunmaq, yuxarı tənəffüs yollarnı vaxtında müalicə etmək vacibdir.

Xroniki bronxitin fizioterapevtik müalicəsi.

Fizioprosedurlar istər uşaqlarda, istərsə də böyüklərdə reparasiya prosesini sürətləndirir. Bronxitlər zamanı fizioprosedurlar tənəffüs yollarının selikli qişasını bərpa etməyə və funksiyasını normallaşdırmağa köməklik göstərir, orqanizmin immun sistemini gücləndirir. Bu prosedurlar nəinki yenidən yoluxma hallarının, həm də neqativ faktorların təsir riskini azaltmağa, ağırlaşmaların qarşısını almağa yardım edir.

Xroniki bronxit ağçıyərlərin qeyri- spesifik xəstəliklərı sırasına aid edilir. Xroniki bronxitdə fizioterapiya həm kəskin, həm də remissiya fazasında profilaktik məqsədlə istifadə edilir.

Bronxitlər zamanı aşağıdakı fizioterapevtik metodlardan geniş istifadə edilir.

İnqalyasiya

Lazer terapiya

Massaj

Elektroforez

Amplipuls

UVÇ

Mikrodalğa

Qısa dalğa diametriyası

Fizioprosedurların yalnız kompleks tətbiqi qısa müddətə xəstəliklə mübarizədə yüksək effekt verir. Belə ki xroniki bronxit bronxlarda yaranmış diffuz qeyri-allergik iltihabi proses nəticəsində proqressivləşən tənəffüs prosesi pozğunluğuna səbəb ola bilər.

Elektrofarez

Bu prosedurun mahiyyəti bronxların drenaj funksiyasını yaxşılaşdırmaq, bəlğəmin qatılığını azaltmaq, ayrılmasını sürətləndirmək, tənəffüs yollarını genişləndirmək məqsədi daşıyır. Bronxitlərin müalicəsində kalsixlor, Yod, askorbin turşusu, allergiyaəleyhinə preparatlar, maqnezium, miramistin, heparin və s. preparatlarla elektrofarez tətbiq edilir. Dərman maddəsini seçərkən öskürəyin xarakteri və bəlğəmin konsistensiyasına xüsusi diqqət edilməlidir. Belə ki, quru öskürəklə müşayət edən bronxitlər zamanı kalsixlorid, yaş öskürəklə isə kalsiyodit məhlulunu tətbiq etmək lazımdır. Lakin tibbdə universal və effektiv metod kalsixlorla elektrofarezin tətbiqidir ki, bununla həmçinin orqanizmdə kalsi deposunun yaranmasına nail olunur.

Prosedur ağrısızdır, elektrodlar köndələn yerləşdirilməlidir ( dərman preparatı ötürülən aktiv elektrod- döş qəfəsinin orta nahiyyəsinə, indefferensial elektrod onurğanın yanı boyu, kürək sümüyünün aşağısına yerləşdirilməlidir. Elektrodlar 10×15 mm ölçüdə olmalı, 5 mA elektrik gücündə 10-15 dəq gündə bir dəfə səhər vaxtı (12yə kimi), 5-10 gün müddətində aparılmalıdır. Kəskin öskürəklə müşahidə edilənn bronxitlər zamanı elektrofarezdə 0.1-1 %li dionin (anodda +),  desensibilizasiya edici vəsitə olaraq 2%li CaCl2 məhlulundan istifadə edilir (anodda +).

Aşağı tezlikli lazer terapiya.

ATLT- son dövrlərdə broxitlərin müalicəsi və profilaktikasında geniş tətbiq edilir. Lazer şüalarının vasitəsilə bronxlardakı iltihab və ödemin azalmasına, immun sistemin stimullaşmasına nail olmaq mümkündür. ATLT- 0.8-0.9 mkm uzunluqlu dalğa ilə həyata keçirilir, döş qəfəsinin orta 1/3 hissəsi, onurğanın hər iki yanı boyu şüalandırılmalıdır. Prosedur hər gün hər nahiyyəyə 5 dəqiqədən başlamaqla 20 dəqiqəyə qədər artırmaq şərti ilə, gündə 1 dəfə 7-10 gün aparılmalıdır.

Ultrabənövşəyi şüalanma.

UBŞ immunostimullaşdırıcı və bakteriyasid effektə malikdir. Bu metod virus və bacterial mənşəli respirator xəstəliklər zamanı döş qəfəsinə çox effektiv təsir göstərir. Şüalanma xəstəliyin başlandığı gündən tətbiq edilməklə boyun, döş qəfəsi və kürək sümüyü altı nahiyyəni əhatə edir. Xroniki bronxitlərdə 10-12 prosedur təyin edilməlidir.

İnqalyasiya

Yuxarı tənəffüs yollarının xəstəliklərinin müalicəsi zamanı inhalyasiyalar çox yaxşı effekt verir. İnhalyasiyalar zökəmin, larinqitin, traxeitin, farinqitin, tonzillitin, bronxitin, pnevmoniyanın müalicəsi zamanı uğurla istifadə olunur.

İnhalyasiyalar zamanı müalicəvi maddə (bitki dəmləmələri, efir yağları və s.) bilavasitə insanın selikli qişalarına təsir edir. Nəticədə bu maddələr tez bir zamanda qana sovrulur və orqanizmə daha tez və effektli təsir edir.

Lakin inhalyasiyarın istifadəsi üçün müəyyən əks göstərişlər də mövcuddur. Belə ki, inhalyasiyalar hərarətin yüksəlməsi zamanı (37,50C-dən yuxarı olduqda), insanda burun qanaxmaları tez-tez təkrar olunduqda, ürək-damar və nəfəsalma çatışmazlığı zamanı əks göstərişdir.

Bronxitlərə inqalyasiya məqsədi ilə:

– hidrokarbonat və ya bikarbonat natri – 2 ml və distilə edilmiş su- 100 ml

– hidrokarbonat və ya bikarbonat natri – 1 ml; NaCL – 1 ml və distilə edilmiş su- 100 ml

İnqalyasiya 10 dəqiqə gündə 2-3 dəfə təyin edilir, müalicə kursu 7-10 gün təşkil edir.

Qatı və çətin ayrılan bəlğəmlı öskürəklə müşayət edən bronxitlər zamanı 0.1%-li Kali Yod məhlulu və ya fermentativ preparatlardan- ximopsin (0.025 qr maddə 5 ml 1 %-li natrium hidrokarbonat məhlulunda həll edilir, inqalyasiya məqsədi ilə gündə 1-2 dəfə tətbiq edilir) və tripsin (0.005-0.01 qr maddə 1 %-li natrium hidrokarbonat məhlulunda həll edilir, inqalyasiya məqsədi ilə gündə 1-2 dəfə) tətbiq edilir.

İrinli-iltihabi bəlğəmlə müşayət edilən bronxitlər zamanı pankreatin (0.5 qr preparatı 5 ml 1 %li natrium bikarbonat məhlulunda həll etmək) və pankreatik dezoksiribonukleaza (6 mq preparat 3 ml NaCL izotonik məhlulunda həll edilməlidir) istifadə edilir. Prepatarın təsir mexanizmini sürətləndirmək məqsədi ilə 0.036 %li Maqni Sulfat məhsulunda həll etmək lazımdır.  

UVÇ terapiya

Bronxitlər zamanı UVÇ terapiya iltihabın azalması, tənəffüs yollarında spazmın aradan qaldırılması, orqanizmin özünü müdafiyə gücünü stimulyasiya etmək mqsədi ilə aparılır. Bu fizioterapevtik metod bakterial və virus mənşəli bronxitlərə tətbiq edilir. Onu da qeyd etmək lazımdır ki,törədicilərinin fərqli olmasına rəğmən bu metod pnevmoniyalarda da geniş istifadə edilir.

Bronxitli pasientlərə fizioterapiya əsas müalicə deyil, köməkçi vasitə hesab edilir. Müalicə ilə yanaşı tətbiq edilən fizioterapevtik metodlar sağalma müddətini sürətləndirir, yan təsirlərin və ağırlaşmaların qarşısını almış olur.

Leave a reply